Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Komitə sədrinin işdən çıxardığı məmuru Mərkəz sədri vəzifəyə təyin etdi - FOTO

Tarix 24.02.25, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Anar Quliyevin işdən azad etdiyi Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə?
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin işdən azad etdiyi Fərid Hüseynov bu qurumun nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin sədri Ramin Abdullayev tərəfindən yenidən işə götürülüb. Bu barədə redaksiyamızı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Ramin Abdullayevin "sağ əli” olan və Tikintiyə nəzarət şöbəsinin rəisi olan Fərid Hüseynov  işdə yol verdiyi kobud nöqsanlara görə bir müdət bundan öncə Anar Quliyev tərəfindən işdən azad edilmişdi. Məlumat üçün qeyd edək ki, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinin girişində Ulu öndərin guşəsinə hörmətsizlik edərək rüşvət qarşılığında qanunsuz tikinti buraxan şəxs də Ramin Abdullayevin qara kassası Fərid Hüseynov olub.
 
 
 Fərid Hüseynov 

Ramin Abdullayevdən  Anar Quliyevi heçə sayan addım…
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tərəfindən qovulan şəxsin Anar Quliyevə tabeçiliyi olan Ramin Abdullayev tərəfindən işə götürülməsi sonuncunun öz rəhbərinin qərarını heçə saydığını göstərir. Bu fakt onu deməyə əsas verir ki, Ramin Abdullayev çalışdığı qurumun daxilində öz imperiyasını yaradıb və onu istədiyi şəkildə idarə edir. Fərid Hseynovu yenidən işə götürməsində səbəb isə sözügedən şəxsin Ramin Abdullayevin "qara işlərində” xüsusi fəallıq göstərməsi, "qara kassa” kimi öz fəaliyyətini ideal səviyyədə qurmasıdır.
 
Eldar Əzizov və Kamil Məmmədov Fərid Hüseynovun himayədarı qismində
 
Ramin Abdullayev
 
Mənbənin bildirdiyinə görə, Fərid Hüseynovun yenidən qayıdışı Ramin Abdullayev və onun Bakı Şəhər İcra Hakimiyyətindəki əlaqələri ilə bağlıdır. Belə ki, Ramin Abdullayev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, xüsusilə də başçının müşaviri Kamil Məmmədovla olan əlaqələrindən istifadə edərək Fərid Hüseynovun yenidən işə qəbulunu təmin edib. Xüsusilə Kamil Məmmədov bu məsələdə Ramin Abdullayevə ciddi dəstək verib.
 
Açıklama yok.

Xatırladaq ki, həm Ramin Abdullayev, həm də Fərid Hüseynovun adı Gəncə, Abşeron, Qarabağ və digər bölgələrlə bağlı çoxsaylı korrupsiya əməllərində hallanır. Bu isə hər iki şəxslə bağlı hüquqi araşdırmanın aparılmasını vacib edir. Ümid edirik ki, əlaqədar qurumlar adları daim rüşvət və korrupsiya ilə gündəmə gələn Ramin Abdullayev və Fərid Hüseynovla bağlı rəsmi araşdırmaya start verəcək, məlum araşdırma çərçivəsində bu şxəslərin qara əməllərində yer alan digər şəxslər də aşkar edilərək məsuliyyətə cəlb olunacaq.
 
Mənbə: Cumhuriyyet.az



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap