“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Tramp və Netanyahuya Vaşinqtonda etiraz - VİDEO

Tarix 05.02.25, 11:51

Font ölçüsü : - / +
bitmap-img6


Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşən ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısına toplaşan fələstinli tərəfdarların etirazı ilə üzləşib.

Nümayişdə bir çox qeyri-hökumət təşkilatından yüzlərlə insan Fələstin bayraqları dalğalandıraraq, “Azad Fələstin”, “Soyqırım baş naziri” və “Müharibə cinayətkarına ev sahibliyi etməyi dayandırın” kimi şüarlar səsləndirib. Netanyahunun “müharibə cinayətkarı” olduğunu qışqıran nümayişçilər “Netanyahu hərbi cinayətkardır”, “İsrail öldürür” yazılı plakatlar qaldırıblar.

Etirazçılar həmçinin Qəzzada hərbi cinayətlər və insanlığa qarşı cinayətlər törətdiyinə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs qərarı çıxaran Netanyahunun həbsinə çağırıblar.

Aksiyadan çəkilmiş görüntülərdə ABŞ-nin İsrailə silah və digər yardım göndərilməsini dayandırmasını tələb edən işarələr, nümayişçilərin “Netanyahu, sən tiransan” və “Netanyahu, sən qorxaqsan” şüarlarının yazılı olduğu löhvələrin olduğunu görünüb.







Xəbərin oxunma sayı : 160




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap