“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Cəmi 82 nəfər sənəd təqdim edib - Plastik cərrahlarla bağlı açıqlama

Tarix 31.01.25, 18:45

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi üçün səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Komissiya tərəfindən ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlara peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) Səhiyyə Nazirliyinə şəxsən 2025-ci il 31 yanvar tarixinədək təqdim edilməsi müəyyənləşib. Bu barədə müxtəlif media vasitəsilə bir neçə dəfə elanlar verilib.

Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu tarixədək sənədlərini təqdim etməyən mütəxəssislərin praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap