![]() |
|














Generallar toplandı, Zakir Həsənov yeni tapşırıqlar verdi - MN-də kollegiya iclası
Tarix 24.02.25, 10:37 |
|

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.
AzFakt.com xəbər verir ki, nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.
Müdafiə naziri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə qüdrətinin əhəmiyyətini xüsusi vurğulayaraq, cari ildə Ordu quruculuğu istiqamətindəki perspektiv planlardan geniş söhbət açıb.
General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.
Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.
Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.
Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.
Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.
Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib.
Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.
Daha sonra hərbi təhsil sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib. Yeni hərbi kolleclərin yaradıldığı, hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi ilə bağlı zabit heyəti üçün bir neçə yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi məqsədilə yeni ixtisasların açıldığı diqqətə çatdırılıb.
Şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb.
Kollegiyanın gedişində vəzifəli şəxslərin 2024-cü ilin yekunları və perspektiv planlara dair fikir və təklifləri dinlənilib.
Yekunda çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın və birgə təlimlərin regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verdiyini qeyd edib.
2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.
Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.
Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.
Kollegiya iclasının sonunda müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını doğruldacağını əminliklə vurğulayıb.
Xəbərin oxunma sayı : 406
Sosial
Xəbərlər
-
“Oğurluq etmə“ sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
-
Hərbi xidmətdə 10 barmağını itirən şəxsin müavinəti niyə kəsilib? - VİDEO
-
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? – Tam siyahı
-
Vüsal Aslanov yeni departament yaratdı - Rəis təyin etdi
-
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
-
İxracdan əldə olunan 51 milyon dollar Azərbaycana qaytarılıb - RƏSMİ
-
“Sputnik”in Azərbaycandakı nümayəndəliyi ləğv edildi - Rəsmi
-
Pakistanın Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
-
Azərbaycan yumurtanı hansı ölkələrə və neçəyə satır? - Siyahı
-
Ukraynanın NATO-ya üzvlüyü məsələsində realist olmalıyıq - Hakan Fidan
-
Sabunçuda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb - RƏSMİ
-
Deputatlar toplanır: 16 məsələ müzakirə olunacaq - SİYAHI
-
Publik hüquqi şəxs 196 min manatlıq xidməti maşın almaq istəyir, amma... - Dövlət Xidməti “bahalı tender“i ləğv elədi
-
İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
Bir meyit donorun orqanları 3 şəxsə köçürüldü - Azərbaycanda ilk
-
“TikTok“da evlənəcəyinə söz verdi - Evindən qızılları oğurlayıb, qumara qoydu
-
Prezidentin Şahbaz Şəriflə geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Balıq məhsullarının qiyməti bahalaşdı - VİDEO
-
Dünyada kərə yağı sürətlə bahalanır - Son qiymətlər
-
Prezident Pakistanın Baş naziri ilə təkbətək görüşdü - Video - Foto
-
Generallar toplandı, Zakir Həsənov yeni tapşırıqlar verdi - MN-də kollegiya iclası
-
İlham Əliyev Şahbaz Şərifi qarşıladı - Video - Fotolar
-
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
-
Sumqayıtda dəhşət! - 46 yaşlı kişi baltalandı
-
Azərbaycanda boşanmalarda artım var - VİDEO
-
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
-
Bakıda binada partlayış - Xəsarət alan var (VİDEO)
-
Hansı ərazilərdə mənzil almaq daha sərfəlidir? - VİDEO
-
Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
-
Poqba İngiltərəyə qayıdır - Gələcək baş məşqçisi ilə şəxsən danışdı
-
Samir Şərifov oğluna dəbdəbəli toy etdi: Ani Lorak oxudu
-
Kimlər pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər? - VİDEO
-
Bir hasarda onlarla sayğac quraşdırıla bilərmi? - VİDEO
-
Arvadı mühasib, qardaşı oğlu müavin idi - Bələdiyyə sədri maaşları özü alıb
-
Hava ilə bağlı növbəti xəbərdarlıq - Bakıda 8 dərəcə şaxta
-
“Rusiya yeni ərazilərini heç kimə və heç vaxt satmayacaq” - Peskov
-
Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
-
Şahbaz Şərif Bakıda belə qarşılandı - FOTOLAR
-
Ərdoğan yenidən başqanı seçildi - AKP-də qurultay
-
Avtobusların qrafiki dəyişdi - 21:00-a kimi işləyəcəklər
-
Sabah qara görə dərslər təxirə salınır? - Açıqlama
-
Bakıda yataqxanada yanğın baş verdi - Video
-
“Avtomobillə yola çıxmayın!” - Dövlət qurumundan müraciət
-
“1921-ci il ssenarisinin təkrarlanmasına imkan vermədik” - Kobaxidze
-
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir - Xəbərdarlıq
-
Ər-Riyadda heç bir görüş hazırlanmır - Ryabkov
-
Azərbaycanlılar dini ziyarət üçün hansı ölkələrə gediblər? - Tam siyahı
-
Bakıda yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Məhərrəmlik ayı bu tarixdə başlayacaq - TƏQVİM AÇIQLANDI
-
Saxta psixoloq xidməti: ekspertlər nə deyir? - VİDEO
-
Rəfail Mehralıyevin yeznəsini tenderlərdə qalib edən qurumun 1.8 milyon borcu var
-
Vəkil Tükəzban Aşurova barəsində hökm çıxarıldı - 10 min alıb...
-
Ən çox qazanan məşqçilər açıqlandı - SİYAHI
-
Sabah da qar yağacaq, 5 dərəcə şaxta olacaq - Xəbərdarlıq
-
İsrail fələstinli məhbusları azad etməyi təxirə saldı - HƏMAS-dan bəyanat
-
Bu ixtisaslar sıradan çıxır, bəs perspektivli sahələr hansılardır? - SİYAHI
-
Fransa və Britaniya Ukraynaya 30 min hərbçi göndərmək istəyir - KİV
-
Papa Fransiskin səhhəti kritik vəziyyətdədir - Vatikan açıqlama yaydı
-
Bərdədə yasda kütləvi zəhərlənmə - SİYAHI
-
Trampdan Maska göstəriş:“Daha aqressiv ol!“
-
Dövlət qurumunun adından vətəndaşı belə aldatmaq istədilər - TƏFƏRRÜAT
-
Qar ən çox hansı rayona yağıb? - Faktiki hava açıqlandı
-
Normal qan təzyiqi neçə olmalıdır? - ARAŞDIRMA
-
Polisin gecəki fəaliyyəti - FOTOLAR
-
Azərbaycanda ən çox kredit alan tələbələr bu universitetdəndir - VİDEO
-
Bakıda mənzillər niyə sürətlə satışa çıxarılır?- VİDEO
-
Goranboyda təcili yardım maşını piyadanı vuraraq öldürdü - VİDEO
-
Azərbaycanda temperatur mənfi 17 dərəcəyə endi - FAKTİKİ HAVA
-
İKZF əməkdaşlarını sığorta etdirir – 267 minlik müqavilə
-
Bu il qəbul imtahanlarının ballarında artım gözlənilirmi? - VİDEO
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Sabah”la heç-heçə etdi
-
Şimali Koreya ABŞ-yə xəbərdarlıq etdi: Cavab verəcəyik!
-
Təbrizdə uşaqların “Bu qala daşlı qala” oxuması gündəm oldu - VİDEO
-
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 1 gündə 48.5 mln.luq tender elan edib
-
Fasilədən sonra yenidən qar yağır - Faktiki hava
-
30 manatını vermədilər deyə 2700 manatlıq aparatı oğurladı - Məhkəmə
-
Bakıda dəhşətli cinayət: həyat yoldaşını və 4 yaşlı oğlunu bıçaqladı
-
“Azərbaycanda kiçik kəndlərin birləşdirilməsi qaçılmazdır” - TƏKLİF
-
Dünən Bakıda birlikdə yeyib-içən 4 dostun meyiti tapıldı - Nədən ölüblər?
-
“Evli kişi ilə heç vaxt münasibətdə olmamışam“ - Samirə
-
General evində yıxılaraq öldü - “Başı döşəməyə dəyib...“
-
Sistem donur, xəta bildirişləri gəlir - Azərbaycanda keçirilən ipoteka aksiyaları niyə uğursuzdur?
-
Özünü deputatın xalası oğlu kimi təqdim etmişdi - Məhkəmədə qandallandı
-
“Kursus-Nizami” MTK Nizami rayonunda narazılıq yaradır - ŞİKAYƏT
-
Ərdoğan Suriyaya Ramazanın ilk günü səfər edəcək - KİV
-
Putin göstəriş verdi: İlon Maskla işləyin!
-
Neftçalanı 1,2 milyona “abadlaşdıracaq“ şirkətin 154 min vergi borcu var
-
Uşaqlarını başqa məktəbə keçirmək istəyən valideynlərin DİQQƏTİNƏ
-
Futbol tarixinin ən bahalı transferi reallaşa bilər - Ərəblər Vinisiusdan əl çəkmir
-
Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək - Bu tarixdə
-
Kirayə qaldığı evdən 4 min oğurladı - Polis saxladı
-
Sabah da hava qarlı olacaq, yollar buz bağlayacaq - Xəbərdarlıq
-
Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifədən çıxarılıb - Sərəncam
-
Xankəndi uşaqlarının qar sevinci - Fotolarda
-
Universitetlərə ərizə qəbulunun qiyməti dəyişib? - VİDEO
-
Aptekdən 500 manat oğurladı - Saxlanıldı
-
16 yaşlı oğlan bıçaqlandı - 2 nəfər saxlanıldı
-
ABŞ və Ukrayna müqavilə imzalaya bilər - Bu tarixdə
-
Dövlət Agentliyi blogerlərə 4 milyon manat ayırıb - SİYAHI
-
20 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
-
“Bütün dünya “Oreşnik”dən danışır” - Putin
-
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq? - VİDEO
-
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata...
-
Berbok ABŞ-a xəbərdarlıq etdi - “Təzyiqi artıracağıq”
-
Növbəti illərdə Bakının hansı ərazisindən ev almaq daha ucuz olacaq? - Açıqlama
-
Astarada 3 nəfərin xəsarət aldığı faciəli hadisəyə səbəb nə olub? - VİDEO
-
Tramp Moskvaya gedəcək? - Özü açıqladı
-
Buzlu yolda qəzaya görə zərəri kim qarşılayır? - VİDEO
-
Hadisənin yeni klipi müzakirələrə səbəb oldu - Fotolar
-
UEFA-nın yenilənən reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Zelenski yalan danışır, razıdır - Marko Rubio
-
Yarasalarda yeni koronavirus tapıldı: İnsana yoluxma riski var
-
PA-nın vəzifəli şəxslərinin qəbul günləri açıqlandı - CƏDVƏL
-
Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 353 nəfər saxlanıldı
-
“İlham Əliyev nümunəvi liderdir” - Gürcüstan Prezidenti+Video
-
Qanunsuz ağac kəsmədə təqsirləndirilən vəzifəli şəxs həbs edildi - RƏSMİ
-
Dağlıq rayonlarda 16 dərəcə şaxta qeydə alınıb - Faktiki hava
-
Yasamal icra başçısı “BMW X7” maşını ilə qaydaları belə pozdu - FOTOLAR
-
Azərbaycanda ən rekord şaxta neçənci ildə qeydə alınıb? - AÇIQLAMA
-
Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev kimdir? - DOSYE
TOP 10
ARXİV