Afaq gecə xalatında pozalar verdi - VİDEO Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO
Axtar
 
  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

“Bu, Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi” - Rasim Balayev

Tarix 18.05.23, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Redaksiyamıza qonaq gəlmişdi. Bu yaxınlarda 75 illiyini qeyd eləmiş sənətkar çox yorğun görünür. Sənətinə pərəstiş edən hər kəs ətrafına toplanır. Əlini sıxmaq istəyən kim, şəkil çəkdirmək istəyən kim. Hərə ilə 3-5 kəlmə danışır və məzəli şəkildə "daha konturum qurtardı” deyir. “Niyə”sini söhbətimizdə biləcəksiniz.  

Lent.az-ın müsahibi Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.

 - Rasim bəy, necəsiniz?

- Konturum qurtarıb.

- Necə yəni?

- Rəhmətlik Habil Əliyevin sözü idi bu. Halını soruşanda deyərdi konturum qurtarıb. Yəni enerjim tükənib anlamında. Dilimə düşüb. Mənim də konturum bitib. Yaş öz sözünü deyir, yorulursan. Enerjin tükənir.

- Axsayırdınız. Ayaqlarınız incidir?

- Cavanlıqda “ Babək” filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxılmışdım. İllər sonra özünü göstərir. Onurğamda yaranmış problemlər ayaqlarıma vurur.

- “Babək”, “Nəsimi”, “Arxadan zərbə”, “Dədə Qorqud”.  60 -70-ci illərdə çəkilmiş bu filmlərin ləzzətində, dadında filmlər görə bilmədik son 30 ildə. Mən hələ təkcə sizin iştirak etdiyiniz filmlərin adını çəkdim. Halbuki indiki dövrdə texnoloji yeniliklər çox, istedadlı aktyorlarımız çox. İmkanlar daha yaxşı. Bəs niyə elə filmlərimiz yoxdur? Nə çatışmır?

- O qədər şey çatışmır ki. Yaxşı rejissorlar, yaxşı əsər yazanlar, kinossenaristlər yoxdur. O gün kinoforumda  da dedim, əvvəllər respublikaya yer verirdilər. Gedib Moskvada, Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdılar. Güclü, beynəlxalq səviyyəli məktəb idi. Bu ənənəni davam etdirmək lazımdır. İndi orda təhsil pulludur. Nazirdən xahiş elədim, imkan yaratsınlar, ildə bir operator, bir aktyor, bir rejissor gedib təhsil alsın. Beynəlxalq təcrübə qazansın. Yoxsa yerindən duran film çəkir. Toy çəkən də deyir rejissoram, kino çəkmişəm. 

- O gün çox nüfuzlu aktyorlarımızdan biri deyirdi ki, Rasim Balayevin yeri əslində Kino İttifaq yox, Teatr Xadimləri İttifaqıdır. Sizcə haqlıdır?

- Yox. Mən elə Kino İttifaqında yaxşıyam

- Çox aktyorlar şikayət edirlər ki, kino ittifaq bütün aktyorları əhatə eləmir. Bir kinomuzun iki ittifaqı var. Necə düşünürsünüz, hamını əhatə edə bilmək üçün yeniləri də yaradılmalıdır, yoxsa bu var olan iki ittifaq birləşməlidir?

- Birləşməlidir əlbəttə. Bir kino ittifaq olmalıdır. Bu birmənalı şəkildə belədir. Onu yaratdılar. Sənətkarların arasına qalmaqal, söz - söhbət saldılar. Əsl ittifaq bizik, 65 yaşımız tamam olur. Onu süni surətdə yaratdılar, sonra da bağlaya bilmədilər. Çünki ictimai təşkilatdır. Əli Həsənov və Ramiz Mehdiyevin layihəsi idi bu.

- Şəfiqə xanımla münasibətləriniz necədir?

- Normal.

- Bir ara öz əməkdaşları ondan gileyləndilər, hətta saxtakarlıqda ittiham etdilər.

- Mən qarışmasam yaxşıdır. Özləri bilərlər.

- Sizin ittifaqda əməkdaşlar maaş alırlar? Şəfiqə xanımın yanındakılar deyirlər maaşsız işləmişik. Belədirsə, niyə vəzifəyə can atırlar?  

- 15 işçimiz var. 1 hesabdar, birinci katib, sədr, redaktor və s. Maaş alır hamısı. Bir də ictimai əsaslarla işləyənlər var.

- Dondurulan filmlərin taleyi necə olur? Pullar tökülür , film çəkilişi başlayır. Çox zaman ya yarımçıq qalır, ya da film başa çatsa da deyirlər lazım olmadı.Dövlətin bu çəkilişlərə sərf etdiyi  pullarının aqibəti necə olur bəs?

- Adam var 2-3 min pul mənimsəyib tutub basırlar dama. Amma film çəkilişlərində yüz minlərlə pul havaya sovrulur, soruşan yoxdur ki, a bala, o pullar necə oldu?

- Bununla bağlı müraciət eləmisiniz?

-  Eləmişik. Görünür dondurulan film elə çəkilib ki, o bizə lazım deyil. 

- Belə çıxır ki, elə ən yaxşı korrupsiya yoludur…

- Belə çıxır. Əvvəllər nəzarət var idi. Film çəkilirdi, 2400 metr xronometrajı olmalıydı. 500 metr çəkiləndən sonra Bədii Şura yığışıb baxırdı. Baxırdılar, nə düz gedir, nə getmir, nə dəyişməlidir. İndi nə o nəzarət var, nə də qiymət verən düz verir.

- Bir zamanlar siz, Rafael Dadaşov və bir neçə aktyorlarımız var idi ki, yaraşığına, istedadına görə, heç də dünya şöhrətli Alen Delondan, Jan Maredən geri qalmırdınız. Amma dünyaya çıxa bilmədiniz. Niyə belə oldu?

- Sovetin öz qanunları var idi. Bir də yerlərdə heç nəyə imkan verməyən məmur faktoru. Elə oldu ki, çıxa bilmədik.

- Bir də şans verilsə, yenidən bu yolu seçərdiniz? Heç oturub düşünəndə kaş ki, bu sənəti seçməzdim dediyiniz olub?

- O qədər psixoloji gərginliklər, yoğun duyğu seli yaşamışam, istər - istəməz bu məni tükəndirib. Qurban olum Allaha, mən deyirdim heç 70 yaşa çatmaram. Amma indi 75  oldum. Nə o qulac - qulac saçlar qalıb, nə o şuxluq. Bu yolu seçərdimmi? Bilmirəm (düşünür). Cavab vermək çətindir, çox çətindir. Ən çətin sual bu oldu.



Xəbərin oxunma sayı : 505




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap