Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - Tam siyahı

Tarix 24.02.25, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il ərzində Azərbaycana xarici ölkələrdən 439 milyon 952,7 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon gətirilib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki illə müqayisədə ötən il idxal edilən smartfonların miqdarı 19,2% və ya 242 min 763 ədəd artıb.
Məlumat üçün qeyd edək ki, ötən il idxal olunan smartfonların dəyəri əvvəlki illə müqayisədə 10,5% bahalanıb. Belə ki, idxal olunan smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən il 291 dollar (495 manat) olduğu halda, 2023-cü ildə 264 dollar (448 manat) olub.
Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana ötən il 1 milyon 200 min 754 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Kanadadan gətirilib. Ötən il ərzində Kanadadan cəmi 2 smartfon idxal edilib.
Ötən il idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 1 200 754 ədəd (280 dollar);
Vyetnam – 229 799 ədəd (343 dollar);
Hindistan – 74 658 ədəd (265 dollar);
ABŞ – 3 225 ədəd (1 132 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 416 ədəd (504 dollar);
Yaponiya – 321 ədəd (1 056 dollar);
İndoneziya – 195 ədəd (238 dollar);
Koreya – 117 ədəd (1 034 dollar);
Ukrayna – 108 ədəd (1 127 dollar);
Sinqapur – 59 ədəd (1 116 dollar);
Yamayka – 43 ədəd (1 020 dollar);
Tailand – 40 ədəd (633 dollar);
Fransa – 26 ədəd (466 dollar);
Malayziya – 17 ədəd (1 526 dollar);
Almaniya – 11 ədəd (1 838 dollar);
Qətər – 6 ədəd (875 dollar);
Avstriya – 5 ədəd (880 dollar);
Kanada – 2 ədəd (1 135 dollar).



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap