![]() |
|














Ağdamlıların oxuması qəti qadağandır - Aqil Abbas yazır
Tarix 12.01.25, 13:17 |
|

BURNUMUN UCUNU GÖYNƏDƏN GÜNLƏR
Dostum Elməddin Sərdara
(Ağdamlıların oxuması qəti qadağandır)
Kupedə məndən başqa üç nəfər də vardı. Biri Ağcabədidə kolxozlardan birinin sədri idi, nəinkə sədrə, heç briqadirə də oxşamırdı. Çox arıq idi. Tanıyırdım, atamın dostuydu. O da məni tanıdı. İçəri girən kimi soruşdu ki, sən Abbasovun universitetdə oxuyan oğlu deyilsən? Dedim, hə. Qucaqlayıb basdı bağrına, bir doğması kimi.
Biri rusuydu, Ağdamda zavod tikirdi. Camaat bu zavoda Düymə zavodu deyirdi. Az qala bir iliydi bu şəhərdə yaşayırdı, dilimizi də öyrənmişdi. Biri isə erməniydi, Stepanakertdə İpək fabrikinin baş mühasibi idi. Əslində kolxoz sədrinə daha çox o oxşayırdı.
Qatar yerindən tərpənən kimi erməni bələdçini çağırıb bir onluq verdi və dedi ki, bura təmiz bir süfrə gətir. Təmiz süfrəni gətirdilər və sərdi stolun üstünə. Sonra da çantasından bir çolpa çıxarıb qoydu süfrəyə, müxtəlif turşular qoydu, kolbasa qoydu, hətta göy-göyərti də qoydu.
Təbii ki, ağdamlıların Stepanakertdə dostları vardı. Bu dostlarının qohum-əqrəbalarında, ya da özlərində yas düşürdü. Ağdamlılar da o yasa gedirdi. Əslində başsağlığı verməkdən daha çox, yemək-içməyə, çünki ermənilər yasda süfrəyə bircə quş südü qoymurdular. Toyda nə vardısa yasda da o idi, süfrələri zəngin olurdu.
Bir dəfə Kino Fazil babat vurandan sonra demişdi:
-Təki sizdə ölənlər çox olsun, biz də gəlib yeyib-içək.
Məclisə pərtlik düşmüşdü.
Erməni bir dənə də araq çıxartdı və dedi:
- Bu tutovkadı, Gevorqov Konyak zavodunda düzəltdirir qonaqlarıyçün, bir də Bakıya SK-ya da göndərir. Deyilənə görə, bayramlarda Moskvaya, SK-ya pay verir. Mikoyana da asobu yollayır.
Sonra bələdçidən dörd dənə də stəkan istədi. Stəkanlara araq doldurub, azərbaycanlılar kimi dedi ki, bismillah edin. Hərə çolpadan bir tikə götürdü, mən də bir qıça çörək, iki qıça da kolbasa götürdüm.
Erməni dedi:
- Qorxma, ürəklə ye, donuz əti deyil, mal kalbasasıdı. Evdə özümüz hazırlamışıq.
Stəkanları götürdülər, yol yoldaşlığının sağlığına badə qaldırdılar.
Rus dedi:
- Yol yoldaşı əsgər yoldaşı kimi bir şeydi, bir dəfə qatarla gedirsən, amma onu heç vaxt yadından çıxarmırsan.
Mənim içmədiyimi görən erməni:
- Ay bala, götür ey, bu araq deyil, baldı bal.
Mənim əvəzimə kolxoz sədri dilləndi:
- Ə, uşaqla işiniz yoxdu. Onun dədəsi də əlində o boyda vinzavod ola-ola indiyəcən bir qurtum da içməyib.
Yenə sağlıqlar, ermənilərlə azərbaycanlıların dostluq sağlığı, erməni və azərbaycanlıların ruslarla dostluq sağlığı, sonra da keçdilər fərdi sağlıqlara.
Araq doğrudan da bal kimi getdiyindən erməni ikinci butulkanı da çıxartdı.
Kolxoz sədrinin dərdi açılmışdı:
- Vallah, bu pripiskaya görə bir gün bizi minəcəklər. Bakıda türmə rəisi qalmıyıf bayramlarda pay göndərməyim. İndidən özümə dost tuturam, əvvəl-axır ora gedəjiyik.
Erməni onun sözünə qüvvət verdi:
- Bizim fabriki yoxlasalar hamımızı, hətta Gevorqovu da güllələyəcəklər.
Söhbət bir az da uzandı.
Mənim yerim aşağıda olsa da çıxdım yuxarı, kolxoz sədrinə dedim ki, dayı, sən aşağıda yat. Rus da yuxarı çıxdı, çünki erməni elə oturduğu yerdə yatmışdı, səhərədək də xoruldadı.
Kolxoz sədri gileyləndi:
- Əclaf bir tikə çörək vermişdi, xorultusuyla səhərədək burnumuzdan gətirəjək.
İçkinin təsirindən tezliklə hamı yatdı, onlar da xoruldamağa başladı, zəhlətökən bir musiqi yaranırdı. Mən heç yata bilmədim.
Nəhayət, qatar gəlib Ağdam vağzalında dayandı. Əvvəllər qatar Yevlağa gəlirdi, burda böyük bir vağzal vardı. Ağdam cavanları zarafatla Yevlax uşaqlarına «vağzal uşaqları» deyirdilər. Sonra qatar Ağdama gəldi, ondan sonra Ağcabədi uşaqları bizlərə «vağzal uşaqları» deməyə başladılar.
Nədənsə ağdamlılar bundan incimirdi.
Qatar vağzala çatıb silkələnib nəfəsini dərəndən sonra hamı çantasını, çamadanını götürüb tez-tələsik qatardan düşdü. Mənim də əlimdə iki «Nağıl» tortu vardı.
Taksi sürücüləri çığırırdılar:
- Ağcabədiyə üç nəfər.
- Şuşaya iki nəfər.
- Laçın… Laçına gedən.
- Mərziliyə.
- Xaçınstroya.
- İspanakertə.
Kolxoz sədrini görən kimi iki taksi sürücüsü cumdu üstünə:
- Buyy, əşi xoş gəlmisən. Buyur, buyur.
Az qaldı sürücülər sədrin üstə dalaşsınlar. Sədr də davanı kəsmək üçün dedi:
- Ə, siz belə eləyin, biriniz mənim çamadanlarımı aparsın, biriniz də məni.
Həqiqətən də elə oldu. O, qabaqdakı taksiyə oturub getdi, o biri taksi də sədrin çamadanlarını baqaja yığıb düşdü onların dalınca.
Erməni İspanakert çağıran sürücüyə yaxınlaşıb soruşdu:
- Stepanakertə neçəyə gedirsən?
- On beş manata.
Erməni başını buladı:
- Bakıdan Ağdama üç yüz əlli kilometrlik yolu səkkiz manata, Ağdamdan Stepanakertə iyirmi beş kilometrlik yolu on beş manata. Bir Allahınız olsun də.
Sürücü:
- Neyniyək, biz də çörəyi belə qazanırıq.
Erməni:
- Yaxşı, qırx manat verəcəm, amma tək gedəcəm, başqa adam götürmə.
Sürücü:
- Ə, şandığa, onsuz da sən iki nəfər boydasan.
Razılaşdılar və erməni də taksiyə oturub getdi.
Mənsə gözləyirdim görüm şəhərə gedən taksi varmı, amma hamı Ağcabədi, Stepanakert, Şuşa, Laçın, Mərzili çığırırdı.
Hirsləndim:
- Bəs, bu şəhərə gedən yoxdu, ay qardaş?
Bir sürücü dedi:
- Ə, Abbasovun oğlu, get otur o gördüyün nol altı altmış ikiyə, üç nəfər də müştəri tapım gedək.
Nəhayət, sürücü üç nəfər də müştəri tapdı, düşdük yola.
Birini tanıdım, bizim məktəbdə fizika-riyaziyyat müəllimi olmuşdu. Çox savadsız bir müəllimiydi, axırda haqqın yolunu tapıb keçdi milisə. Dəmir yol vağzalında rəis idi. İki nəfər isə laçınlı idi.
Sürücü onlardan soruşdu:
- Bəs, Laçına gedən taksilərə niyə minmədiniz?
- İstəyirik bir yaxşı bazarlıq edək.
Sürücü təəccüblə:
- O boyda Bakını qoyub gəlib Ağdamda bazarlıq edirsiz?
- Hayıf deyil Ağdam bazarı? Sonra da gedəcəyik əmioğlugilə. Tanımamış olmazsan Məcidov. O da bir maşın verəcək bizi aparacaq Laçına.
Sürücü:
- Seyidi kim tanımır ki? - sonra üzünü tutdu rəisə; - Kamil məllim, bəlkə sizi səhər-səhər xaşxanaya aparım?
- Ə, nə xaşxana, görmürsən gözümdən yuxu tökülür, məni at evə.
Sürücü:
- Kamil məllim, saallah, bezmirsən hər gün qatarla Bakıya gedif-gəlirsən?
- Neyniyim, vəzifəm budu, öyrəşmişəm təkərlərin taqqıltısına. Hər gün də iyirmidən-iyirmi beşdən olur, Allah bərəkət versin.
Sonra Kamil müəllim məndən soruşdu:
- Tanış gəlirsən, kimlərdənsən?
- Bizim məktəbdə müəllim işləmisiniz.
- Harda oxuyursan?
- Universitetdə.
- Mən sənə dərs demişəm?
- Xeyr. Siz B sinfinə dərs deyirdiniz.
Müəllim gülüb dedi:
- Deyirəm, axı, sənə dərs desəydim universitetdə yox, Səyyaf müəllimin peşə məktəbində oxuyardın.
- Məllim, niyə elə deyirsiz? B sinfindən də nə qədər uşaq ali məktəbdə oxuyur.
- Bilirəm necə giriblər, dədələrinin pullarıyla.
Sürücü isə başladı şəhərdəki son xəbərlərdən:
- Dünən Qara Elxan bir dostunun toyuna Moskviç salıb. Təzə katib sarsaq danışdığına görə Kolanıda döymək istəyiblər, zorla qaçıb qurtarıb.
- Nə deyirmiş ki?
- Telefonla sovxoza zəng edif, katibə soruşuf ki, kimdi. Onun da qəribə danışığı var axı, deyif ki, qatıfdı. Katibə də qayıdıf ki, qatıfdısa arvadına, bajına qatsın. Katib də hirslənif, ərinməyif oturuf maşına, gedif Kolanıya. Sovxozun direktoruna bağırıf ki, tez ol o katibəni işdən çıxart. Bu vaxt katibənin nişanlısı gəlif, katibə babat bir şapalax qoyuf. İndi yazıq oğlanın işi milisdədi. Ağdam camaatı da pul yığıf ki, nejə olur-olsun bu Kolanı balasını qurtarsınlar. Srağagün də Paxan bazarda bir milsenerə bıçax vuruf. Fazil məllim də təzə gətirdiyi «Fillər mənim dostumdu» kinosundan qazandığı pulu sayırmış. Üç min beş yüzə çatanda buxaltir girif içəri ki, Fazil məllim, Paxan bazarda milseneri bıçaxla vuruf. Fazil məllim də stolun üstündəki pulları əlinin dalıyla vuruf dağıdıf, deyif ki, fillər də belə getdi. İki gündü şəhər bunu danışır. Bir ağcabədili gədə də bir yerdə yeyif-içənnən sonra Kamran Hüseynovun bayısıoğlu İlhamın üzünü lezvayla yazıf. Hayıf, İlham həm yaxşı oğlanıydı, həm də gözəl-göyçək oğlanıydı. Uşaxlar da tökülüf gədəni eşşək kimi döyüflər. Ağcabədili gədə də birtəhər əllərindən çıxıf oturuf maşına qaçıf. İndi uqalovnı rozısk Aliko da onu axtarır. Rayonun zamnaçalniki də nəsə ağdamlıların əleyhinə xoşagəlməz bir söz deyif, Alı da elə restoranının qabağında zamnaçalniki nətər döyüfsə skorıpomoş aparıf.
Gəlib çatdıq Kamil müəllimin evinə. Müəllim maşından düşdü, pul çıxarmaq istəyəndə dedim:
- Məllim, sizin pulunuz çatıb, düşün.
Kamil müəllim:
- Axır ki bir tələbəmdən xeyir gördüm. Sağ ol. - dedi və getdi evinə.
Sürücü laçınlılardan soruşdu:
- Bəs, sizi indi hara aparım, Məcidovgilə?
Laçınlılar:
- Yox, səhər-səhər kişini narahat etməyək. Bir yeməkxananın qabağında saxla.
Sürücü maşını Petro Elbrusun xaşxanasının qabağında saxladı. Laçınlılar maşından düşüb sürücüyə iki onluq uzatdılar.
- Şəhərə adamın birini beş manata gətiririk.
Laçınlılar:
- Götür, on manat da səhər-səhər verdiyin xəbərlərə görə.
- Hə, Abbasovun oğlu, indi də gedəh sizə. Dədən dalınca niyə maşın göndərmiyif?
- Səhər tezdən oyatmağa qıymadım.
- Balaca qardaşın bütün günü şəhərdə maşınla xuliqanlıq edir, görən indi hansısa xaşxanada vurur.
Sürücü yenə şəhərdəki əhvalatlardan danışmağa başladı. Gəlib məhləyə çatanda nə fikirləşdisə maşını fırlatdı geri:
- Bilirsən nə var, biz də getdiy Petronun yanına xaş yeməyə. Qorxma, şotu da özüm verəjəm.
Etiraz eləmədim, çoxdanıydı xaş yemirdim. Qayıtdıq geriyə. Xaşxana adamla dolu idi. Laçınlılar da təzə başlamışdı.
Elbrus məni görəndə qucaqlayıb basdı bağrına:
- Xoş gəlmisən, qaqa, çoxdandı görsənmirsən. Qaqan burdaydı, bir az olar getdi. Keçin oturun, indi sizə asobu xaş verəjəm.
Laçınlılar bu sözdən dilxor oldular:
- Bizə verdiyin oşala suyuydu?
- Qaqa, bizdə oşala suyu olmur, ağlın özünüzə getməsin. Oşala suyu olsaydı bir boşqab xaşı gözünə təpməzdin. İndi də ikinci boşqab istəyirsən. Bu dəfə sizə də asobu xaş verəjəm, mal dırnağından.
Keçib laçınlılarla bir stolda oturduq. Yemək-içmək başladı. laçınlılar da, sürücü də möhkəm vurdular.
Mən sürücüdən soruşdum:
- Qaidən qorxmursan?
- Əşi, yox, bizlə işləri yoxdu. Aylıx haxlarını veririk.
Nəhayət, yeyib-içmək bitdi. Laçınlılar hesabı vermək istədi, mübahisə düşdü.
Sürücü:
- Ə, pulunuzu qoyun civinizə. Siz kimsiniz ağdamlı olan yerdə şot verəsiniz?
Elbrus mənim xətrimə hesabı almaq istəmədi:
- Qonaq olun.
Sürücü onunla da razılaşmadı:
- Petro, pulunu götür. Məllim ayrı vaxt gəlif yeyif-içəndə şotu almazsan. İndi mənim qonağımdı.
Xaşxanadan çıxanda laçınlılar dedi:
- İndi bizi at bazara, bir saatdan sonra da gəl apar Armudun dibinə, çıxaq gedək evimizə-eşiyimizə.
- Bəs, Məcidovgilə gedəsi olmadız?
- Yox, içmiş halda seyid evinə gedərlər?
Sürücü:
- Malades, siz nə panyatkalı oğlanlarsız.
Beləcə qayıtdıq bazara. Laçınlılar düşdü və yenə döndük bizim məhləyə. Düşəndə Kamil müəllimin və özümün pulunu vermək istədim.
- Ə, pulunu qoy civinə, tələbə adamsan. Nolsun dədən sovxoz direktorudu. - dedi və maşını sürüb getdi.
Mən isə əlimdə anamın sevdiyi iki «Nağıl» tortu darvazanı döymək istədim. Amma nə darvaza vardı, nə ev-eşik, nə məni gözləyən anam, nə atam, nə də maşınıyla şəhərdə xuliqanlıq edən qardaşım. Oturdum bir daşın üstündə hıçqırdım, hönkürtü məni tutdu. Amma ağlaya bilmədim. Gözümdən yaş gəlmədi, göz yaşım 93-cü ildən qurumuşdu.
Həəə, bura Ağdam idi.
Mənbə: Adalet.az
Xəbərin oxunma sayı : 679
Sosial
Xəbərlər
-
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
-
“Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq“ - Lavrov
-
Tural Sadıqlının keçmiş xanımı Almaniya səfirinə müraciət etdi - Fotolar
-
Xaricdən gətirilən kərə yağı kəskin bahalaşıb - Qiymətlər
-
DTX İqbal Əbilovun istintaqını bitirdi - Lənkəranda məhkəmə başlayır
-
“ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir“ - “Fox News”
-
Əli Əsədov Tehranda Pezeşkianla görüşdü - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Mirsaleh Seyidov rəisi işdən çıxardı - Yeni təyinat
-
Bakı-Tbilisi sərnişin qatarı açıla bilər - Tarix açıqlandı
-
İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə “otlaq qalmaqalı“
-
Qar yağacaq, güclü külək əsəcək, temperatur enəcək - XƏBƏRDARLIQ
-
MİDA-nın adından istifadə edənlər ifşa olunub - DTX-dən əməliyyat
-
Ərdoğanla Ankarada Zelenski görüşdü - Fotolar
-
Bu obyektlər propan qaz balonlarından istifadə edirmiş - Fotolar
-
Generalın vəsatəti, polkovnikin etirazı qəbul olunmadı - 143 milyonluq yeyinti işi
-
“Hər 100 manatın 5 manatı içki və siqaretə xərclənir“ - Bir ayda 230 milyondan çox pul xərclənib...
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - Reytinq
-
“Putin Zelenski ilə danışıqlar aparmağa hazırdır“ - Kreml
-
Benzia “Qarabağ”da qalacaq? - Özü açıqladı
-
Azərbaycan İsrailə xam neftin satışını dayandırıb? - Ölkələrin siyahısı
-
Laçın qəbiristanlığında vandallıq: Ölülərin qızıl dişlərini oğurlayıblar (VİDEO)
-
Veysəloğlu Şirkətlər Qrupu lider mövqeyə sahib oldu - Ərzaq sektorun vergi ödəyiciləri arasında
-
Sabah Bakıya yağış, rayonlara qar yağacaq - Hava proqnozu
-
“Bizi vədlərlə nüvə ölkəsinin qarşısında tək qoymuşdular“ - Gürcüstan Prezidenti
-
İlyas İsmayılov dəfn olundu - FOTOLAR
-
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb - RƏSMİ
-
Beyləqanın mərkəzi yollarının təmiri davam edir - Fotolar
-
İlham Əliyev yenidən MOK-un prezidenti seçildi - Fotolar
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə müşahidə aparıb - VİDEO
-
Bakıda ağıllı radarlar quraşdırılıb? - Rəsmi cavab
-
İlon Mask Münhen konfransının rəhbərini ələ saldı: “Yazıqdır“
-
Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - VİDEO
-
Türkiyə 2025-ci ildə mötəbər velosiped yarışlarına ev sahibliyi edəcək - FOTO
-
179 min manatlıq tenderi nazir müavininin qardaşı udub? - SƏNƏDLƏR
-
Ana ölümləri niyə daha çox rayon xəstəxanalarında yaşanır? - VİDEO
-
Məişət zorakılığı ilə bağlı 594 müraciət - Hansı tədbirlər görülür? VİDEO
-
“Bu razılaşmanı tanımayacağıq” - Zelenski ABŞ və Rusiyaya etiraz etdi
-
Anar Quliyev dilemma qarşısında - Ya Prezidentin etimadı, ya da qanunsuz tikintilərə davam...
-
İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb? - VİDEO
-
Magistratura imtahanlarına salınan suallar çətin olub? - VİDEO
-
Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO
-
Avropa çempionu uğrunda 3 nəhəng klub mübarizə aparır - Hansını seçəcək?
-
Vardanyanın separatçılara verdiyi silahların - Siyahısı
-
Baş nazir Əli Əsədov Tehranda İranın Birinci vitse-prezidenti ilə görüşdü - FOTO
-
Nemət Pənahlının maşını hərraca çıxarılır - 42 min manata
-
“Yelo Bank” evimi əlimdən alır - Arif Hacılının qardaşı
-
“Tramp administrasiyası aprelin 20-nə qədər atəşkəsə nail olmaq istəyir” – “Bloomberg”
-
“Ceyhun Abbasovun verdiyi sözləri təsdiq edən səs yazıları var” - Avrora MMC-dən şikayət
-
Fransa rəsmiləri Azərbaycanda istintaqa cəlb olunub - Şok faktların üstü açıldı + FOTO
-
“Ər-Riyadda danışıqlar ikitərəfli olacaq“ - Putinin köməkçisi
-
Bakıda tanınmış rəssamın evindən 200 min apardılar - Oğru binanın gözətçisi imiş
-
Azərbaycan əhalisi nə qədərdir? - Statistika
-
Vardanyan hakimin bu sualı qarşısında susdu - FOTOLAR
-
Mahir Klozeyə getmək niyyətində olduğunu dedi - “Mən daha çox pul qazanmaq istəyirəm”
-
Bakının 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açılıb - RƏSMİ
-
Azərbaycan bu il 10 ölkəyə 3,5 mln. tona yaxın neft ixrac edib - SİYAHI
-
“Qumar kralı“nın cinayət işi ilə bağlı detallar - RƏSMİ
-
Boşanmaların sayı dəyişmədi – Evlənənlər azaldı
-
Əli Əsədov Xəzər İqtisadi Forumunda iştirak etmək üçün İranda səfərdədir - FOTO
-
Azərbaycanda bu şəxslərə 2600 manat birdəfəlik müavinət veriləcək - YENİ QANUN
-
Rusiya Suriya hökuməti ilə əlaqəyə girir - Hərbi mövcudluğunu saxlamaq niyyətindədir
-
“Orbita” MTK rəhbəri Famil Bağırov sakinlər yaşaya-yaşaya binanı sökür? - VİDEO
-
Azərbaycan Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edib - 13 ildən sonra
-
17 milyonluq tenderin 13 milyonunu bir şirkətə verilib: “Avaz Group”la AQTİ-ni nə birləşdirir?
-
Sevgililər Günü keçmiş arvadının evində dava saldı - Həbs edildi
-
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
ABŞ Braziliya və Çin hərbçilərini Ukraynaya cəlb edir - Sülhməramlı kimi
-
Mühafizəçi rəssam direktorun evindən 21 minlik gödəkcə oğurlayıbmış - Hökm oxundu
-
Heydər Əliyev güşəsini dayanacağa sürüşdürənlər yaşayış mərkəzini təhlükəyə atıblar - “AAAF Park”da nə baş verir?
-
“Toplum TV” və “Abzas Media” işlərində - Yeni faktlar
-
Bu şəxslər 10 il müddətində həbs olunacaq - Qanunda dəyişiklik
-
“Ukraynaya ərazi güzəştlərinin mümkünlüyündən söhbət gedə bilməz“ - Lavrov
-
“Sputnik Azərbaycan“ı Ramiz Mehdiyevlə Əli Həsənov gətirdi“ - “Onları inandra bilmədim...“ + VİDEO
-
DTX-nin ifşa etdiyi korrupsiya - Daha bir məhkəmə
-
Rövşən Rüstəmov müdiri özünə müşavir götürdü, iki nəfəri isə... - ADY-də yeni təyinatlar
-
İlyas İsmayılov vəfat etdi: “Atam qədər mənə əziz olan...“
-
Maaşla işləyənlərin nəzərnə - Ən azı bu qədər olmalıdır
-
“Diplomatik xidmət haqqında“ yeni qanun... - İlham Əliyev təsdiqlədi
-
“Tenderlər, yatırımlar sahəsində pozuntular daha çoxdur” - “Yeni yanaşmaların tətəbiqi zəruridir...”
-
Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir - SƏNƏD
-
164 saylı tam orta məktəbin qalmaqallı direktor vəzifədən çıxarılır? - İDDİA
-
Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırıldı - Prezident qanunu imzaladı
-
Bakıda yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət - İlk dəfə rəsmi açıqlandı
-
Kolleclərdə müəllimlik ixtisasının ləğvi təhsildə keyfiyyəti artıracaq? - VİDEO
-
Bakıda məşhur hotelin fəaliyyəti dayandırıldı - VİDEO
-
Zəngəzur dəhlizinin kilid nöqtəsindən son görüntülər - VİDEO
-
Pinqvinlər öz aralarında tez-tez “boşanırlar“ - SƏBƏB
-
Salyanda 10 uşaqlı ailə: ana adları səhv salır - VİDEO
-
Unun bahalaşması çörəyin qiymətini artıracaq? - VİDEO
-
Mənzil alanlara xəbərdarlıq: Kvadratı eyni olan evlər fərqli qiymətə satılır (VİDEO)
-
“Azərşəkər“, “Ticarət limanı“, “Azgranata“, “Astaraçay“ - Elm və təhsil nazirliyində biabırçı təyinatlar
-
İrandan daha çox xiyar alıb, Rusiyaya daha az xiyar satmışıq - Qiymətlər
-
Paytaxtda yeni söküntü aparılacaq - Kirayə mənzil qiymətləri artacaq?
-
Bölgələrdə yerləşən tikinti materialları bazarlarında durğunluq - VİDEO
-
“Mask son iki ildə 18 ölkədə sağçı siyasi qüvvələri dəstəkləyib“ - KİV
-
Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
-
Çoxuşaqlı ailələri sevindirəcək TƏKLİF
-
“FOSTER APC“ şirkəti qanunsuz işçi çalışdırır? - VİDEO
-
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Mebel bazarında vəziyyət necədir? - İnsanlar yerli istehsala üz tuturlar
-
Pezeşkian tribunada Azərbaycan dilində şeir dedi: bir nəfər ona yaxınlaşdı... - VİDEO
-
Azərbaycanda kiçik mühərrikli avtomobillərə maraq niyə çoxalıb? - VİDEO
-
Qaradağlı faciəsindən 33 il ötür
-
Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
-
Bank hesablarından oğurluq tək şəxsiyyət vəsiqəsi ilə mümkündür - DİQQƏT
-
Xəzərin suyu niyə qırmızı rəngə boyanıb? - Açıqlama
-
Fermerlər məhsullarını niyə sata bilmirlər? - VİDEO
-
Nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir? - VİDEO
-
Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək - Volodimir Zelenski
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu+Video
-
Sülh və sabitliyi təhdid edən hər şeyin arxasında İran dayanır - ABŞ dövlət katibi
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib -VİDEO
-
“Qarabağ” 10 nəfərlə “Neftçi”ni məğlub etdi - VİDEO
-
Azərbaycan qoz və qoz ləpəsini hansı ölkələrdən və neçəyə alır? - Tam siyahı
-
Fevral ayında hansı meyvələri yemək daha faydalıdır? - Siyahı
-
Goranboyda qayınata gəlininə əl qumbarası atıb - 38 yaşlı qadın çoxsaylı qəlpə yarası alıb
TOP 10
ARXİV