Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Oqtay Şirəliyevin tibb müəssisəsi cərimələndi - SƏBƏB

Tarix 19.11.24, 16:03

Font ölçüsü : - / +
bitmap-img6


"Respublika Diaqnostika Mərkəzi" ASC gömrük qaydalarını pozduğuna görə cərimələnib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrük nəzarəti altında olan, o cümlədən şərti buraxılmış mallar və ya nəqliyyat vasitələri ilə qanunsuz əməliyyatlar aparılması) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə, inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin 30 faizindən 100 faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, "Respublika Diaqnostika Mərkəzi" ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. 2 milyon 415 min 646 manat nizamnamə kapitalına malik olan tibb müəssisəsinin qanuni təmsilçisi sabiq səhiyyə naziri Oqtay Şirəliyevdir.

Məlumata görə, Oqtay Şirəliyev hələ 1988-2005-ci illərdə "Respublika Diaqnostika Mərkəzi"nin direktoru olub. O, 2005-2021-ci illərdə isə Azərbaycanın səhiyyə naziri vəzifəsində çalışıb.



Xəbərin oxunma sayı : 604




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap