Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Sabiq baş həkim dövlətə vurduğu yarım milyonluq ziyanı ödəyəcək - MƏHKƏMƏ

Tarix 21.02.25, 14:42

Font ölçüsü : - / +
bitmap-img6


TƏBİB-in 31 saylı Birləşmiş Şəhər Xəstəxanasının sabiq baş həkimi Abasqulu Bağırova hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1955-ci il təvəllüdlü, ixtisasca kardioloq olan sabiq baş həkim Abasqulu Bağırov Pərviz oğlu Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə mələlum olub ki, Abasqulu Bağırov 2000-ci ildə baş həkim vəzifəsində çalışdığı 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayınadək olan müddət ərzində səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlıqlarına yol verib. 

O, həmin illərdə saxta əlillik dərəcəsinin təyin edilməsinə və pensiya təminatı, sosial müavinətin və qulluğa görə ödəniş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 497.672,83 manat zərər vurub. 

Həmçinin aparılan araşdırma zamanı sabiq baş həkimin xəstələrdən I qrup əlillik dərəcəsinin verilməsi üçün 3500-4500 manat, II və III qrup əlillik dərəcəsinin verilməsi üçün 2500-3000 manat pul aldığı müəyyənləşib. Bəzən bu rəqəmlər 5000 min manatı da ötübmüş.

Əlillik almaq istəyən insanlar sözügedən vəsaiti həkimə çatdırdıqdan 2-3 ay sonra əlillik ala biliblər. Baş həkim onunla əlillik almaq istəyən "müştəriləri” arasında vasitəçilik edən şəxslərə hər dəfəsində 100-200 manat pul verirmiş.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Abasqulu Bağırovun kabinetindən ümumilikdə 79 ədəd tibbi kitabça cinayət işi üzrə maddi sübut kimi götürülüb. 

Məhkəmənin qərarı ilə Abasqulu Bağırova 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 2 il 6 ay sınaq müddəti təyin olunub. Ondan 497672,83 manat pul vəsaitinin tutularaq zərərçəkmiş hüquqi şəxsə - Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi qərarı verilib. 



Xəbərin oxunma sayı : 514




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap