“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi sahələrdəndir

Tarix 02.02.25, 17:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da sağlam ruhda böyümüş, ölkəyə layiqli vətəndaşlar kimi yetişmiş, yüksək intellektual səviyyə malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. Bu qüvvəni formalaşdırmaq və cəmiyyətin inkişafına yönləndirmək üçün zəruri şərt, ölkədə mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir.
      
Ümummilli Lider Heydər Əliyev Respublikanın ali rəhbərliyinə qayıdışından dərhal sonra gənclərlə görüş keçirdi, onların problemlərini öyrəndi və gəncləri müstəqil Azərbaycanın həyatında fəal iştirak etməyə çağırdı. O, gənclərlə  görüşərkən gənclərə sağlam ruhda tərbiyə alması, əsl vətəndaş kimi yetişməsi naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Onun təşəbbüsü ilə  gənclərin ümumrespublika forumlarının keçirilməsi ilə ölkəmizdə gənclər siyasəti dövlət siyasəti səviyyəsinə qaldırıldı. Bununla da müasir Azərbaycan gəncliyinin inkişafının yeni mərhələsi başlandı. Bu siyasət gənclərin cəmiyyətin bütün sahələrində fəal iştirakını əhatə edirdi.
      
Bu gün Azərbaycan gəncləri fəal surətdə ölkədə gedən ictimai-siyasi proseslərə qoşulur, yaxşı təhsil almağa çalışır, ordu sıralarında borclarını şərəflə yerinə yetirir, yüksək idman nailiyyətləri qazanırlar. Bütün bunlar respublikamızda Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasətinin təntənəsidir.
      
Hazırda bu siyasəti uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyev ölkənin iqtisadi yüksəlişinin açdığı imkanlardan maksimum dərəcədə bəhrələnməyə və gələcəyimiz üçün etibarlı zəmin yaratmağa ciddi səy göstərir. Prezident İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olmuş və ölkəmizdə bu şərait yaradılmışdır. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin əsas hərəkətverici qüvvəsindən birinə çevrilirlər.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bu potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
      
Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə  böyük milli potensialımızı üzə çıxardı. Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.

Nadir Quliyev



Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap