Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Ukraynanın NATO-ya üzvlüyü məsələsində realist olmalıyıq - Hakan Fidan

Tarix 24.02.25, 13:05

Font ölçüsü : - / +
bitmap-img6


Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmalıyıq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg”ə müsahibəsində bildirib.

Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ Prezidenti Donald Trampın yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Hakan Fidan belə cavab verib: "Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”.

Nazir bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı rəsmi mövqeyi belədir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın açıqladığı kimi, Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmağa məcburuq”. "Haber Global"



Xəbərin oxunma sayı : 385




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap