Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar

Tarix 29.09.24, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası ölkəni ərazi bütövlüyünün bərpasına imkan verəcək konstitusiya modelinə keçirməyə hazırdır.

Musavat.com “Nezavisimaya qazeta”ya istinadən xəbər verir ki, bunu partiyanın təsisçisi Bidzina İvanişvili Telavi şəhərində partiyasının seçki mitinqində çıxışı zamanı deyib.

 “Oktyabrın 26-da  səs çoxluğu əldə etsək, “Gürcü arzusu” komandası ölkəni uzun illərin  arzusunu – vahid və güclü Gürcüstanı görmək imkanı verəcək konstitusiya modelinə keçməyə   hazırdır ” - İvanişvili

O, həmçinin vurğulayıb ki, Gürcüstanın ərazi bütövlüyünün bərpası yalnız “sülh yolu ilə, barışıq və qarşılıqlı bağışlama əsasında” mümkündür.

Açıklama yok.

Bəllidir ki, Gürcüstanın indiki hökuməti dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də.

2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Aydındır Rusiyaya görə Qərb buna imkan vermədi. Qərb Ukraynadan əvvəl Gürcüstanı Rusiyanın qurbanı etmək istəyirdi, o səbəbdən Saakaşvilini separatçı bölgələrlə hazırlıqsız savaşa çəkdi, amma tezliklə onu da anladı ki, balaca ölkə təpədən-dırnağa silahlı Rusiya ilə müharibədə elə 5 gün davam gətirə bilər. Bu avantüranın nəticəsində konfederasiya təkliflərindən vaz keçən Rusiya separatçı regionların “müstəqilliyini” tanıdı.

Açıklama yok.

 Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyi ilə bağlı bəyanatına Rusiyanın diplomatik mövqeyi də diqqət çəkir. Məsələn, Lavrovun müavini Qaluzun bir müddət əvvəl deyib ki, Gürcüstan hakimiyyəti Saakaşvilinin kriminal avantürasından dərs çıxarıb, o səbəbdən Abxaziya və Cənubi Osetiyanı dinc yolla geri qaytarmağı qarşısına məqsəd qoyub. “Öz tərəfimizdən biz də inanırıq ki, Suxumi-Tiflis -Sxinvali “üçbucağında” normallaşma üçün ilkin şərtlər Gürcüstan mövcud reallıqları qəbul etdikdən və respublikalarla bərabərlik, qarşılıqlı hörmət prinsipləri əsasında münasibətlər qurmağa hazır olduqdan sonra yaranacaq. Bununla əlaqədar, bir tərəfdən Gürcüstan, digər tərəfdən Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsinə dair hüquqi təminatların imzalanması, habelə onlar arasındakı sərhədin delimitasiyası məsələsinin sonradan demarkasiya ilə həlli, əsas əhəmiyyət kəsb edir”.

Qərb isə hazırda bütün informasiya-təbliğat qüvvələrini Gürcüstanın hakim partiyasına qarşı yönəldib. Əgər parlament seçkilərində istəklərinə nail olsalar, Gürcüstan yenidən çıxılmaz dalana düşəcək.



Xəbərin oxunma sayı : 748




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap