“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Sponsor axtarışında olan Federasiya prezidentinin biznes imperiyası - SƏNƏDLƏR

Tarix 31.01.25, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


Yanvar ayının 28-də Azərbaycan Karate Federasiyasının ümumi yığıncağı keçirilib. 
 
Qlobal.az xəbər verir ki, Fövqaladə Hallar Nazirliyinin İdman Mərkəzində keçirilən tədbirdə Karate Federasiyasının Prezidenti, deputat Ülvi Quliyev İctimai tv-yə açıqlamasında rəhbərlik etdiyi federasiyanın hazırda sponsorunun olmamasını deyib. 
 

Qlobal.az kənarda sponsor axtaran Karate Federasiyasının Prezidenti, deputat Ülvi Quliyevin sahib olduğu mediada yayımlanmış biznes imperiyasının bir hissəsini oxucuların diqqətinə çatdırır:
 
1. Yaxın qohumu İlkin Quliyevin idarə etdiyi "Dönüş-1" Məhdud Məsuliyyətli Cəmiyyəti. İnşaat sahəsində fəaliyyət göstərən bu şirkət əsasən Səbail və Yasamal rayonu ərazilərində bina tikintisi ilə məşğuldur. Şirkətə deputatın oğlu Orxan Qluliyevin rəhbərlik etdiyi deyilir.
 
2. Deputatın oğlu Orxan Quluzadə 2020-ci ilin fevral ayında İngiltərədə növbəti şirkətini - MARKETING SOLE PROJECT LTD-ni 12459963 saylı lisenziya ilə qeydiyyatdan keçirib.Şirkətin hüquqi ünvanı London, Old Gloucester Street 27-də yerləşir.
 
3. Ülvi Quliyevin Londonda UGANO LTD adlı daha bir şirkəti fəaliyyət göstərir. 2019-cu il hesabatına görə bu şirkətin avtivləri 1.2 milyon dolla civarında olub. 
 
4. Ülvi Quliyevin Türkiyədə də biznes şəbəkəsi var. GUANO DANIŞMANLIK TİCARET LİMİTED ŞİRKETİ 2009-cu il mayin 13-də İstanbul Ticaret Odasında 50 min lirə nizamnamə kapitalı qeydiyyatdan keçib, 699005 saylı şəhadətnamə alıb. Təsisçiləri hər biri 50 faiz paya sahib olmaqla Orxan Quluzadə və deputatın həyat yoldaşı Aynur Quliyevadır. Şirkətin ofisi İstanbulun Üsküdər səmtindəki KISIKLI MAHALLESİ ALEMDAĞ CADDESİ YANYOL NO:7/11-də yerləşir.
 
5. Deputatın daha bir şirkəti isə "LOĞMAN -3" Kiçik Müəssisəsidir. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 ünvanıdır. 
 
6. Deputat bu ünvanda 2011-ci ilin yanvarında daha bir şirkət açıb. "LOĞMAN FARM" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN 1501723311) tibbi profil üzrə fəaliyyət göstərir. Şirkətin təsisçisi Ülvi Quliyevin oğludur. 
 
7. Ülvi Quliyev 2016-cı ildə inşaat sahəsi üzrə fəaliyyət göstərən daha bir şirkət yaradıb. "DİLER İNŞAAT” MMC Səbail rayonunda ən məşhur olan proyektlərdən birini - BAYIL MARİNA rezidensiyasının tikintisini həyata keçirib.
 
8. Deputatın oğlu Orxan Quluzadənin Rusiyadada da biznesi var. O.Quluzadənin Sankt-Peterburqda "Xoçu kebab” və "Xoçu şaşlık” restoranlar şəbəkəsi fəaliyyət göstərir. 
 
Qeyd edək ki, Ülvi Quliyev 2005-ci ildən Milli Məclisin deputatıdır. O, əvvəllər Gömrük Komitəsində şöbə müdiri vəzifəsində çalışıb. VIII dan qara kəmər sahibi olan Ülvi Quliyev 2023-cü ildə Karate Federasiyasının Prezidenti seçilib. 
 

 

 

 

 

 

 

 

 

 

 

 



 



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap