Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edirik“ - Kreml

Tarix 03.12.24, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Kreml ABŞ-nin hazırkı administrasiyasını Ukraynadakı hərbi münaqişəni uzatmaq üçün fəaliyyətini davam etdirməkdə ittiham edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin Ukraynaya 725 milyon dollarlıq növbəti yardım ayırmasından danışarkən bildirib.

Kreml nümayəndəsi əmin olduğunu söyləyib ki, heç bir yardım paketi cəbhədə Rusiyanın xeyrinə inkişaf edən vəziyyəti dəyişməyəcək.

“Hazırki ABŞ administrasiyası öz məqsədlərinə, bu müharibənin səngiməsinə imkan verməmək üçün ardıcıl xəttini davam etdirir, administrasiya oda yağ tökmək üçün mümkün olan hər şeyi edir. Bununla belə, bu və bütün digər yardımlar hadisələrin gedişatını dəyişə bilməz, cəbhədəki dinamikaya təsir edə bilməz”, - deyə Peskov vurğulayıb. Kremlin sözçüsü Ukrayna Xarici İşlər Nazirliyinin “yalnız Şimali Atlantika Alyansındakı tamhüquqlu üzvlüyünün bu ölkənin təhlükəsizliyinə təminat verə biləcəyi” barədə bəyanatını da şərh edib.

Peskov bildirib ki, Moskva Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edir və bu, xüsusi hərbi əməliyyatın başlamasının əsas səbəblərindən biridir. "Bu, təhlükəsizliyin bölünməzliyi ilə bağlı tezislərimizlə tamamilə ziddiyyət təşkil edir" deyən Kreml rəsmisi qeyd edib ki, bir ölkənin təhlükəsizliyi digər ölkənin təhlükəsizliyi hesabına təmin edilə bilməz. "Bu, beynəlxalq münasibətlərin dəyişməz qaydasıdır, hansı ki, biz bunu rəhbər tuturuq. Ona görə də potensial olaraq belə bir qərar bizim üçün qəbuledilməzdir, çünki bu, bizim üçün təhdidedici hadisədir və bu, indi baş verənlərin, bizi xüsusi hərbi əməliyyat keçirməyi məcbur edən şəraitin ilkin səbəbini aradan qaldırmır.”, – deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.




Xəbərin oxunma sayı : 346




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap