![]() |
|














Bakıda qadın ərini bir mesaja görə baltaladı - CİNAYƏT İŞİ
Tarix 31.08.24, 12:21 |
|

2023-cü il yanvarın 21-də Bakıda 1987-ci il təvəllüdlü Ceyhun İmaşov ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilir. Baş nahiyəsindən ağır xəsarətlər alan zərərçəkmiş Kliniki Tibbi Mərkəzdə dərhal əməliyyata götürülüb. Həkimlərin müdaxiləsi nəticəsində onun həyatı xilas olunub. Hadisə ilə əlaqədar Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib.
Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları istintaq araşdırmalarına başlayıblar. Məlum olub ki, hadisə Qızıldaş qəsəbəsinin 4-cü massivində yerləşən fərdi evdə baş verib. Müəyyənləşib ki, Ceyhunu arvadı 1995-ci il təvəllüdlü Lalə İmaşova yaralayıb.
Faktla bağlı Qaradağ RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanılan cinayət işi istintaqın davam etdirilməsindən ötrü rayon prokurorluğuna göndərilib və qadının əməli CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib.
İstintaqla müəyyən edilib ki, yanvarın 21-i saat 5 radələrində Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.
İş üzrə dindirilmiş Lalə İmaşova bildirib ki, 2011-ci ildə Ceyhun İmaşovla ailə həyatı qurub, 3 övladı var. Arabir yaranan mübahisələr zamanı yoldaşı onu döyüb, lakin ailəsinin dağılmaması üçün o, Təcili Yardıma və polisə müraciət etməyib:
"2023-cü il yanvarın 20-də yatmağa gedərkən qızım informatika dərsini etmək üçün telefonumu istədi. Beləliklə də, mobil telefonum axşamdan qızımda qaldı. Yanvarın 21-i saat 5 radələrində ərim işə getmək üçün yuxudan oyandı. Qızımdan telefonu alan Ceyhun "Əli M" adlı profildən "darıxmaq şərt deyil" sözləri yazılmış mesaj gəldiyini dedi. Bundan xəbərim olmadığını və telefonun axşamdan övladımda qalmasını bildirsəm də, yoldaşım əl çəkməyərək, həmin şəxsin niyə bu cür mesaj göndərdiyini soruşdu. Mən də dedim ki, özün Əli müəllimə zəng edib səbəbini soruş. Amma Ceyhun həmin şəxsə zəng etmədi. Daha sonra ərim mesajı qardaşıma göndərdi. Əsəbiləşərək, təhqiramiz ifadələr işlətməyə başladım. Qonaq otağında olanda Ceyhun yumruqla başıma zərbə vurdu. Dəhlizə tərəf qaçsam da, ərim saçımdan tutub başımı 2-3 dəfə döşəməyə çırpdı. Başımı kəsəcəyini deyən yoldaşım bıçaq götürmək üçün dəhlizdən otağa qaçdı. Qonşuların yuxudan oyanıb məni Ceyhunun əlindən ala bilməyəcəklərini düşünüb özüm onun qarşısını almağı qərarlaşdırdım.
Bu an dəhlizdə, pilləkənlərin altında olan baltanı gördüm. Onu götürüb qonaq otağına getdim. Ceyhun ayaqüstə, üzü masaya tərəf dayanmışdı. Masanın üzərindən bıçaq götürmək istəyən Ceyhunun başına arxadan ilk zərbəni vurdum. Ərim çevrilib, əli ilə boğazımdan tutaraq, məni boğmağa çalışırdı. Əlbəyaxa olduq. İkinci zərbə səhv etmirəmsə, boyun nahiyəsinə dəydi. Daha sonra balta əlimdən yerə düşdü. Sonra evdən çölə çıxdım. Qışqırıq səsinə qonşular həyətə gəldilər. Bundan sonra məni qardaşımın evinə, Ceyhunu isə xəstəxanaya apardılar. Hadisə vaxtı uşaqlarım yuxudan oyansalar da, yataq otağında idilər".
Lalə İmaşova əlavə edib ki, əri dəhlizdən qonaq otağına keçərkən onu ölümlə hədələyib. Əvvəllər mübahisələri olsa da, heç vaxt bu həddə gəlib çamayıb. Hadisə zamanı o, özü də boynundan, başından və ayağından xəsarətlər alıb. Mübahisə təxminən yarım saat davam edib.
Zərərçəkmiş Ceyhun İmaşov ifadəsində göstərib ki, fərdi qaydada qaynaqçı kimi çalışır:
"Yanvarın 21-də Hövsan qəsəbəsinə getmək üçün yuxudan oyandım. Uşaqların yatdığı qonaq otağına keçərək, qızımdan Lalənin telefonunu götürdüm. "WhatsApp" tətbiqinə "Əli M" adlı profildən mesaj gəldiyini gördüm. Sonra öz mobil telefonumla həmin mesajın şəklini çəkdim.
Yataq otağına keçib mesajın kimdən göndərildiyini soruşanda, Lalə nömrəyə baxıb tanımadığını dedi. Arvadıma işə getməyəcəyimi və bu məsələni bu gün həll edəcəyimi dedim. Masa arxasında oturub çay içərkən arxadan başıma zərbə endirildi. Arxaya çevriləndə ikinci zərbə vuruldu. Bundan sonra mobil telefonumla qardaşım Aqilə zəng edərək, qan itirdiyimi və təcili gəlməyini söylədim. Özüm Təcili Tibbi Yardıma zəng etdim. Sonra Kamran adlı qonşum gəlib mənə köməklik göstərdi. Təxminən 20 dəqiqədən sonra qardaşlarım Aqil, İsmayıl və Aslan gəldilər. Təcili yardım briqadası məni xəstəxanaya apardı".
Şahid qismində dindirilmiş Əli Abbasov bildirib ki, 2001-ci ildən Qızıldaş qəsəbəsində yerləşən 180 saylı orta məktəbdə Azərbaycan dili-Ədəbiyyat müəllimi vəzifəsində işləyir:
"Lalə İmaşovanın qızı dərs keçdiyim 5-ci sinfində oxuduğuna görə o, övladının dərsləri ilə maraqlanmaq üçün vaxtaşırı mənimlə əlaqə saxlayırdı. "WhatsApp" proqramında müəllimlərin və valideynlərin yazışma qrupu yaradılmışdı. Yanvarın ortalarında məktəbdə "Böyük Summativ Qiymətləndirmə" aparılıb və həmin qiymətləndirmənin nəticəsindən asılı olaraq şagirdlərin sinifləri dəyişilib. Bununla əlaqədar uşaqlarda mənim onların müəllimləri olmayacağımla bağlı düşüncələr yaranıb. Yanvarın 21-i gecə saat 1-də Lalə xanımın işlətdiyi "WhatsApp" proqramında "sinfimizi dəyişmək istəmirik, sizin üçün darıxırıq" sözlərindən ibarət cümlə yazıldığını gördüm. Mən də cavab olaraq "darıxmaq şərt deyil" cümləsi yazaraq telefonu söndürdüm. Baş vermiş hadisə ilə əlaqədar fevral ayında Qaradağ Rayon Polis İdarəsinə çağırılaraq ifadə vermişəm. Lalə İmaşova ilə aramızda valideyn-müəllim münasibətindən başqa heç nə olmayıb. Sonradan bilmişəm ki, mesajı Lalə İmaşovanın qızı yazıb. Şagirdim imtahanda zəif qiymət aldığından, gələcəkdə dərslərini yaxşı oxuyacağını, onları tərk etməməyimi və mənim üçün darıxacaqlarını bildirib. Daha sonra isə, valideynləri dərslərinin pis oxuduğunu bilməsin deyə, qorxub mesajı silib".
Şahid Kamran Xurşudov bildirib ki, yanvarın 21-də səhər arvadı onu oyadaraq, çöldən qışqırıq səsləri gəldiyini deyib:
"Qonşum Ceyhun İmaşovun qışqırıb kömək istədiyini eşidib, dərhal hasardan həyətlərinə tullandım. Əvvəl Ceyhunun Laləni bıçaqla vurduğunu düşündüm. Yaxınlaşanda, qonşumun başından qan gəldiyini və ona görə də, arvadının köynəyinin qana bulaşdığını gördüm. Sonra evdən yod gətirərək, ona ilkin tibbi yardım göstərdim".
Məhkəmə iclasında Lalə İmaşova ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, özünü müdafiə edib, başqa çıxış yolu olmayıb. Zərərçəkmiş Ceyhun İmaşov bildirib ki, arvadı ilə heç vaxt barışmayacaq və ona qanuna müvafiq cəza verilməsini xahiş edib.
Məhkəmə Lalə İmaşovanın ifadələrini - işin faktiki hallarına uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirib. Çünki o, Ceyhun İmaşova balta zərbələri vurduqdan sonra sonuncu evdən çölə qaçmaq istəyib. Amma o, yoldaşının ayaqlarından tutub həyətə çıxmasına və qonşuların hadisə yerinə gələrək kömək etmələrinə mane olub. Qadın özündən asılı olmayan səbəblərə görə zərərçəkmişi öldürə bilməyib.
Məhkəmə Lalə İmaşovanın əməlini Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə tövsif olunmasını və buna görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmasını əsaslı sayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum olunub./lent.az
Xəbərin oxunma sayı : 1555
Kriminal
Xəbərlər
-
Əri Aysunu belə cəzalandırır - Yeni qalmaqal (VİDEO)
-
Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər - Makron
-
Qlobal ticarət rekord səviyyəyə çatdı - HESABAT
-
Tramp orduya əmr etdi - Husilərin mövqeləri bombalandı
-
Azərbaycanda daha bir estetik əməliyyat qurbanı - 34 yaşlı qadın öldü
-
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət etdi - FOTO
-
“Musa oğlum olduğu üçün bu barədə danışmaq istəmirəm” - Qurbanov
-
“Amerikanın Səsi“ və “Azadlıq Radiosu“ qapadıldı - Tramp qərar verdi
-
“Yalan söhbətdir, necə yəni məni işə çıxmıram?“ - Fuad Ələsgərov
-
Ramazanın 16-cı gününün duası - İmsak və iftar vaxtı
-
“ABŞ-Azərbaycan əlaqələrinin bərpası bütün Cənubi Qafqazın maraqlarına xidmət edəcək” - Adəm İsmayıl Bakuvi
-
Novruz bayramına hazırlıq bədbəxt hadisə ilə nəticələndi: Evləri yanıb kül oldu
-
Putin, Lukaşenko və Rəhmon Azərbaycan prezidentinə zəng ediblər - İlham Əliyev Moskvaya gedir
-
Durov məhkəmənin icazəsi ilə Fransanı tərk etdi - Dubaya getdi
-
Bakı şəhər sakini restoranda siqaret çəkdi - Həbs edildi
-
“Gold Məkan“ MMC Nərimanovda Tikinti Məcəlləsini pozdu - Nazirlik hərəkətə keçdi
-
“Terror təşkilatları anlayır ki, özlərini ləğv etməkdən başqa çıxış yolları yoxdur“ - Yaşar Gülər
-
Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərlə bağlı cinayət işi başlanıb - Həbslər var
-
Sahil Babayevin diqqətinə: “Gənclər evi“nə ayrılan vəsaitlər hara xərclənir?
-
Plastik cərrahların fəaliyyətinin yoxlanılması nə vaxt başa çatır? - Açıqlama
-
Türkanda zibil problemi: Tullantılar yaşayış evlərinin yaxınlığında boşaldılır
-
Müəllimi döyməkdə şübhəli bilinən şəxslər saxlanılıb - Şəmkirdə
-
Çempionlar Liqasında ən çox qazanan klublar açıqlandı - Siyahı
-
“Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir“ - Zelenski
-
Milli Məclis etiraz məktubu göndərib - Avropa Parlamentinə
-
Qızılın qiyməti rekord vurur: Bahalaşmaya səbəb nədir?
-
“Antibiotiklərin reseptsiz satışı qadağandır“ - Nazir
-
“Rusiyaya təzyiqi artırmaq üçün əlimizdən gələni etməliyik” – Britaniyanın Baş naziri
-
Gömrük Komitəsi 9500 kahı satır - Qiymət açıqlandı
-
Temperatur 10-15 dərəcə enəcək, qar yağacaq - Xəbədarlıq
-
Bu universitetə rektor əvəzi təyin olundu - Məhəmməd Nuriyev kimdir?
-
Neymar Braziliya millisindən kənarlaşdırıldı - SƏBƏB?
-
FHN-dən yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə - Müraciət
-
Bakıda motosikleti insanların üzərinə sürən şəxs - Həbs edildi
-
Çevik Polis Alayında xidmət etmək istəyənlərin nəzərinə! - Video
-
30 dərəcə isti olacaq - Sabahın havası
-
Bakıda film kimi hadisə: Qadın oğurladığı 115 minlik qızılı kimə satdı?
-
İlham Əliyev ona “Dostluq” ordeni verdi - Sərəncam
-
Türkiyə bu bölgədə hərbi baza qurur - MİT Suriya və İraqdakı terrorçuları yaxından izləyəcək
-
Prezidentdən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə bağlı - Fərman
-
Azərbaycan D-8-ə qoşuldu - Qanun təsdiqləndi
-
“Xəmsə” şadlıq evinə məxsus obyektlər bağlandı - Video
-
Prezident onları təltif etdi - SİYAHI
-
Qərargah rəisi intihar etdi - Yaşadığı evin həyətində
-
“Bitcoin“in qiyməti 84 min dolları ötüb - Kriptobirjada son durum
-
“Fish home”da mənşəyi məlum olmayan məhsullar verilirmiş - Fotolar
-
“Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü...” - Video
-
Bakıda daha bir avtomobil partladı - VİDEO
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Kəpəz”ə, “Sabah” “Zirə”yə qarşı
-
İŞİD liderlərindən biri öldürülüb - Tramp açıqladı
-
Bakıda avtobus zolağını parklanma yerinə ÇEVİRDİLƏR - VİDEO
-
“Kiyev Kurskdakı hərbçilərinə təslim olmağı əmr etməlidir“ - Putin
-
Satışa saxta bal çıxarılır? - İDDİA (VİDEO)
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
ÇL-də ən çox qazanan klublar bəlli oldu - “Real“ 101 milyon gəlirlə 7-cidir
-
“Türkiyənin vaxtı ilə dediklərini indi ABŞ deyir“ - Fidan
-
PA-nın aprel ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda - Fotolar
-
Sədyar İbadovun külli miqdarda vergi borcu var - Bir ildə iki yeni şirkət açıb
-
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
-
Dövlət Turizm Agentliyində yoxlamalar başladı - Fuad Nağıyevi nə gözləyir?
-
İki QHT rəhbəri həbs edildi - Baş Prokurorluqda cinayət işi açılıb
-
Polis Sabunçuda 1 milyonluq kokain aşkarladı - VİDEO
-
Leyla və Arzu Əliyevalar Çin dili təhsili alan tələbələrlə - Fotolar
-
“Putinlə danışan Tramp yox, Uitkoff olub“ - Ağ Ev
-
Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - VİDEO
-
“Həmin şəxs sizdən hesabat istəyəcək” - Prezident
-
Amerikaya qarşı üçlü ittifaq formalaşıb - Çin, Rusiya və İran razılığa gəldi
-
Yeniyetmə qızı məktəbdən qaçıran kişi saxlanıldı - Goranboyda
-
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
-
Son sutkada bank kartlarına belə hücumlar edilib - DİN-dən xəbərdarlıq
-
“Tramp dövründə ABŞ ilə münasibətlərimizin yenidən qurulmasına çox nikbin baxırıq“ - İlham Əliyev
-
“Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik“ - Əli Əsədov
-
“Gəncənin bombalanması barədə məlumatı Qasparyandan almışdım” - Araik Arutunyan
-
Son 16 ildə Azərbaycanda pensiya alanların sayı 18% azalıb - İllər üzrə siyahı
-
Prezident “Euronews”a müsahibə verib - Tam mətn
-
Bəzi restoranlarda “Qırmızı kitab”dakı heyvanların ətləri verilirmiş - Xəbərdarlıq
-
9-cu sinif buraxılış imtahanlarının qrafiki - Açıqlandı
-
“Putinlə çox yaxşı və məhsuldar danışıqlarımız oldu” - Tramp
-
Ceyhun Bayramov Şarl Mişellə görüşdü - FOTOLAR
-
“Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq“ - Lukaşenko
-
Xocalının Ballıca kəndinə növbəti köç... - Fotolar
-
“Həmin artilleriya atəşləri Qarabağ ərazisindən olmayıb” - Bako Saakyan
-
Respublika Endokrinoloji Mərkəzdə yoxlamalar aparılır - Ciddi qanun pozuntularına yol verilib + FOTO
-
Dollar neçəyə olacaq? - 3 günlük rəsmi məzənnənə açıqlandı
-
“TikTok” səhifəsindən narkotik aldı - tutuldu
-
Azərbaycan pambığı hansı ölkəyə və neçəyə satır? - QİYMƏT
-
“Biz bunu gizlətmirdik” - Bako Saakyandan yeni etiraflar
-
Magistraturaya qəbul imtahanının ikinci cəhdi keçiriləcək - Bu tarixdə
-
“Körpə danaların kütləvi kəsimi əti bahalaşdırır” - Deputat
-
Beyləqan rayonunda asfaltlama işləri davam etdirilir - Fotolar
-
Tərtərdə 34 yaşlı kişi öldürüldü - Atası tutuldu
-
“Qarabağa silah-sursat Ermənistandan gətirilirdi“ - Bako Saakyan
-
Binəqədidə 22 kq narkotik aşkarlandı - VİDEO
-
Narkotik çəkib, sükan arxasında yuxuya gedib: Agentlik əməkdaşı ölüb
-
Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Gömrük Komitəsi itlərə yenə oyuncaq top alır - TENDER
-
Bakıda 24, bölgələrdə 29 dərəcə isti olacaq - PROQNOZ
-
DSMF-nin gəlir və xərcləri artıb - Rəqəmlər
-
Azərbaycanın xarici dövlət borcu - Açıqlandı
-
10 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
-
“Novruzda əfv olmayacaq, iclaslar davam edir“ - Komissiya üzvü
-
“TikTok”da çirkli pullar belə yuyulurmuş... - VİDEO
-
Baş nazir açıqladı: Qarabağa 17 milyard pul xərclənib
-
Aİ Ukrayna üçün fond yaratmağı düşünür - 20-40 milyardlıq
-
Hökumət üzvləri Bakının nəqliyyat sistemini müzakirə etdi - Fotolar
-
“Erməni soyqırımının beynəlxalq aləmdə tanınması bizim üçün prioritet deyil” - Paşinyan
-
Yevlaxda kütləvi dava - Ölən və yaralanan var
-
Sürücülük vəsiqəsinin alınma qaydasına dəyişiklik gözlənilir? - RƏSMİ
-
Milli Məclisin iclası başlayıb: Baş nazir hesabat verir
-
Həqiqi hərbi xidmətin müddətinin azaldılması ilə bağlı təklif qəbul olunmayıb
-
Britaniya Azərbaycana müdafiə attaşesi təyin etdi -İlk dəfə
-
Kərə yağı adı ilə satılan bu məhsullar da satışdan yığışdırılır - Fotolar
-
Zakir Həsənov Haluk Bayraktarı təltif etdi - FOTO
-
ABŞ Ukraynaya GLSDB uzaqmənzilli bombaların tədarükünü bərpa etməyə hazırdır - “Reuters“
-
Bakıda dəhşətli hadisə - Özünü 12-ci mərtəbədən atdı
-
Ölkəmizdə hər günə 59 boşanma - günah niyə qadınlarda?
-
Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - Fotolar
-
Mağazadan alınan toyuğun içərisindən buz çıxdı - VİDEO
-
Zelenski türkiyəli nazirlərlə iftar açdı - FOTO
TOP 10
ARXİV