Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Tramp seçilsə, Ukraynanın başına bunlar gələcək - Elxan Şahinoğlundan proqnoz

Tarix 13.07.24, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


NATO-nun quruluşunun 75 illiyi münasibətilə Vaşinqtonda keçirilən sammit yekunlaşıb. Sammit iştirakçıları Ukraynaya dəstək ifadə ediblər. Bundan başqa Ağ Evin təkidi ilə NATO-ya üzv ölkələrin müdafiə xərclərinin 2 faizə çatdırılması məsələsi yenidən müzakirə olunub. 10 ildir bu məsələni həll etmək olmur. 

Avropanın bir qisim ölkəsi təhlükəsizliklərini ABŞ və NATO-nun hesabına həll etməyə çalışır. Bu məsələni ABŞ-ın keçmiş prezidenti Donald Tramp da qaldırmışdı. Avropa ölkələri sosial xərcləri hərbi xərclərə qurban vermək istəmirlər.

AzFakt.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bu barədə şərhində qeyd edib ki, bu sammit Ukraynanın NATO-ya nə zaman üzv qəbul ediləcəyinə aydınlıq gətirmədi: “Sammitdə NATO-nun genişlənməsi mümkünlüyü barədə fikir mübadiləsi aparılsa da, Ukraynanın üzvlük məsələsi yenə qeyri-müəyyən gələcəyə qaldı. Ukraynanın Şimali Atlantika Blokuna üzv olacağını qəbul edirlər, ancaq heç kim Kiyevə bununla bağlı tarix vermək istəmir. Donald Tramp bu ilin noyabr ayında prezident seçilərsə, Ukraynanın NATO üzvlüyü ən azı 4 il gündəmdən çıxarılacaq. Tramp Ukraynanın Şimali Atlantika Blokuna üzvlüyünün qəti əleyhinədir. Ümumiyyətlə Tramp Ukraynaya hərbi və maliyyə yardımın da dayandırılmasının tərəfdarıdır. Buna baxmayaraq, ABŞ-ın hazırki prezidenti Cozef Bayden NATO-ya üzv ölkələrin 2025-ci ildə Ukraynaya hərbi xərcləri üçün 40 milyard dollar ayrılacağını bildirib, sadəcə o prezident seçilməsə, bunun reallaşması sual altında olacaq. NATO-da vəzifəsini təhvil verməyə hazırlaşan baş katibi Yens Stoltenberq bu fikirdədir ki, Ukraynaya gərəkən dəstək verilməsə Rusiya müharibədə qalib gələ bilər, bu isə NATO üçün ağır məğlubiyyət olacaq. Ukrayna Prezidenti Volodimir Zelenski ümid edir ki, ABŞ və Avropa ölkələri Ukrayna hava sahəsini qorumağa imkan verən təyyarələr və raket qurğuları verəcəklər. Yaxın günlərdə Ukrayna F-16 təyyarələri ilə təhciz olunmağa başlayacaq”.



Xəbərin oxunma sayı : 1027




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap