Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

Suriya müxalifətinin lideri kimdir? - Ər-Riyadda anadan olub...

Tarix 02.12.24, 10:29

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu, Suriyada müxalif “Heyət Təhrir eş-Şam” (HTŞ) qruplaşması yenidən fəallaşıb. Müxalifət qüvvələri Hələb şəhərinə daxil olub. 

Belə bir məqamda Suriya müxalifətinin liderinin kimliyi ilə bağlı suallar yaranır.

“Qafqazinfo” “Heyət Təhrir eş-Şam”ın rəhbəri barədə məlumatları təqdim edir:

Əsl adı Əhməd Hüseyn əl-Şara olan, “Heyət Təhrir eş-Şam” (HTS) lideri Əbu Məhəmməd əl-Qolani (Culani) 1982-ci ildə Ər-Riyadda anadan olub, lakin ailəsi Suriyanın Qolan bölgəsinə gəldiyi üçün Qolani təxəllüsünü istifadə edir. 

1989-cu ildə 7 yaşında ailəsi ilə birlikdə Suriyaya qayıdan Qolani gəncliyini Dəməşqin Mezze məhəlləsində keçirib. O, Dəməşq Universitetinin Media fakültəsində təhsilini yarımçıq qoyub və 2000-ci illərin əvvəllərində İraqda ABŞ qüvvələrinə qarşı müharibəyə qatılıb.

Mosulda ABŞ qüvvələrinə qarşı vuruşduqdan sonra Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi İraqdakı Əl-Qaidəyə qoşulub.

2006-cı ildə Amerika qüvvələri tərəfindən tutularaq həbs edilib. O, 5 il Əbu Qreyb, Taci və Bukka həbsxanalarında saxlanılıb. 2011-ci ilin martında azad edilən Qolani vətəndaş müharibəsi başalayarkən az sayda adamı ilə birlikdə Suriyaya qayıdıb.

2012-ci ilin ilk aylarında Nusra Cəbhəsini qurub. 2016-cı ildə qrupu ləğv etdikdən sonra 2017-ci ildə “Heyət Təhrir eş-Şam” təşkilatını yaradıb.



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap