Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA

Tarix 22.08.24, 15:58

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan hansı ölkədən mümkündürsə, silah və hərbi texnika almağa çalışır. İrəvanın Fransa və Hindistanla razılaşmaları var və hər iki ölkə Ermənistana silah göndərməkdə davam edir. Fransa üçün Ermənistana hərbi texnika satışı geosiyasi əhəmiyyət daşıyır. Paris Ermənistanın hərbi nöqteyi-nəzərdən Azərbaycan qarşısında zəfi düşməsinin qarşısını almağa çalışır. Fransa bu səbəbdən Ermənistanı silahlandırmaqda maraqlıdır. Ermənistanın aldığı həbi texnikaya görə Fransaya maliyyə ödəməsi barədə məlumat yoxdur. Bu kredit şəklində həyata keçirilə bilər.

Hindistanın Ermənistana hərbi texnika satması isə əsasən iqtisadi amillə bağlıdır. Hindistan hərbi-sənaye kompleksini inkişaf etdirir. Hindistan son 10 ildə hərbi ixracatını 30 dəfədən çox artıb. Hindistan onlarla ölkəyə silah satmağa çalışır. Dehlinin məqsədi qlobal silah bazarında payını artırmaqdır. Hindistan ABŞ, İsrail və digər ölkələrin lisenziyaları əsasında da hərbi texnika istehsal edir. Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, bu ilin aprel-iyun aylarında müdafiə ixracı bir əvvəlki dövrdəki 3,885 milyon rupidən 6,915 milyon rupiyə qədər yüksəlib. Hindistan üçün Ermənistan hərbi texnika satdığı növbəti ölkələrdən biridir.

Dehlinin Ermənistana hərbi texnika satması Azərbaycanda narazılıqla qarşılanıb. Rəsmi Bakı Dehlinin bu siyasətini korrektə etməsini istəyir. Çünki Hindistanın Ermənistana hərbi texnika satmasına baxmayaraq, Dehlinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşı Azərbaycandır. Hindistan Azərbaycandan aldığı neftin həcmini ildən-ilə artırır. Turizm sahəsində də əməkdaşlıq inkişaf edib.

Fransa və Hindistanla yanaşı ABŞ və Almaniyanın da Ermənistanla hərbi əməkdaşlıqlarını genişləndirmələrinə dair xəbərlər var. Maraqlıdır ki, Ermənistanın silahlandırılmasında əsas rol oynayan ölkə İrandır. Çünki Fransa və Hindistanın Ermənistana göndərdikləri silah və hərbi texnika İranın hava və dəniz limanları vasitəsilə qonşu ölkəyə çatdırılır. İkinci Qarabağ müharibəsi zamanı Rusiya da İran marşrutu ilə Ermənistanı silahlandırırdı.

Bu vəziyyətdə Azərbaycan nə etməlidir? Rəsmi Bakı Ermənistanın silahlandırılmasının bölgədə yeni münaqişəyə səbəb olacağı barədə daima bəyanatlar verir. Ermənistanın aldığı uzaqmənzilli raketlər Azərbaycana təhlükə yaradır. Rəsmi Bakı Ermənistanın silahlandırılmasına seyrçi qalmayacağını bildirsə də, bu İrəvanla hərbi əməkdaşlıq edən dövlətləri dayandırmayıb. Bu vəziyyətdə Azərbaycan da hərbi-sənaye kompleksinin inkişafını sürətləndirməli, tərəfdaş dövlətlərdən müasir hərbi texnikanın alışına və birgə istehsalına diqqəti artırmalıdır. Cənubi Qafqazda silahlanma Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra yavaşlaya bilər.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1270




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap