![]() |
|














Şəxsi məlumatlarımız təhlükədədir? - Araşdırma
Tarix 12.01.25, 11:34 |
|

Ötən ilin yanvar-sentyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı yoxlamalar və monitorinqlər nəticəsində dövlət qurumlarının 625 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çoxdur. Tək 2024-cü ilin sentyabrda isə 78 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da bir il əvvələ nisbətən 42 faiz çoxdur. Xatırladaq ki, bu rəqəm hər il artan istiqamətdə inkişaf edir. Dövlət qurumlarının informasiya sistemlərində boşluqların olması nə ilə əlaqədardır? Bu boşluqların olması saxlanılan məlumatlarımızın təhlükəsizliyini risk altına atırmı?
İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Fərhad Mirəliyevin sözlərinə görə, təhlükəsizlik boşluqları dedikdə, hansısa proqram və yaxud aparat təminatında olan boşluqlar nəzərdə tutulur: "O boşluqlar vasitəsilə informasiya sistemlərinə müdaxilə etmək mümkündür. Məsələn, hər hansı özəl və ya dövlət müəssisəsinin saytı var və müəyyən proqram təminatı ilə çalışır. Bu proqram təminatının hər hansı birində bilinən və ya bilinməyən çatışmazlıq, boşluq olanda istehsalçısı onu istifadəçilər üçün əlçatan etdiyi anda həmin proqram təminatının kodları müxtəlif şəxslər tərəfindən təhlillərə, analizlərə məruz qalır. Kodların araşdırılması nəticəsində müəyyən olunur ki, proqram təminatını kodlayan şəxs orada boşluqlara yol verib və müdaxilə etmək olur. Sonra isə bu boşluqlar aşkarlanır və aradan qaldırılır”.
Ekspertin fikrincə, təhlükəsizlik boşluqları insan məsuliyyətsizliyinin, yaxud bu sahədə kifayət qədər məlumatı olmayan mütəxəssisin yol verdiyi xəta nəticəsində yarana bilər: "Məsələn, məlumatların olduğu proqram təminatının yerləşdiyi server otağının qapısı açıq qalarsa, yaxud orada təhlükəsizliklə bağlı tələblər gözlənilmirsə, buradakı boşluğun səbəbi mütəxəssisdir. Yaxud proqram təminatını hazırlayanlar problemi öncədən görə bilmir və sonradan həmin kodların xətalı olduğu üzə çıxır. Bunu da aradan qaldırmaq üçün yenilənmələr edilir”.
F.Mirəliyev boşluqların hər il artmasına da münasibət bildirdi: "Boşluqların ildən ilə artmasının səbəbi odur ki, bundan əvvəl daha az müəssisələr yoxlanılırdı, yaxud daha az informasiya sistemləri var idi. Məsələn, hər hansı təşkilatın keçən il saytı yox idisə, bu il artıq var. Keçən il hansısa informasiya sistemində boşluq olmayıb, lakin bir il sonra proqram təminatı yenilənməyib deyə, hakerlər və ya digər təşəbbüs qrupları tərəfindən təhlükəsizliklə bağlı boşluqlar aşkarlanır”.
Ekspertin sözlərinə görə, təhlükəsizlik boşluğu aşkarlanıbsa, deməli, həmin informasiya sistemləri və onların yerləşdiyi şəbəkələr və alt şəbəkələr risk qrupuna aid edilir. Məsələn, hər hansı bir saytda təhlükəsizlik boşluğu var və bu aradan qaldırılmayıbsa, orada hər an insident baş verə bilər: "Sayt müəssisənin daxilində və ya kənarda yerləşdirilə bilər. Kənardadırsa, orada qorxu yoxdur, çünki mühit qorunur. Amma ola bilər ki, kənarda qorunan saytlardan biri ələ keçirilsin. Bu zaman digərlərinə də daxil ola bilərlər. Daxildədirsə, bu zaman şirkətin bütün infrastrukturu risk altına düşür. Orada informasiya sistemləri saxlanılırsa, risk yaranır. Amma bu hallar nisbidir. Konkret "təhlükədəyik” deyə bilmərik”.
Ətraflı
F.Mirəliyev bildirdi ki, təhlükəsizlik boşluqlarının aradan qaldırılması üçün kompleks tədbirlərin icra olunması tələb edilir: "Hər bir standartın tələblərinin yerinə yetirilməsi nəticəsində təhlükəsizliklə bağlı riskləri azaltmış olurlar. Məsələn, proqram təminatında yeniləmələr icra olunmursa, bu, edilməlidir. Əgər kompüter avadanlığının fiziki təhlükəsizliyi təmin oluna bilmirsə, təhlükəsizlik təmin olunmalıdır”.
Kibertəhlükəsizlik platformasının rəhbəri Şahin Əliyevin fikrincə, köhnə proqram təminatlarında təhlükə riski yüksək idi, lakin hazırda onlar demək olar ki, aradan qaldırılıb: "Həm özəl, həm də dövlət qurumlarında islahatlar başlayıb, yeni proqramlar inkişaf etdirilir. Bəzi proqramların daxilində də versiyası köhnə olan datalar yenilənir. Köhnə versiyalarda müəyyən qədər boşluq ola bilir. Bu da istifadə olunan kodlaşma dilinin versiyalarına görədir. Heç bir şəkildə yüz faizlik təhlükəsizlik mövcud deyil. İslahatlar, yeni sistemlərin tətbiqi təhlükəsizliyi artırmaq üçündür. Yəni hazırda böyük risklər yoxdur”.
Ş.Əliyev bildirdi ki, əslində boşluqların aşkarlanması müsbət hadisədir: "Sistemlərdə olan boşluqlar aşkarlanırsa, bu, ölkəmizdə kibertəhlükəsizliyin inkişaf etdiyini göstərir. Bunun qarşısının alınması üçün də yeni texnologiyalar istifadə olunur. Boşluqların yaranma səbəbləri inkişafdır. Artıq ölkəmiz qlobal miqyasda kibertəhlükəsizlik üzrə 195 ölkə arasında 12-13-cü yerlərdədir”.
Ekspertin sözlərinə görə, unudulan və yaxud dövlət qurumlarının daxilində elə saytlar var ki, onların versiyaları köhnədir. Bu səbəbdən qurumlar çalışmalıdırlar ki, sistemlərini daim yeni tutsunlar: "İstifadə olunan kodlara baxılmalıdır. Həm özəl, həm də dövlət qurumları bunun üçün sistemlərinə yatırım etməlidirlər”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 709
Sosial
Xəbərlər
-
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
-
“Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq“ - Lavrov
-
Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Fotolar
-
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb - Qiymətlər
-
DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
-
“ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir“ - “Fox News”
-
Əli Əsədov Tehranda Pezeşkianla görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
-
Bakı-Tbilisi sərnişin qatarı açıla bilər - Tarix açıqlandı
-
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə “otlaq qalmaqalı“
-
Qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
-
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat
-
Ərdoğanla Ankarada Zelenski görüşdü - Fotolar
-
Bu obyektlər propan qaz balonlarından istifadə edirmiş - Fotolar
-
Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi
-
“Hər 100 manatın 5 manatı içki və siqaretə xərclənir“ - Bir ayda 230 milyondan çox pul xərclənib...
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - Reytinq
-
“Putin Zelenski ilə danışıqlar aparmağa hazırdır“ - Kreml
-
Benzia “Qarabağ”da qalacaq? - Özü açıqladı
-
Azərbaycan İsrailə xam neftin satışını dayandırıb? - Ölkələrin siyahısı
-
Laçın qəbiristanlığında vandallıq: Ölülərin qızıl dişlərini oğurlayıblar (VİDEO)
-
Veysəloğlu Şirkətlər Qrupu lider mövqeyə sahib oldu - Ərzaq sektorun vergi ödəyiciləri arasında
-
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - Hava proqnozu
-
“Bizi vədlərlə nüvə ölkəsinin qarşısında tək qoymuşdular“ - Gürcüstan Prezidenti
-
İlyas İsmayılov dəfn olundu - FOTOLAR
-
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb - RƏSMİ
-
Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar
-
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb - VİDEO
-
Bakıda ağıllı radarlar quraşdırılıb? - Rəsmi cavab
-
İlon Mask Münhen konfransının rəhbərini ələ saldı: “Yazıqdır“
-
Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - VİDEO
-
Türkiyə 2025-ci ildə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək - FOTO
-
179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR
-
Ana ölümləri niyə daha çox rayon xəstəxanalarında yaşanır? - VİDEO
-
Məişət zorakılığı ilə bağlı 594 müraciət - Hansı tədbirlər görülür? VİDEO
-
“Bu razılaşmanı tanımayacağıq” - Zelenski ABŞ və Rusiyaya etiraz etdi
-
Anar Quliyev dilemma qarşısında - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
-
İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb? - VİDEO
-
Magistratura imtahanlarına salınan suallar çətin olub? - VİDEO
-
Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO
-
Avropa çempionu uğrunda 3 nəhəng klub mübarizə aparır - Hansını seçəcək?
-
Vardanyanın separatçılara verdiyi silahların - Siyahısı
-
Baş nazir Əli Əsədov Tehranda İranın Birinci vitse-prezidenti ilə görüşdü - FOTO
-
Nemət Pənahlının maşını hərraca çıxarılır - 42 min manata
-
“Yelo Bank” evimi əlimdən alır - Arif Hacılının qardaşı
-
“Tramp administrasiyası aprelin 20-nə qədər atəşkəsə nail olmaq istəyir” – “Bloomberg”
-
“Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var” - Avrora MMC-dən şikayət
-
Fransa rəsmiləri Azərbaycanda istintaqa cəlb olunub - Şok faktların üstü açıldı + FOTO
-
“Ər-Riyadda danışıqlar ikitərəfli olacaq“ - Putinin köməkçisi
-
Bakıda tanınmış rəssamın evindən 200 min apardılar - Oğru binanın gözətçisi imiş
-
Azərbaycan əhalisi nə qədərdir? - Statistika
-
Vardanyan hakimin bu sualı qarşısında susdu - FOTOLAR
-
Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - “Mən daha çox pul qazanmaq istəyirəm”
-
Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb - RƏSMİ
-
Azərbaycan bu il 10 ölkəyə 3,5 mln. tona yaxın neft ixrac edib - SİYAHI
-
“Qumar kralı“nın cinayət işi ilə bağlı detallar - RƏSMİ
-
Boşanmaların sayı dəyişmədi – Evlənənlər azaldı
-
Əli Əsədov Xəzər İqtisadi Forumunda iştirak etmək üçün İranda səfərdədir - FOTO
-
Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN
-
Rusiya Suriya hökuməti ilə əlaqəyə girir - Hərbi mövcudluğunu saxlamaq niyyətindədir
-
“Orbita” MTK rəhbəri Famil Bağırov sakinlər yaşaya-yaşaya binanı sökür? - VİDEO
-
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib - 13 ildən sonra
-
17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir?
-
Sevgililər Günü keçmiş arvadının evində dava saldı - Həbs edildi
-
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ Braziliya və Çin hərbçilərini Ukraynaya cəlb edir - Sülhməramlı kimi
-
Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış - Hökm oxundu
-
Heydər Əliyev güşəsini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini təhlükəyə atıblar - “AAAF Park”da nə baş verir?
-
“Toplum TV” və “Abzas Media” işlərində - Yeni faktlar
-
Bu şəxslər 10 il müddətində həbs olunacaq - Qanunda dəyişiklik
-
“Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz“ - Lavrov
-
“Sputnik Azərbaycan“ı Ramiz Mehdiyevlə Əli Həsənov gətirdi“ - “Onları inandra bilmədim...“ + VİDEO
-
DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə
-
Rövşən Rüstəmov müdiri özünə müşavir götürdü, iki nəfəri isə... - ADY-də yeni təyinatlar
-
İlyas İsmayılov vəfat etdi: “Atam qədər mənə əziz olan...“
-
Maaşla işləyənlərin nəzərnə - Ən azı bu qədər olmalıdır
-
“Diplomatik xidmət haqqında“ yeni qanun... - İlham Əliyev təsdiqlədi
-
“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” - “Yeni yanaşmaların tətəbiqi zəruridir...”
-
Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir - SƏNƏD
-
164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? - İDDİA
-
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı - Prezident qanunu imzaladı
-
Bakıda yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı
-
Kolleclərdə müəllimlik ixtisasının ləğvi təhsildə keyfiyyəti artıracaq? - VİDEO
-
Bakıda məşhur hotelin fəaliyyəti dayandırıldı - VİDEO
-
Zəngəzur dəhlizinin kilid nöqtəsindən son görüntülər - VİDEO
-
Pinqvinlər öz aralarında tez-tez “boşanırlar“ - SƏBƏB
-
Salyanda 10 uşaqlı ailə: ana adları səhv salır - VİDEO
-
Unun bahalaşması çörəyin qiymətini artıracaq? - VİDEO
-
Mənzil alanlara xəbərdarlıq: Kvadratı eyni olan evlər fərqli qiymətə satılır (VİDEO)
-
“Azərşəkər“, “Ticarət limanı“, “Azgranata“, “Astaraçay“ - Elm və təhsil nazirliyində biabırçı təyinatlar
-
İrandan daha çox xiyar alıb, Rusiyaya daha az xiyar satmışıq - Qiymətlər
-
Paytaxtda yeni söküntü aparılacaq - Kirayə mənzil qiymətləri artacaq?
-
Bölgələrdə yerləşən tikinti materialları bazarlarında durğunluq - VİDEO
-
“Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib“ - KİV
-
Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
-
Çoxuşaqlı ailələri sevindirəcək TƏKLİF
-
“FOSTER APC“ şirkəti qanunsuz işçi çalışdırır? - VİDEO
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Mebel bazarında vəziyyət necədir? - İnsanlar yerli istehsala üz tuturlar
-
Pezeşkian tribunada Azərbaycan dilində şeir dedi: bir nəfər ona yaxınlaşdı... - VİDEO
-
Azərbaycanda kiçik mühərrikli avtomobillərə maraq niyə çoxalıb? - VİDEO
-
Qaradağlı faciəsindən 33 il ötür
-
Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
-
Bank hesablarından oğurluq tək şəxsiyyət vəsiqəsi ilə mümkündür - DİQQƏT
-
Xəzərin suyu niyə qırmızı rəngə boyanıb? - Açıqlama
-
Fermerlər məhsullarını niyə sata bilmirlər? - VİDEO
-
Nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir? - VİDEO
-
Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək - Volodimir Zelenski
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
Sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır - ABŞ dövlət katibi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib -VİDEO
-
“Qarabağ” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - VİDEO
-
Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
Fevral ayında hansı meyvələri yemək daha faydalıdır? - Siyahı
-
Goranboyda qayınata gəlininə əl qumbarası atıb - 38 yaşlı qadın çoxsaylı qəlpə yarası alıb
TOP 10
ARXİV