Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”

Tarix 28.06.24, 23:36

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiya-Ukrayna müharibəsi başladıqda çox az siyasətçi üçüncü dünya müharibəsi risqi haqqında danışırdı. İndi isə elə bir lider yoxdur ki, bu haqda fikir bildirməsin”.

AzFakt.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

“Nəzəri bilikləri ilə fərqlənən Türkiyənin xarici işlər naziri Hakan Fidandan tutmuş, ABŞ Prezidenti Cozef Bayden və AĞ Evə yenidən yiyələnmək uğrunda mübarizə aparan Donald Trampa qədər üçüncü dünya müharibəsinin başlaması ehtimalının yüksək olduğunu vurğulayanların sayı artıb”, - o, əlavə edib.

Ekspert hesab edir ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, böyük müharibə riski artacaq: “Misal üçün artıq Qara dəniz səmasında Rusiya təyyarələri ilə ABŞ-ın pilotsuz uçuş aparatları arasında toqquşma risqi yüksəkdir. Birinci Dünya müharibəsi serb separatçının atdığı bir neçə güllə ilə başlamışdı, 4 illik mənasız müharibə milyonlarla insanın həyatına son qoydu. Hazırda qarşıduran tərəflərin nüvə silahları var və bu dövlətlərin toqquşacağı halda tərəflərdən birinin düyməyə basmayacağından, o birisinin də cavab verməyəcəyindən heç kim sığortalanmayıb”.

E.Şahinoğlu vurğulayıb ki, üçüncü dünya müharibəsi riski hamını qorxudur: "Heç kim böyük müharibə istəmir, ancaq böyük dövlətlər Rusiya-Ukrayna müharibəsini dayandırmaq gücündə də deyillər".

“Müharibə getdikcə beynəlmiləlləşir”, - o qeyd edib.



Xəbərin oxunma sayı : 1582




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap