|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
“Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” - Elmir Əkbər
Tarix 12.01.23, 10:41 |
|
Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü “psixoloq” adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərirlər. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunurlar. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardır. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Haradan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?
Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq-bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?
Kulis.az psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.
-Doktor, sizi xoş gördük!
- Salam, sizin və xalqımızın keçmiş də olsa yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!
- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?
- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdur, psixiatrdır və ya psixoterapevtdir.
Bilirsiniz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.
Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.
Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.
İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.
-Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?
- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti “supervisor” (xüsusi nəzarətçi - S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervayzeri ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana-Avstriya psixoterapiya məktəbidir, biri də Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervayzerim var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.
Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu şəxslərin öz həyatı daim nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin “yarımfabrikat” psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.
Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.
- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?
- Baxın, nəinki klinik psixoloq, ümumiyyətlə həkim olmayan heç bir kəs müalicə, resept yaza bilməz. Bu, qızıl qaydadır. Yazırsa, o da bir fırıldaqçıdır, canidir, resept yazmaqla cinayət törədir. İnsanın əhvali-ruhiyyəsinə, psixi aparatına, ruhuna təsir göstərən dərmanları ancaq həkim psixoterapevt və ya həkim psixiatr təyin edə bilər.
Ümumiyyətlə, psixoloji problemlər iki qrupa bölünür. Biri sırf sosial psixoloji problemlərdir ki, bura ailə-məişət zəminində baş verən problemlər, konfliktlər, davalar, valideyn-övlad, ər-arvad problemləri və sair daxildir. Bunlarla psixoloqlar məşğul ola bilərlər. Amma əgər məhz tibbə bağlı diaqnozlarla işlənilirsə - söhbət depressiya, panik atak, təşviş-həyəcan pozuqluğu, obsessiv kompulsiv pozuntu, müxtəlif davranış pozuntuları, asılılıqlar, narkomaniya, qumarbazlıq və sairdən gedir. Bunlar artıq sırf tibbi problemlərdir. Və bunun diaqnozunu ilk növbədə həkim psixoterapevt qoymalıdır. Lazım gəlsə, müəyyən yüngülvari müalicə yazmalıdır, ondan sonra onun seanslarını ya özü aparmalı, ya da klinik tibbi psixoloqa həvalə etməlidir. Yenə də diaqnozu klinik psixoloq qoya bilməz, həkim psixoterapevt qoya bilər. Uzaqbaşı psixoterapevt tapmayanda diaqnozu həkim psixiatr qoya bilər. Həkim psixiatr isə yalnız dərman müalicəsi apara bilər, seans apara bilməz, bunun üçün xəstə klinik psixoloqa yönləndirilməlidir. Çünki onun buna səlahiyyəti çatmır, uyğun təhsili yoxdur.
- Deməli, həm seans terapiyasını, həm də dərman müalicəsini paralel şəkildə yalnız psixoterapevtlər apara bilər?
- Bəli, həkim psixoterapevtin həm psixiatrın işini, həm də klinik psixoloqun işini görməyə haqqı çatır. Çünki onun təhsili daha genişdir. Məsələn, biz müalicə işi fakültəsini oxuyuruq. Azərbaycanda yeganə tibbi təhsil Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi altı illik təhsildir. Bundan sonra isə biz keçirik psixiatriya üzrə internatura və ya rezidentura və yaxud ordinatura (hər ölkədə adı bir cür səslənir) mərhələsinə. Ondan sonra isə ayrıca ikinci bir internaturanı və ya rezidenturanı keçirik, ondan sonra isə üçüncü bir mərhələ keçərək psixoterapiyanın konkret bir istiqaməti üzrə ixtisaslaşırıq. Yəni, həkim terapevt ən azı, üç təhsil almalıdır. Məsələn, mən əlavə olaraq klinik tibbi psixologiya üzrə də təhsil almışam. Bu elə də vacib deyil, olmaya da bilər, psixoterapevt adlanmaq üçün. Oxucularımız bilməlidirlər ki, Azərbaycanda psixoterapevt peşəsinə yiyələn həqiqi mütəxəssislər sayca çox azdır, barmaqla sayılacaq qədər az.
Bu gün dırnaq lakı ilə də psixoterapiya edən adamlar peyda olub. Yəni, bilirsiniz, özünə hörmət edən, şəxsiyyəti, ləyaqəti, şərəfi olan bir insan nəyə görə başqa adı oğurlamalıdır? Savadı, özünü təsdiq etmiş bir stomatoloq niyə özünü ginekoloq adlandırsın axı? Əgər bunu edirsə, deməli, dələduzdur, tərbiyəsizdir. Mənim guya xəstəliklər haqqında anlayışım yoxdur? Hansısa bir ürək xəstəliyi, böyrək xəstəliyi olan adama ümumi bir resept yaza bilmərəm? Təbii ki, yaza bilərəm. Amma mən bunu eləmərəm, çünki özümə də, qanunlara da hörmətlə yanaşıram. Hər bir həkim ona müraciət edən insanın yerində öz doğmasını təsəvvür etməlidir.
- Bəzən belə hallar da olur, dərman müalicəsi lazım olan xəstələrə uzun-uzadı seanslar keçilir, və ya əksinə, seansla keçəcək problemi olan xəstəyə çoxlu ağır dərmanlar yazırlar. Belə çıxır ki, heç kəs “əlinə düşən” pasiyenti buraxmaq istəmir?
- Bəli, həkim karuselinə salırlar adamı. Tutaq ki, adamın panik atakı var, həyəcan və təşvişi var, amma onu müxtəlif analizlərə, MRT-yə, KT-yə göndərirlər. Əzizlərim, psixoloji problemi olan adama bunların heç biri lazım deyil. Bu problemi olan insanlara heç nevroloqlar, nevropatoloqlar da diaqnoz qoya bilməz. Çünki, nevroloqlar C kateqoriyasından olan kodlaşdırılmış xəstəliklərlə işləyə bilərlər. Sadaladığımız xəstəliklər isə F kateqoriyasına aiddir. Yəni, sırf psixoloji problemdir, nevroloji problem deyil.
- Doktor, uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?
- Ümumiyyətlə, bu gün baş tutan çox böyük dələduzluqlardan biri də odur ki, “YouTube”də türk dilində müxtəlif videolar yerləşdirirlər, şüuraltının təmizlənməsi barədə. İnsanlar da oraya gedib ətək-ətək pul tökürlər. Nəticədə isə heç nə əldə etmirlər. Çünki insan şüuraltısıyla işləmək ancaq psixoanalitik məktəblərə aiddir. Orda da şüuraltını silmək nəzərdə tutulmur, bu, çox uzun, böyük bir prosesdir. Burda insan uşaqlıqdan bəri yaşadığı travmaları yenidən yaşayır, onlarla üzləşir, onları dərk edir, anlayır və necə deyərlər “həzm edir”.
- Elmir bəy, siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?
- Ümumiyyətlə, mən bir həkim psixoterapevt olaraq daha çox dərmansız müalicəyə üstünlük verirəm. Mən yalnız zəruri hallarda dərmandan istifadə edirəm. Həmişə xəstələrə izah edirəm ki, dərman yaranmış fəsadı aradan qaldırır, səbəbləri isə psixoterapiya seansları aradan qaldırır. Və hər zaman çalışıram ki, mümkün qədər az, yüngül, problemsiz dərman yazım.
- Doktor, bu qədər iş - gücün arasında vaxt edib suallarımızı cavablandırdığınız üçün həm öz adımdan, həm oxucularımız adından sizə təşəkkürümü bildirirəm.
-Mən təşəkkür edirəm.
Xəbərin oxunma sayı : 532
Müsahibə
Xəbərlər
-
Bakıda 21 mərtəbəli ticarət mərkəzi 120 milyona satışa çıxarılıb - Sahibi kimdir?
-
“Vətəndaşlar region ölkələri ilə münaqişələrə görə Ermənistanı tərk ediblər“ - Paşinyan
-
Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar”
-
Naxçıvan Təhsil Nazirliyində - Yeni təyinatlar
-
Ağadadaş Ağayev ifadə verdi: “Artıq elə söz dedi ki, aşağı düşməli oldum“
-
Sabiq deputata vəzifə verildi - Sahil Babayevin müşaviri oldu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ketçup xaricdən neçəyə gətirilir və marketlərdə neçəyə satılır? - Siyahı
-
Azərbaycan və İranın XİN rəhbərləri görüşdü - Fotolar
-
Lalə Şövkət hərəkət qabiliyyətini itirib - Oğlu açıqladı
-
“Rabitabank” yeni fırıldaq növü tapıb - Kart köçürmələrində ehtiyatlı olun!“
-
AXCP üzvü Famil Xəlil azadlığa buraxıldı - Məhkəmə
-
“Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edirik“ - Kreml
-
Xırdalanda tiktoker oyuncaq tapança ilə vətəndaşları qorxutdu - Həbs edildi
-
Gələn il inflyasiya builkindən çox ola bilər – Mərkəzi Bank
-
Prezident onu yenidən rektor təyin etdi - Sərəncam
-
Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü - FOTO
-
Valideynlərə çağırış: “Bunu məhdudlaşdırmaq əvəzinə...“
-
Suriyada yeni status-kvo müəyyənləşir - Rusiya və İranın zəifləməsi bunu labüd edir
-
Ərinin telefonundakı videoları yaydı - Belə cəzalandırıldı
-
Prezident yeni səfirləri qəbul etdi - FOTO/VİDEO
-
“COVID-19 Çin laboratoriyasında yaradılıb“ - ABŞ hesabat yayıb
-
ABŞ-ın Azərbaycandakı səfiri istefa verdi - Səbəbini açıqladı
-
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - VİDEO
-
Futbol tarixinin ən yaxşı driblinq bacarığı olan oyunçuları açıqlandı - Ronaldu “10-luğ“a düşmədi
-
“Rusiya Xəzərin dayazlaşmasına yol verməməlidir“ - Putin
-
Türkiyə Suriyada baş verənləri yaxından izləyir - Ərdoğan
-
Bu vəzifə Emin Ağalarova həvalə olundu - FOTO
-
ABŞ Ukraynaya 725 milyon dollar dəyərində silah göndərəcək - KİV
-
“Mən onunla aydın və açıq danışdım...“ - Şolts Putinlə danışığının detallarını açıqlayıb
-
“Xalqımız Cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq!“
-
General qadının üzərindən 40 minlik “Rolex“ saatı aşkarladı
-
Bakıda qadın keçmiş sevgilisini öldürüb, rəis ifadə verdi - “Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil“
-
İcra başçısı təyin edilən məmurun yerinə Qasım Əliyev gətirildi - FOTO
-
Ən varlı rusların sərvəti 7,9 milyard dollar artdı - “Bloomberg”
-
Ceyhun Bayramov Venesuelanın nümayəndə heyəti ilə görüşdü - Fotolar
-
Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir - FOTOLAR
-
Sabah bu rayonlarda qaz kəsiləcək - Xəbərdarlıq
-
Putin Pezeşkian telefonda danışdılar - Suriya məsələsi müzakirə edildi
-
Müğənni Dəniz Əsədova həbs təhlükəsiylə üzləşib - Daha üç nəfər iddia qaldırıb
-
Bu ərazidə işıq olmayacaq - Xəbərdarlıq
-
Havvaxanım Rüstəmovanın işi üzrə - 133 zərərçəkmiş var
-
Dronla icazəsiz “Sağlam Ailə“nin reklamını çəkdi - Saxlanıldı
-
“Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür“ - Stoltenberq
-
“COP29 xüsusi hərəkət zolaqları” qüvvədən düşən yollar açıqlandı - Siyahı
-
Mərkəzi Bank “Milla“ süd zavoduna iki protokol yazdı - Ölkədən valyuta çıxartdığına görə
-
Havanı çirkləndirən obyektlərə - Xəbərdarlıq
-
Bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı - AÇIQLANDI
-
Ananas, avokado, qreypfrut:Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakı və İrəvanda dekabr gözləntiləri - Sülh danışıqları hansı nöqtədən bərpa olunur?
-
Trampdan Baydenin oğlunu əfv etməsinə reaksiya - “Sui-istifadə“
-
İdarə rəisi vəzifədən çıxarılıb - Nazir əmr imzalayıb
-
“Bəşər Əsədi dəstəkləməyə davam edirik“ - Kreml
-
Əli Kərimli 1500 manat cərimələndi - Məhkəmə qərarı ilə
-
Ormana kəndi BMT tərəfindən ən yaxşı turizm kəndi seçildi - FOTOLAR
-
Daha bir qrup vəzifəli şəxs qandallandı - Prokurorluq detalları açıqladı
-
Bələdiyyə sədri necə seçiləcək? - Prezident yeni qaydaları təsdiqlədi
-
Türkiyə və İranın XİN rəhbərləri görüşdü - Suriyadakı vəziyyəti müzakirə ediblər
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə əlavə səlahiyyət verilib - FƏRMAN
-
Ermənistandan son deportasiya: 216 azərbaycanlı qətlə yetirilib, 6522 nəfər...
-
Qvineyada futbol matçında dava - 100-dən çox ölü var
-
17 milyon manatdan kimlərə pay düşəcək? – “İşsiz kimi qeydiyyatdan keçməsi vacibdir...”
-
Bakıda daha bir söküntü başladı: Kvadratı 2200-dən - Sakinlər narazıdır
-
MİT-dən kritik əməliyyat - PKK lideri Suriyada öldürüldü
-
Sağış yağacaq, bəzi yerlərdə leysan olacaq - Sabahın havası
-
“Gürcüstanda baş verənlər bu dövlətin daxili işidir“ - Rusiya XİN
-
Bakıda bir nəfərin 251 min dolları ələ keçirilib - Saxlanılan var
-
Prezident İlham Əliyev Bakıya gələn nümayəndə heyətini qəbul edib - FOTO
-
Müxaliflər Hələbi tutdu, Əsədin evinə daxil oldular - VİDEO
-
“Fərdi jurnalist müsabiqəsi“nin nəticələri açıqlandı - SİYAHI
-
Bakıda yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
-
Xəzərdə suyun səviyyəsi azalmaqda davam edərsə, nələrə hazır olmalıyıq? - VİDEO
-
Prezident İlham Əliyev BƏƏ-nin dövlət başçısına məktub göndərib - MƏTN
-
İcra başçısının qardaşı aşağı vəzifəyə keçirilib - Xidmətdə növbəti dəyişiklik
-
Suriya müxalifətinin lideri kimdir? - Ər-Riyadda anadan olub...
-
Kərə yağı kəskin bahalaşdı - Yeni qiymətlər
-
Maşını arxaya sürdü - Piyadanı vurub öldürdü
-
“WhatsApp“da yaxınlarınızın adından sizdən borc pul istəyə bilərlər - VİDEO
-
Bayden oğlunu əfv etdi – 15 il iş verilə bilərdi
-
Azərbaycanda vaxtı keçmiş kreditlər niyə artıb? - VİDEO
-
Yeni il tətilini xaricdə, yoxsa bölgələrdə keçirmək sərfəlidir? - VİDEO
-
Nuru paşa Sabirabadda bu evdə qalıbmış - Video
-
Cəbrayıla növbəti köç yola salınıb - FOTO
-
Azərbaycanlı müğənni axtarışa verildi - Məhkəmədən qərar
-
“Neftçi“ ilə oyunda vacib qələbə qazandıq“ - Qurban Qurbanov
-
Şalğam suyu vitamin deposu imiş - Faydaları
-
Blinkenlə Fidan arasında telefon danışığı - Suriya, Qəzza, Ukrayna və Cənubi Qafqaz müzakirə edilib
-
Azərbaycanda ən yüksək və ən aşağı kredit faizləri bu rayonlarda verilir - SİYAHI
-
“Əsəd rejimi Rusiya və İrandan asılılığı ilə hazırkı eskalasiyaya şərait yaradıb“ - Britaniya XİN
-
Gəncədə qardaş bacısını niyə bıçaqlayıb? - TƏFƏRRÜAT
-
Azərbaycan Premyer Liqası:“Qarabağ” “Neftçi”yə 3 qolla qalib gəldi
-
Suriyada üsyançılar çoxsaylı Rusiya silah-sursatı ələ keçirib - SİYAHI
-
Qazaxıstan Rusiyaya qarşı sanksiyalardan yayınma mərkəzi olmayacaq - Baş nazirin müavini
-
Yeni il hədiyyəsi alarkən bunlara diqqət edin! - VİDEO
-
ABŞ nüvə silahının Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirmir - Sallivan
-
Leyla və Arzu Əliyevalar Ər-Riyadda festivalda - Fotolar
-
“Ərdoğan yenidən namizəd ola bilər“ - Prezidentin müşaviri
-
Yataqxana problemi ilə bağlı yeni layihə: Qiymətlər daha da artacaq?
-
“Azərkosmos”un xidmətlərindən ən çox bu ölkələr istifadə edir - Siyahı
-
Paytaxt yollarındakı rəngi getmiş piyada zolaqları - TƏHLÜKƏ MƏNBƏYİ
-
İmançılarımızın yeni reytinq cədvəli: Hidayət ikincidir
-
“Zurabişvili vəzifəsini tərk edəcək” - Kobaxidze
-
“TikTok“u zəbt edən qeyri-etik paylaşımlar: Sosial şəbəkələrlə bağlı qanun niyə qəbul edilmir?
-
Bəzi ərazilərə yağış yağır, duman müşahidə olunur - FAKTİKİ HAVA
-
Azərbaycanda bu işsizlərə hər ay pul veriləcək - RƏSMİ
-
Sərçələri məhv etməyə söz verdilər: 30 milyon insan aclıqdan öldü
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
Gürcüstanda hökumətin formalaşdırılması prosesi başa çatıb - İrakli Kobaxidze
-
Azərbaycanda yeni xəstəlik yaranıb: Dərmanı və yeməyi tapılmır - VİDEO
-
Heyət Təhrir əş-Şamın lideri öldürülüb - KİV
-
Magistral yollarda görmə məsafəsi məhdudlaşdırılır - Xəbərdarlıq
-
Suriya müxalifləri Hələbdə bayraq qaldırdı - 8 il sonra ilk
-
İşə qəbulda yaş məhdudiyyəti - 35 yaşdan yuxarı olanlar niyə İŞƏ götürülmür?
-
Gürcüstanda kütləvi istefalar davam edir - Adlar
-
Prezident İlham Əliyev Rumıniyanın dövlət başçısını təbrik edib - MƏTN
-
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır
-
Ailədə tək, yoxsa çox uşağın olması daha yaxşıdır?
-
Prezidentdən Laçınla bağlı paylaşım - VİDEO
-
“Sepah” komandanı İranın Suriyadakı hərbi korpus rəisinin ölümünü təsdiqləyib
TOP 10
ARXİV