Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    Tünzalədən sinə dekolteli - Fotosessiya

Dünyada kərə yağı sürətlə bahalanır - Son qiymətlər

Tarix 24.02.25, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


Son 5 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti kəskin şəkildə artıb.

Yeniavaz.com xəbər verir ki, dünyanın ən böyük ticarət platformalarından biri olan “Global Dairy Trade”də  (“Qlobal Süd Məhsulları Ticarəti”) 18 fevral tarixində kərə yağının 1 tonunun orta topdansatış qiyməti 7 378 dollar (1 kq 7,4 dollar və ya 12,6 manat) olub.

Qeyd edək ki, 5 ay əvvəl – oktyabr ayının əvvəlində bu göstərici 6 407 dollar (1 kq 6,4 dollar və ya 10,9 manat) olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ay ərzində kərə yağının qiyməti təxminən 15,6% artıb.

Məlumat üçün bildirək ki, Azərbaycan kərə yağına olan tələbatı daxili istehsal hesabına təmin edə bilmir. İl ərzində Azərbaycanda təxminən 45 min ton kərə yağından istifadə olunur və bunun 18 min tonu (40%-i) xaricdən idxal edilir. Bu səbəbdən xarici bazarlarda kərə yağının qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir. Son 5 ayda xaricdən idxal edilən kərə yağının marketlərdəki orta pərakəndə satış qiyməti 21 manatdan 22,6 manata yüksəlib.



Xəbərin oxunma sayı : 427




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap