Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - MƏBLƏĞ

Tarix 13.01.25, 16:18

Font ölçüsü : - / +
bitmap-img6


"Azər-Türk Bank”ın rəhbərliyi 2024-cü ilin ilk altı ayında 736 min manat gəlir əldə edib.
 
Valyuta.az xəbər verir ki, bank 2023-cü ilin ilk yarısı üzrə müvafiq rəqəmləri açıqlamadığı üçün müqayisə aparmaq mümkün olmayıb. Bununla belə, 2023-cü il üzrə  ATB rəhbərliyinin gəlirlərinin 1 milyon 18 min manat təşkil etdiyi məlumdur. 

Bankın rəhbərliyinin gəlirlərinin ümumi işçi heyətinə ödənişlərdə çəkisi isə 5,4 % təşkil edib. Belə ki, ATB işçilərinə 2024-cü ilin yanvar-iyun aylarında 13 milyon 649 min manat ödəniş edib. 
 
Bu məbləğə bankın İdarə Heyəti və Müşahidə Şurasına daxil olan şəxslərin sosial ödəmələri və əməkhaqları daxildir. Belə ki, sözügedən ödəmələrin 145 min manatı sosial ödəmələrə yönəldilib. Ödənişlərin 591 min manatını isə əməkhaqları təşkil edib. 
 
Hazırda bankın rəhbərliyində 8 nəfər təmsil olunur. Bura bankın Müşahidə Şurasının sədri Ruslan  Əlixanov, MŞ-nin iki üzvü- Günel Nəbiyeva və Pərvin Manafov, İdarə Heyətinin sədri Orxan Hüseynov, İH-nin üzvləri İslam Musayev, Orxan Qədirbəy, Araz Gəncəli və Emil Ələkbərov daxildir. 
 
Bu isə o deməkdir ki, 2024-cü ilin ilk yarısında bank rəhbərliyində təmsil olunan hər bir şəxsin ortalama gəliri 92 min manat təşkil edib. 
 
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır.



Xəbərin oxunma sayı : 643




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap