“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Orta məktəblər və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək - VİDEO

Tarix 01.02.25, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Orta məktəblər və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək
Azərbaycanda ümumi təhsil müəssisələri və bağçalarda məktəb avtobuslarından istifadə ediləcək.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Xezerxeber.az-ın məlumatına görə, təhsil ekspertləri bildirirlər ki, bir sıra xarici ölkələrin də təcrübəsində öz əksini tapan məktəb avtobuslarının istifadəyə verilməsi yollarda tıxacın, xüsusilə paytaxtda yerləşən təhsil müəssisələrinin ətrafında sıxlığın azalmasına ciddi təsir  göstərə bilər.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu avtobuslar ərazidə yerləşən məktəblərin ümumi istifadəsi üçün nəzərdə tutulub.

Dövlət Proqramında əksini tapan digər bir məsələ isə Bakıda təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.

Qeyd edək ki, Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB  və Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə təhlillərin aparılmasını, müvafiq siyahıların təsdiq edilməsini və müvafiq siyahıya uyğun dəyişkən iş rejiminin təşkil edilməsini təmin etməlidir.





Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap