Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar”

Tarix 03.12.24, 17:57

Font ölçüsü : - / +
bitmap-img6


Bu il Amerikada texniki avadanlıqlar mağazasından biri “Qara Cümə” (Black Friday) kampaniyası ilə əlaqədar ciddi dərəcədə endirimlər edib. Hətta qadın alıcılardan biri cəmi 10 dollara son model “İphone” markalı telefon alıb.

Maraqlıdır, brend olan markanın məhsulunu belə bir qiymətə satmaq texnologiya bazarına necə təsir edəcək? Bu cür fantastik endirimlər realdırmı və Azərbaycana da aid edilə bilərmi? Məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, sadəcə reklam kampaniyasıdır:

“Dünya təcrübəsində bu cür fantastik endirimlər olur. Bu, normal satış deyil, reklam kampaniyasıdır. Hətta məhsulu pulsuz da verə bilərlər. Reklam kampaniyasının tərkib hissəsi kimi pulsuz verilən hədiyyələr də olur. Belə kampaniya reklamları bir nəfərə yox, yüz alıcıya da şamil edilə bilər. Ona görə də burada qeyri-adi bir məsələ yoxdur.

Bu cür endirimlərin və kampaniyaların texnologiya dünyasına təsiri demək olar ki, yoxdur. Yeni məhsullar təqdim olunduqca, bahalaşma davam edəcək. O zaman məhsul ucuz olar ki, tələb azalsın və onu almasınlar. İkinci bir məqam isə istehsal və təklifin çox olmasıdır. Bu iki halda nə isə ucuzlaşa bilər. Qalan hallarda ucuzlaşma gözləmək yanlışdır”.

İqtisadçı Natiq Cəfərli isə açıqlamasında qeyd edib ki, Azərbaycanda keçilirən "Qara Cümə” kampaniyası Avropa ölkələrindən çox fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə bu kampaniya saxta formada keçirilir və əvvəlcə qiymətlər bahalaşdırılaraq vətəndaşlar "endirim" adı altında aldadılır:

“Azərbaycanda “Qara Cümə” kampaniyaları zaman etibarilə digər ölkələrlə paralel şəkildə keçirilsə də, məntiqi fərqlidir. Ölkəmizdə beynəlxalq satış şəbəkələri fəaliyyət göstərmir. Ən yaxşı halda, mağazalar françayzinq müqaviləsi ilə fəaliyyət göstərir. Yəni adını və məhsullarını Azərbaycan bazarına verir və şəbəkə formasında işləmirlər. Bunun da səbəbi bir sıra problemlərin olmasıdır. Azərbaycandan qaynaqlanan problemlər də var ki, həmin xarici şirkətlər birbaşa əlaqələr qurmağı istəmirlər. “Qara Cümə” kampaniyaları ölkəmizdə lokal formada keçirilir və əvvəlcədən qiymətlər bahalaşdırılır. Kampaniya günündə isə 60-70 faiz bahalaşdırılan qiymətlərə endirimlər edilir və bu da alıcılar tərəfindən narazılıqlara səbəb olur. Bir müsbət cəhət var ki, beynəlxalq onlayn platformalar ölkəmizdə də fəaliyyət göstərir və insanlar bu sayədə xarici ölkələrdə fəaliyyət göstərən mağazaların belə kampaniyalarda təklif etdiyi endirimlərdən yararlana bilirlər”.



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap