Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva

Tarix 13.01.25, 15:10

Font ölçüsü : - / +
bitmap-img6


Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas yenə gərgin başlayıb.

Hadisə baş verən dövrdə Mərkəzin direktoru işləmiş Mehriban Abasquliyevanın vəkili TƏBİB-dən məhkəməyə şikayət edib.

Müdafiəçi deyib ki, onlar mütəxəssislə hadisə yerinə baxış keçirmək istəsələr də, onlara icazə vermirlər. Səbəb kimi isə məhkəmə istintaqının getdiyini göstərirlər:

“Bizə heç kim icazə vermir. Dərəbəylik edirlər. Basqın etməli deyilik ki…”, - müdafiəçi əlavə edib.

Hakim bəyan edib ki, baxışa maneə yaradılmamalıdır. Amma rəsmi sənəd olmadığı halda məhkəmə nə isə qərar qəbul edə bilməz.

Prosesin davamında təqsirləndirilən Mehriban Abasquliyevaya sərbəst ifadə vermək təklif edilib. Amma xanım müttəhim indiki mərhələdə danışmaq istəməyib.

Prokuror Orxan Səmədov təqsirləndirilən şəxsin cavabının ifadədən imtina kimi qəbul edilməsini təklif edib.

Hakim də ittihamçının təklifini dəstəkləyib. 

Bundan sonra eks-direktorun istintaq dövründə verdiyi ifadələrinin elanı başlayıb.

Mehriban Abasquliyevaya müstəntiqə deyib ki, yanğın başlayan vaxt evdə olub. Hadisə barədə ona mamaça zəng edərək məlumat verib:

“Dərhal FHN-ə zəng etdim, tez evdən çıxıb iş yerinə yollandım. Yolun yarısında artıq havaya alov qalxdığını gördüm. 
Müəyyən edildi ki, yanğın intensiv terapiya şöbəsində baş verib. Bundan əvvəl bir dəfə də qısaqapanma nəticəsində Mərkəzdə yanğın çıxmışdı. Həmin hadisənin qarşısı qısa müddətdə alındı. Mən cəmi 11 ay direktor işləmişəm. Halbuki məndən əvvəl eyni vəzifənin icrası 3 ilə yaxın Məryəm Rzayevaya tapşırılıb”.

O, ifadəsinin davamında özünü təqsirli bilmədiyini qeyd edərək deyib ki, yanğın təhlükəsizliyi ilə bağlı nasaz avadanlıqlar Məryəm Rzayevanın dövründən qalıb.

“Qalan sualları da o, cavablandırmalıdır. O, həmçinin məsul işçilərin də fəaliyyətindən şikayətlənərək, “400 nəfərin yerinə işləyə bilməzdim axı… Problemlər barədə mənə vaxtında məlumat verməli idilər”, - M.Abasquliyeva vurğulayıb. 

Xatırladaq ki, hadisə ötən ilin yanvarında baş verib. Yanğında 7 körpə həyatını itirib. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.



Xəbərin oxunma sayı : 868




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap