Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar
Axtar
 
  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

Dünyada əmək haqqı artımı - 2006-2022-ci illər - ARAŞDIRMA

Tarix 04.10.24, 12:14

Font ölçüsü : - / +
bitmap-img6


Dünya miqyasında əmək haqqı son illərdə artmaqdadır. Son onilliklər ərzində dünya iqtisadiyyatı böyüməyə davam etdikcə, maaşlar da artıb. 

Bununla bağlı İqtisadiyyat.az araşdırma aparıb.

Məlumata görə, 2020-ci ildə adambaşına düşən qlobal xalis milli gəlir 8700 ABŞ dollarına çatıb. Xüsusilə, Çin və Hindistan kimi inkişaf etməkdə olan iqtisadiyyatlardakı artım buna öz töhfəsini verib.

Araşdırmalara görə, dünya üzrə real orta əmək haqqı 2006-cı ildən bəri hər il artıb.

Bununla belə, 2022-ci il üçün hesablamalar göstərib ki, dünyada istehsal və nəqliyyat zəncirlərini pozan COVID-19 pandemiyasının nəticələri və 2022-ci ildə yüksələn inflyasiya dərəcələri dünya üzrə real orta əmək haqqının azalmasına səbəb olub.

Belə ki, 2006-cı ildən 2022-ci ilə qədər dünya üzrə orta aylıq əmək haqqı artımı belə olub:

İllər

Əmək haqqı artımı

2006

2,6%

2007

3,1%

2008

1,2%

2009

1,5%

2010

2,4%

2011

1,7%

2012

2,2%

2013

2,4%

2014

1,9%

2015

1,9%

2016

2%

2017

1,4%

2018

1,9%

2019

2%

2020

1,5%

2021

1,8%

2022

-0,9%




Dünyada əmək haqqı və maaşlar regiondan regiona və ölkələr daxilində dəyişir. Alıcılıq qabiliyyəti paritetini nəzərə alsaq, Belçika 2021-ci ildə dünyada ən yüksək aylıq maaşa malik ölkə olub. Ümumilikdə, ən yüksək maaş verən ölkələrin əksəriyyəti Qərbi Avropadadır.

Bundan əlavə, bir çoxları dolanmaq üçün mübarizə aparsa da, dünyanın ən zəngin 10 faizi qlobal sərvətin dörddə üçündən çoxuna sahibdir.

1970-ci ildən başlayaraq dünyanın hər bir regionunda adambaşına düşən xalis milli gəlir artıb. Dünya regionları üzrə adambaşına düşən milli gəlirə nəzər salsaq, 1970-ci ildən bəri adambaşına düşən gəlirin ən çox artdığı bölgə Şimali Amerikadadır. Belə ki, bu regionda adambaşına düşən gəlir 1970-ci ildəki 4400 dollardan 2020-ci ildə 51500 dollara yüksəlib.

Araşdırmalar göstərir ki, 2022-ci ildə isə işçiyə ən çox əməkhaqqı verən ölkə İsveçrədir. Siyahıda İsveçrəni Lüksemburq və ABŞ izləyib.

Hesabat dövründə işçiyə ən az maaş verən ölkə isə Zimbabve olub. Bu ölkədə işçilər aylıq 5,5 dollar qazanır. Dünyada orta aylıq əmək haqqının ən aşağı olduğu 20 ölkədən 18-i Afrikada yerləşir.



Xəbərin oxunma sayı : 910




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap