Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Azərbaycanda siqaretə ən çox bu rayonlarda pul xərcləyirlər – Siyahı

Tarix 05.09.24, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda tütün məmulatlarına (siqaret) ən çox Dağlıq Şirvan iqtisadi rayonunda – Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında yaşayan şəxslər tərəfindən pul xərclənir.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dağlıq Şirvan iqtisadi rayonunda bir nəfərin ay ərzində siqaret üçün sərf etdiyi vəsait orta hesabla 14,3 manata bərabərdir. Bu məbləğ adambaşına düşən orta aylıq istehlak xərclərinin 4,1%-ni təşkil edir. Bu, həmçinin sözügedən rayonlarda təhsilə çəkilən xərclərdən təxminən 2 dəfə çoxdur. Belə ki, Dağlıq Şirvan iqtisadi rayonunda yaşayan insanların adambaşına düşən aylıq təhsil xərci 8,2 manatdır ki, bu da ümumi istehlak xərclərinin 2,4%-nə bərabərdir.
Ay ərzində siqaretə ən az vəsait xərcləyənlər Abşeron-Xızı iqtisadi rayonunda yaşyanlardır. Abşeron-Xızı iqtisadi rayonunda (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları) ay ərzində adambaşına siqaretə xərclənən orta aylıq məbləğ cəmi 1,3 manat təşkil edir.
Bu göstərici, Bakı şəhərində 6,7 manata, Naxçıvan Muxtar Respublikasında 6,2 manata, Lənkəran-Astara iqtisadi rayonunda 5 manata, Mərkəzi Aran iqtisadi rayonunda 9,7 manata, Gəncə-Daşkəsən iqtisadi rayonunda 10,4 manata, Şəki-Zaqatalada 9,2 manata, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında 6,9 manata, Qazax-Tovuz iqtisadi rayonunda 5,8 manata, Mil-Muğan iqtisadi rayonunda 5,9 manata, Quba-Xaçmaz iqtisadi rayonunda 7 manata, Şirvan-Salyan iqtisadi rayonunda isə 5,5 manata bərabərdir.



Xəbərin oxunma sayı : 802




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap