“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Prezident Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - Müzakirə

Tarix 08.01.25, 14:35

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

AzFakt.com xəbər verir ki, Maqdalena Qrono yeni vəzifədə dövlət başçısı tərəfindən qəbul olunmasına görə minnətdarlığını ifadə edib.

O, təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığını çatdıraraq, aviaqəzanın bütün səbəblərinin hərtərəfli şəkildə araşdırılacağına ümidvarlığını bildirib.

Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən qonaq vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

Maqdalena Qrono ölkəmizin region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın zəngin tarixə malik olduğunu vurğuladı. Bu xüsusda, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji, nəqliyyat, investisiyalar, ticarət və qarşılıqlı maraq doğuran digər sahələrlə bağlı məsələlərə toxunulub.

Dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin təmin olunması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirib və Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesinin ikitərəfli müstəvidə aparıldığını deyib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı üçün təmasların davam etdirilməsinin vacibliyi vurğulanıb.



Xəbərin oxunma sayı : 1366




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap