“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Yeni proqram qəbul edildi: Bakıdakı hansı universitetlər köçürüləcək?

Tarix 02.02.25, 16:28

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirmək, orada nəzərdə tutulmuş tədbirlərin icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət Proqramında qeyd olunub ki, 2025-2029-cu illər ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanmasını təmin ediləcək.

Qeyd edək ki, sözügedən müddəa Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin köçürülməsi məsələsini yenidən gündəmə gətirib.

Modern.az-ın məlumatına görə, təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Bakı şəhərinin mərkəzində yerləşən universitetlərin şəhərətrafı ərazilərə köçürülməsi nəqliyyat sıxlığının azaldılması və təhsil infrastrukturunun genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

"Hal-hazırda Bakı şəhərində 35 ali təhsil müəssisəsi fəaliyyət göstərir və burada 140 mindən çox tələbə təhsil alır. Bu tələbələrin gündəlik hərəkəti şəhərin əsas yollarında nəqliyyat yüklənməsinə səbəb olur. Xüsusilə Azərbaycan Dillər Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və digər iri ali təhsil müəssisələrinin mərkəzi küçələrdə yerləşməsi tıxac problemini daha da kəskinləşdirir", - o bildirib.

Ekspertin sözlərinə görə, bu kontekstdə Xırdalan, Sumqayıt, Hövsan, Masazır və Qaradağ kimi ərazilər universitet şəhərciklərinin salınması üçün potensial bölgələr kimi nəzərdən keçirilə bilər:

"Bu bölgələrdə geniş torpaq sahələrinin olması müasir və innovativ ali təhsil mərkəzlərinin yaradılmasına imkan verəcək. Dünya təcrübəsi də göstərir ki, şəhərdən kənarda yerləşən universitetlər daha müasir kampus şəraiti və geniş infrastruktura malik olur. Məsələn, Türkiyədə ODTÜ və Bilkent, ABŞ-da Stanford və MIT, Almaniyada Heidelberg Universiteti şəhər mərkəzindən kənarda yerləşərək tələbələr üçün optimal şərait yaradır.

Lakin bu köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilməli və tələbələr üçün nəqliyyat əlçatanlığı təmin edilməlidir. Əks halda, yeni universitetlərin şəhərətrafına yerləşdirilməsi onların fəaliyyətinə mənfi təsir edə bilər. Azərbaycan bu keçid dövrünü planlı şəkildə həyata keçirsə, həm ali təhsilin keyfiyyəti yüksələcək, həm də şəhərin nəqliyyat problemi həll olunacaq. Bu addım təkcə nəqliyyatın yüklənməsini azaltmayacaq, eyni zamanda ali təhsil müəssisələrinin daha müasir və innovativ formata keçməsinə imkan yaradacaq".



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap