![]() |
|














Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
Tarix 12.04.25, 10:26 |
|

Son 5 ilin şikayət palitrasındakı mağazalar şəbəkəsinin adları çəkildi; mütəxəssislər vətəndaşları bu addımları atmağa çağırdı
“2025-ci il başlayandan bəri AİB-ə 100-ə qədər şikayət ünvanlanıb. Onun əksəriyyəti telefon zəngləri şəklində daxil olub. Azərbaycanda 5 ilin şikayət palitrasına nəzər salsaq, görərik ki, ən çox ”trend" olan texniki cihazlardan olan şikayətlərdir. Bura mobil telefonlar, məişət avadanlıqları və digər məhsullardan olan şikayətləri aid edə bilərik. Sanki bu işlə məşğul olan firmalar arasında istehlakçıları aldatmaq uğrunda “böyük yarış” gedir".
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov modern.az-a geniş müsahibəsində deyib. Onun sözlərinə görə, “Kontakt Home”un başçılıq etdiyi dırnaqarası yarışda onu “Baku Electronics” və digər şirkətlər təqib edir: “Qeyd edək ki, bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında haqqında şikayət az olanlar da var. Məsələn, ”İrşad Telekom" və “Music Gallery” buraya aid edilə bilər. İkinci yerdə onlayn ticarətdə istehlakçı hüquqların pozulması gəlir. Burada da birinci yeri “Temu” tutur. Bunun sübutu olaraq ofisimizdə nümunələr də var. İstehlakçı saat sifariş edir, üzərində saat şəkli olan lövhə gəlir və s. Son illər artan xətt üzrə davam edən şikayətlər marketlərlə bağlıdır. Bu məsələdə də müxtəlif palitra mövcuddur. Burada birinci yerdə piştaxta və kassada qiymətlərin fərqli olmasıdır".

Eyyub Hüseynov
Göründüyü kimi, mütəxəssis kifayət qədər tanınan firmaların adlarını çəkib. Sosial şəbəkələrdə yayılan vətəndaş şikayətlərində də sözügedən mağazalar şəbəkələrindən narazılıqlara daha çox rast gəlmək olar. Xüsusən də “Kontakt home”dan kütləvi şikayətlər olur.
Bu narazılıqlara hansı amillər səbəb olur? Niyə şirkətlər öz nüfuzunu və reputasiyasını qorumaq barədə fikirləşmirlər?
Mütəxəssislərin fikrincəbir , sıra iri mağaza şəbəkələrinin reputasiyalarını qorumağa yetərincə önəm verməmələrinin arxasında bir neçə amil dayanır:
Nəzarətsizlik və boşluqlar: İstehlakçı hüquqlarını qoruyan qanunvericilik olsa da, onun icrası zəifdir. Dövlət qurumları tərəfindən ciddi monitorinq və cəza tədbirləri həyata keçirilmədiyi üçün şirkətlər öz bildikləri ilə hərəkət edirlər.
Tələb-təklif balansı: Bazarda rəqabət zəif olduğu üçün vətəndaşın alternativ seçimi azdır. İstehlakçılar eyni şirkətlərdən alış etməyə məcbur qalır və bu da həmin şirkətlərdə məsuliyyət hissini azaldır.
Qısa müddətli mənfəət hədəfi: Bir çox firma uzunmüddətli brend etibarı əvəzinə, qısa müddətdə maksimum gəlir götürməyə fokuslanır. Bu isə istehlakçı məmnuniyyətinin arxa plana keçməsinə səbəb olur.
Süni imic yaratmaq cəhdləri: Bəzi mağazalar reklam və sponsorlu tədbirlərlə özlərini nüfuzlu brend kimi təqdim etməyə çalışsalar da, real istifadəçi təcrübəsi və məmnuniyyəti bu imicə uyğun gəlmir.
Beləliklə, məsuliyyətsiz satıcılar artdıqca, alıcının inamı bir o qədər azalır. Bu isə ümumi bazar mədəniyyətinə ciddi zərər vurur.

Əkrəm Həsənov
Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb: “Söhbət əgər texniki avadanlıqlardan gedirsə, əlbəttə ki, belə mağazalar üçün keyfiyyət tam onların üzərində deyil. O baxımdan ki, sözügedən mallar bir qayda olaraq xaricdə istehsal olunur. Təbii ki, şirkətlər həmin məhsulları alıb ölkədə müştərilərə satırlar. Doğrudur, şirkətlər həmin məhsulları alarkən yoxlamalıdırlar, amma yenə də istənilən avadanlığın, məsələn, telefonun hansısa qüsurlarını vətəndaş onu işlətməyənə qədər bilməyə bilər. Onun satışını həyata keçirən ticarət şəbəkəsi də bəlkə heç bu qüsurdan xəbərsizdir. Amma hər bir belə avadanlığın bir qayda olaraq zəmanət müddəti var, bu müddət 1 ildir, bəzən daha uzun olur. Bu müddəti ya mağazaya istehsalçı verir, ya da istehsalçı ilə Azərbaycandakı ticarət şəbəkəsi arasında olan digər xarici bir şirkət zəmanət verir”.
Onun fikrincə, bəli, bəzi hallarda ticarət şəbəkəsinin günahı olur, bəzən isə onların özləri də bilmirlər ki, satdıqları mallarda qüsur var: “Amma bu halda vətəndaş nə etməlidir? Qanunvericiliyimizə görə, 14 gün ərzində vətəndaşın ixtiyarı var ki, həmin məhsulu qaytarsın və ya onun keyfiyyətli məhsulla əvəz olunmasını mağazadan tələb etsin. Hətta əgər 14 gün keçibsə və bu müddətdən sonra qüsur aşkar olunubsa, yenə də mağaza bir il ərzində həmin qüsuru aradan qaldırmaq üçün təminat verməlidir. O ki qaldı bir məhsul sifariş edirsən, başqası gəlir, bəli, bu zaman birbaşa həmin mağazanın günahıdır. Burada artıq istinad edə bilməzlər ki, bu istehsalçının günahıdır və sairə. Bu, birbaşa onların öz diqqətsizliyi ilə bağlıdır. Bəs niyə bu baş verir? Ona görə ki, Azərbaycanda hamımız şahidiyik ki, bu bazar getdikcə inhisarlaşır. Hətta bir neçə brend adı altında çıxış edən ticarət şəbəkələri əslində bir əldə cəmləşir. Belə olan halda onlar bilirlər ki, onsuz da alıcının başqa yolu yoxdur, gəlib yenə də onlardan alacaq. Əlbəttə ki, kimsə xarici ölkəyə gedib-gəlirsə, oradan özü üçün nəsə alıb gətirə bilər, amma əksəriyyət buradadır. Azərbaycan xalqının çoxu ya xaricə heç vaxt getməyib, ya da nadir hallarda gedib. Belə olan təqdirdə biz inhisarlaşmanın bütün mənfi təzahürlərini görürük. İnhisarlaşanda müəssisə üçün artıq müştəri məmnuniyyəti əsas olmur. Onlar ucuz işçi axtarır, daha az maaş vermək, amma daha çox qazanmaq istəyirlər. Bu da həm işçilərin keyfiyyətli xidmət göstərməsinin azalmasına gətirib çıxarır, həm də əvvəllər bir işi 10 nəfər görürdüsə, indi onu 6-7 nəfər görür.
Bu halda nə etmək lazımdır? Bu halda vətəndaş 14 gün ərzində məhsulun dəyişdirilməsini tələb edə bilər. Həmçinin Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edə bilər. Həmin ticarət şəbəkəsinin cərimələnməsini tələb edə, istehlakçı hüquqlarının pozulmasına dair müraciət göndərə bilər. Bundan əlavə, mənəvi zərərin dəyməsi iddiası ilə məhkəməyə də müraciət etmək hüququ var.
Onu da qeyd edim ki, Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istənilən şikayətə baxır. Üstəlik, çox tez reaksiya verilir və mən şəxsən bunun şahidi olmuşam. Sadəcə bəzi istehlakçılar bu qurumun mövcudluğundan xəbərsizdir. Şikayət etmək lazımdır. Əgər şikayətlər edilsə, tədbirlər də görüləcək və həmin ticarət şəbəkələri də daha ehtiyatlı davranacaqlar".
Xəbərin oxunma sayı : 703
Sosial
Xəbərlər
-
İntiqam Babayev vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
Azərbaycanda 1.2 milyonluq maşını kimlər alır? – “Ölkədə rəsmi milyonçu yoxdur, amma...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi - Milyonluq zərərlər ödəniləcək
-
“Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi“ - Artur Abramyan
-
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı
-
“Ermənistanın yaydığı məlumat yalandır“ - Müdafiə Nazirliyi
-
Növbəti iki gün rayonlarda leysan aramsız olacaq - XƏBƏRDARLIQ
-
“Əmlak eksperti” olan saxta generala - 8 il 6 ay həbs verildi
-
Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq
-
ABŞ-İran danışıqları Avropaya daşınır - İkinci görüş Romada olacaq
-
Baş nazirdən hava şarları ilə bağlı - QƏRAR
-
“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“
-
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
-
Sakinlər səs-küydən şikayət etdi - Obyektlər cərimələndi - Video
-
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
-
Əlcəzair Fransanın 12 diplomatını qovdu - Qalmaqal
-
Ukrayna böhranı Baydenin müharibəsidir - Donald Tramp
-
Növbəti iki gündə Bakıda leysan yağacaq - Xəbərdarlıq
-
Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTO
-
Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul etdi - FOTO
-
“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama
-
Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur - VİDEO
-
“Gördüm ki, küvəz ortadan yanır“ - MƏHKƏMƏ
-
Taksi sürücülərinin iş saatı və qrafiki olmalıdırmı? - VİDEO
-
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
-
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
-
Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var
-
“Uçan taksi“nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı
-
Əsgərlikdən yeni gəlmişdi - Faciəvi şəkildə öldü
-
Beyləqanda daha bir küçə asfaltlanır - FOTOLAR
-
Vaxtından əvvəl yetişdirilən meyvələrin təhlükələri - VİDEO
-
Qazaxın işğaldan azad olunan kəndlərindən GÖRÜNTÜLƏR
-
Həkim məsləhəti olmadan dərman qəbulunun ağır fəsadları ola bilər - VİDEO
-
Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
-
Leyla Əliyeva növbəti “Bizim həyət” sakinləri ilə - Fotolar
-
Nisyə mal alqı-satqısında yeni qaydalar - VİDEO
-
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər - Bu tarixdə
-
Zabratda bu məhlədən üfunət iyi gəlir - sakinlər nazirlə başçıdan kömək istəyir
-
“Belə davam etsə, sülh sazişinin imzalanması mümkün deyil” - Ceyhun Bayramov
-
Müavinət və təqaüd alanların NƏZƏRİNƏ - Bu tarixdə artır
-
Azərbaycana gətirdikləri narkotiki dənizə atıb qaçdılar - VİDEO
-
Rusiya Sumını raketlə vurdu: 32 ölü, 80-dən çox yaralı
-
Telefon aşkar edilən 3 nəfər imtahana buraxılmayıb - Dövlət İmtahan Mərkəzi
-
Qusarda məzar daşlarını dağıdan şəxslə bağlı ilginc məlumat - Alimentə görə edibmiş
-
Möcüzəvi Vişnevskiy mazının tarixi - Sağaldır, yoxsa...?
-
Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbləri - VİDEO
-
Şəbnəm efirdə özündən çıxdı: “Kişidirsə, gəlsin desin ki, mən almışam“
-
Həbsxanada olan Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb - Həyat yoldaşı həyəcan təbili çaldı
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Putinlə Trampın görüşü baş tutacaq, amma...” - Dmitri Peskov
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - 50-150 AZN
-
Bu ölkələrdə velosipedlərin sayı əhalidən çoxdur - Şok statistika
-
“ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb“ - KİV
-
“Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır“ - KİV
-
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib: 100-dən çox vətəndaş aldadılıb
-
Bakıda söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək? - Araşdırma
-
Azərbaycana qoyun idxalı artıb - 29 dəfə
-
“İsrail - Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldi“ - Ərdoğan
-
Evdən qaçan yeniyetmələr: Bu hallar niyə artıb?
-
Qarasu Əməliyyat Şirkətindən kütləvi narazılıq:Prezidentə müraciət edildi
-
ABŞ-İran danışıqları yaxşı gedir - Tramp
-
Bu əşyanı satanlar cərimələnəcək - 5000 manat
-
“Həyatımda olan kişi getməlidir ki, görüm növbətisi kimdir“ - Müğənni Sevinc
-
Avropa çempionatı: Eldəniz Əzizli “gümüş“lı kifayətləndi
-
Tramp Uitkoffa İranla fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyi tapşırıb - Ağ Ev
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - ARAŞDIRMA
-
“Bakıda bu ilin payızında TDT-nin Zirvə görüşü nəzərdə tutulur“ - Ceyhun Bayramov
-
Ağsunun ən böyük kəndlərindən biri niyə sürətlə boşalır? - VİDEO
-
“Rusiya və ABŞ heç vaxt Moskva və Pekin münasibətlərini müzakirə etməyib“ - Lavrov
-
Sumqayıtda Ulu öndərin ad gününə salınan yaşıllıq məhv edilir - FOTO
-
Azərbaycanda məscidlər kifayət qədərdirmi? - Açıqlama
-
Bu il hansı qruplarda güclü rəqabət olacaq? - Açıqlama
-
Qadın “TikTok“da mübahisə etdiyi kişini bıçaqlayıb - Bərdədə
-
İsrail Qəzzada döyüşləri genişləndirəcək - Əhalinin təxliyəsi elan edildi
-
Azərbaycanda ən çox viza bu ölkələrə verilib - SİYAHI
-
“Sabah“ yenə uduzdu: Berdiyev “qırmızı“ aldı
-
Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor
-
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTOLAR
-
Azərbaycan təbii qazı Türkmənistandan 150 dollara alıb, Yunanıstana 547 dollara satıb - Ölkələr üzrə siyahı
-
İran-ABŞ danışıqları başa çatıb - Gələn həftə davam etdiriləcək
-
Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
-
Prokurorluq sabiq rektoru istintaqa çağırdı - Təfərrüat
-
“NATO-nun ən böyük düşməni özüdür“ - Lavrov
-
Masazır duz gölündə antisanitariya - Kanalizasiya birbaşa gölə axıdılır (VİDEO)
-
Prezident nəvələri ilə idman zalında - FOTOLAR
-
“Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır“ - Ceyhun Bayramov
-
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb - FOTO
-
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
-
Azərbaycan, Ermənistan, Gürcüstan XİN rəhbərlərinin iştirakı ilə iclas keçirilib - FOTOLAR
-
“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı - VİDEO
-
“Sülh sazişi ilə Minsk Qrupunun ləğvi barədə sənədi eyni vaxtda imzalaya bilərik“ - Mirzoyan
-
Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
AŞPA prezidentinin adı qara siyahıya daxil edilib - XİN rəsmisi
-
Əhali niyə kreditlərə möhtac qalır? - “Gəlirim azdır, borcum çox“
-
Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirilib - Biri saxlanılıb, digəri İrana qaçıb (FOTO)
-
Nazir yeni müvin təyin etdi - İlkin Məmmədov kimdir? + DOSYE
-
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - Müzakirə
-
Çirkab suları hələ də Ceyranbatana axıdılır - VİDEO
-
Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - FOTO
-
Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı
-
Sürücüsüz idarə olunan avtomobil sahibləri cərimələnə bilər - VİDEO
-
Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir - FOTO
-
Qubada torpaq sürüşməsi: Kəndin əsas yolu bağlandı (FOTO)
-
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək körpüdən görüntülər - VİDEO
-
“Bank Avrasiya”dan depozitlər niyə geri çəkilir? - Hesabat
-
Zakir Həsənov Yaşar Gülerlə görüşdü - FOTOLAR
-
“Arvadına bağlanmışam“ dedi, “30 min ver, boşayım“ cavabını aldı - Azərbaycanda ŞOK
-
Müavinət və təqaüdlər artacaq - Nazirlər Kabineti təkliflər hazırlayıb
-
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO
-
Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? - VİDEO
-
“Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqlayıb“ - Reuters
-
Prezidentin nəvələri Ərdoğanla - FOTO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Narahat olmayın, heç kimdən küsməmişəm“ - Qurban Qurbanov
-
O videonu Arayikə izlətdilər - Timsahın göz yaşları...
-
“Suriyada xaosun yenidən baş verməsini istəyənlər var“ - Ərdoğan
TOP 10
ARXİV