“İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO Model Günay Musayeva çimərlik geyimində - Fotolar Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

  • / Maqazin / — 20 Dekabr 2024

    Model Səmra çılpaq şəkli ilə gündəm oldu - FOTO

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Azərbaycanda əhalinin banklara nə qədər kredit borcu var? - ŞOK RƏQƏMLƏR

Tarix 02.02.25, 19:48

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvarın 1-nə Azərbaycanda bankların istehlak kreditlərinin həcmi 8,4 milyard manat təşkil edib.

Bu, bir ay əvvələ nisbətən 22,1 milyon manat və ya 0,3%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 1,5 milyard manat və ya 21,7% çoxdur.

Bu o deməkdir ki, Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ayda 22,1 milyon manat (0,3%), son bir ildə isə 1,5 milyard manat (21,7%) artıb.

Bundan başqa, hesabat dövründə bankların ipoteka kreditlərinin həcmi 4,2 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 46,9 milyon manat və ya 1,1%, 2024-cü ilin əvvlinə nisbətən isə 616,3 milyon manat və ya 17% çoxdur.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda bankların kredit portfeli 0,4% və ya 109,5 milyon manat artaraq 27,5 milyard manat olub.

Kredit portfelinin strukturu:

ı) biznes kreditləri – 53,8% (14,787.2 mln. manat);

ıı) istehlak kreditləri – 30,7% (8,445 mln. manat)

ııı) ipoteka kreditləri – 15,5% (4,245.5 mln. manat).

Ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli mütləq ifadədə 4,3 milyard manat (o cümlədən, biznes kreditləri 2,170.4 mln. manat, istehlak kreditləri 1,508 mln. manat, ipoteka kreditləri 616,4 mln. manat) artıb.

Cəmi kredit portfelində (BOKT-lar və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,3 faiz bəndi azalaraq 1,5% təşkil edib.  (Trend)



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap