Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza

Tarix 24.02.25, 14:12

Font ölçüsü : - / +
bitmap-img6


Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər, ilkin olaraq xüsusilə külli miqdarda - 250 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilirdilər. Lakin məhkəmədən əvvəl onlar bu məbləği tam şəkildə dövlətə geri ödəyərək bu epizod üzrə işi bitiriblər. İttihamların qalan hissəsi isə vəzifə səlahiyyətlərini aşmaqla bağlı idi. Bu maddənin sanksiya həddində 3 ildən 7 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Bu iş üzrə müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da dindirilmişdi. Maliyyə pozuntuları onun işlədiyi dövrdə qeydə alındığı üçün ifadə verməsi zəruri hesab edilib.

Bugünki məhkəmə prosesində Məmmədov ilə Rəhimov vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər. Lakin məhkəmə onlara  münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

E.Məmmədov və R.Laçınov 3 il müddətinə şərti məhkum edilərək azadlıqda qalmağa davam edirlər.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi.

Elmar Məmmədov və R.Laçınov həmin ötən ilin yayında həbs edilmişdilər. Bir neçə ay sonra şərait dəyişdiyindən onlar ev dustaqlığına buraxılıb.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap