|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Dünyada yeni müharibə modeli – Bəşəriyyəti təhdid edən “peycer əməliyyatı“
Tarix 19.09.24, 20:30 |
|
Livanda və Suriyada dünya gündəmini silkələyən əməliyyat keçirilib.
Sentyabrın 17-si gecə saatlarında məlum oldu ki, Livanda fəaliyyət göstərən Hizbullah hərəkatının istifadə etdiyi rabitə vasitəsi olan peycerlər eyni anda partlayıb. Livan ərazisində istifadəı olunan rabitə qurğularının eyni anda partlaması nəticəsində 10 nəfər ölüb, 4 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, yaralananlardan 500 nəfərin vəziyyəti olduqca ağırdır. Sonrakı gün verilən açıqlamalarda peycer partlayışları nəticəsində ölənlərin sayı artıb.
Analoji əməliyyat Suriyada da həyata keçirilib. İddialara görə bu əməliyyatlar İsrail tərəfindən həyata keçirilib. Livanın “Al Manitor” agentliyi hadisə ilə bağlı şərhdə yazır ki, Hizbullahla genişmiqyaslı müharibə ərəfəsində peycerləri partlatmaq İsrailin çoxdankı planı olub, amma bu plan tərəflər arasında müharibə genişlənərsə, həyata keçirilməli idi. Bildirilir ki, Hizbullah üzvlərindən bir neçəsi peycerlərdə xarici müdaxilə çiplərinin yerləşdirilməsindən sonra İsrail “B” planına keçib, yəni kütləvi partlayışlara əl atıb.
CNN yaydığı məlumatda iddia edib ki, Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasının arxasında İsrail kəşfiyyatı və ordusu dayana bilər.
“Livan boyu onlar insanın ölümünə, minlərlə insanın yaralanmasına səbəb olan əməliyyat İsrail kəşfiyyat xidməti Mossad və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsidir", - telekanalın jurnalistləri bildiriblər.
“The New York Times” qəzetinin yazdığına görə, hər peycerdə batareyanın yanında partlayıcı qurğu yerləşdirilib. Partlayıcı uzaqdan işə salmaq üçün açarla təchiz edilib. Mesajı aldıqdan sonra qurğular eyni vaxtda işə başlayıb.
Dünya mediası baş verən hadisəni yeni müharibə üsulu adlandırır. Analitiklər hesab edirlər ki, bu kibermüharibənin başlanğıcı sayılır.
“Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya müsahibəsində bildirib ki, Livanda, qismən Suriyada və son məlumatlara görə, İraqda törədilən kibertəxribat mahiyyət etibari ilə müharibə adlandırıla bilər:
- Amma mülki əhalini də xeyli dərəcədə əhatə etdiyinə görə əslində kiberterrordur. Bu, bütün hüquq normalarına ziddir. Bununla yanaşı, əxlaqa, elm-texnologiya anlayışına ziddir.
İndiyədək dünya praktikasında müasir texnologiyalardan istifadə etməklə bu cür əməliyyat keçirilməmişdi. Əlbəttə, bu, hibrid əməliyyatdır. Məlumdur ki, peycerlərin içərisinə partlayıcılar yerləşdirilib, guya onun batareyaları xüsusi proqramla qızdırılır, partlayış yaranır, bunlar nağıldır. Həmin cihazların batareyalarının tərkibində partlayıcı xarakterli heç bir maddə yoxdur. Ən uzağı cihazlar alışıb yana bilər. Bir sıra mobil telefon modellərində belə problem var idi. Yəni öz-özünə alışma baş verirdi, əriyirdi və s. Amma partlayış baş vermirdi. Livandakı hadisədə isə söhbət cihazların insanları öldürən, onları şikəst edən, gözünü çıxaran, əlini qoparan şiddətli partlayışından gedir. Yenə deyirəm, bu elə bir əməliyyat deyil ki, hansısa silahlı dəstəni, hansısa terror qrupunu, yaxud da ordu hissəsini əhatə etsin. Göründüyü kimi, peycerlərin partlaması mülki əhaliyə də zərər yetirib. Demək ki, bu, kiberterror əməlidir. Bu isə həqiqətən də dünyada yeni bir mənzərə yaradır.
- Hansı mənzərəni nəzərdə tutursunuz?
- Şübhəsiz ki, pis vərdiş, pis nümunə yolxucu olur. Əlbəttə, digər ölkələrin də bu vasitəyə əl atacağı istisna deyil. Düşünmürəm ki, dünyada bu addımı atmağa imkanı olmayan ölkələr yoxdur. İsraildən qat-qat yüksək texnologiyası inkişaf etmiş ölkələr var. Məsələn, Avropa ölkələri, ABŞ, Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələrdə texnoloji inkişaf daha çoxdur.
Əlbəttə, dünya yeni müharibə modelinə hazır olmalıdır. Bunun qarşısını necə almaq olar, kibermüharibə ilə necə mübarizə aparmaq olar, riskləri necə azaltmaq olar kimi suallar indi aktualdır.
- Bu suallara cavab varmı?
- Əlbəttə, kibertəhlükəsizlik artıq milli təhlükəsizliyin son dərəcə önəmli parçasına çevrilir. Düzdür, əvvəl də dövlətlərin kibertəhlükəsizlik konsepsiyaları mövcud idi. Amma indi bu məsələ əvvəlkindən qat-qat önəmlidir. Çünki bu, artıq reallıqdır.
- Əməliyyatın İsrail kəşfiyyatı tərəfindən həyata keçirildiyi iddiaları var ki, Təl-Əviv bunu nə təsdiq, nə də təkzib edir. Ümumiyyətlə, İsrailin bu addımı atmaqda məqsədi nədir?
- Artıq görünür ki, İsrail şimal istiqamətində Livana doğru hücuma keçməyə hazırlaşır. Yəqin ki, bu hücum ərəfəsində İsrail Hizbullah silahlılarını, onun dəstələrini müəyyən qədər də olsa, zərərsizləşdirmək, Livanda xof yaratmaq məqsədi güdür. Əhali arasında xof yaratmaq müharibələrdə çox vacib amillərdən biridir.
Bu hadisələr ona gətirib çıxara bilər ki, İsrail ABŞ-ın Yaxın Şərq siyasətinə faktiki olaraq təsir göstərmiş olur. Biz bilirik ki, hazırkı Ağ Ev adminstrasiyası İsraillə istər HƏMAS, istərsə də Hizbullah arasında danışıqların tərəfdarıdır. ABŞ istəyir ki, Yaxın Şərqdəki münaqişə sülh yolu ilə həllini tapsın, atəşkəs olsun. Amma Benyamin Netanyahu hökuməti bunda maraqlı deyil. Çünki münaqişədə atəşkəs əldə edilərsə, sülh əldə olunarsa, Netanyahu istefaya getməli olacaq. Heç onun özünün taleyinin necə olacağı da məlum deyil. Ona görə də, Netanyahu hökuməti əlindən gələni edir ki, müharibə vəziyyəti nəinki dəyişsin, əksinə, bir qədər də kəskinləşsin, böyüsün.
Burada əlbəttə, başqa niyyətlər də ola bilər. Məsələn, payızda ABŞ-da keçiriləcək prezident seçkilərinə təsir etmək niyyətinin olması da mümkündür. Netanyahunun bu məsələlərdə müttəfiqi Donald Trampdır. Tramp isə son hadisələr fonunda mövqelərini itirməkdədir. Netanyahu başa düşür ki, ABŞ adminstrasiyası demokratlarda qalarsa, Ağ Evin İsraillə bağlı siyasəti daha da sərtləşə bilər. Ona görə də Netanyahu hökuməti faktiki olaraq, ABŞ-ı Yaxın Şərqdəki konfliktə cəlb etmək istəyir, ilk növbədə də İranla. Biz gördük ki, İran İsrailin atdığı bütün addımlara baxmayaraq, münaqişəyə girmir. Ona görə yox ki, Tehran bundan çəkinir, sadəcə İranda anlayırlar ki, müharibəyə qatılsa, ABŞ istəsə də, istəməsə də İsrail tərəfindən müharibəyə qatılacaq.
- İsrail bu məqsədinə çata biləcəkmi?
- Qəribə vəziyyət yaranıb: ABŞ-da İsrailin əleyhinə olan, Qəzzadakı savaşın dayandırılmasını tələb edən əsas kəsim demokratların elektoratıdır. ABŞ bu müharibəyə cəlb olunsa, Demokratlar Partiyası elektoratının xeyli hissəsini itirə bilər. Digər tərəfdən, ABŞ müharibəyə qatılmasa, İsrailə dəstək verməsə, yenə də demokratlar uduzurlar. Çünki Amerika cəmiyyətində İsrail ən yaxın müttəfiq dövlət kimi qəbul olunur. Mən hələ İsrailin ABŞ-dakı böyük lobbi şəbəkəsini demirəm, hansı ki, bu şəbəkənin gücü məlumdur. Belə bir vəziyyətdə, görünən budur ki, İsrail ABŞ-İran arasındakı müəyyən dialoqları, kontaktları pozmağa çalışır, digər tərəfdən də elə bir şərait yaratmaq istəyir ki, demokratlar seçkidə məğlub olsunlar. Bu isə artıq birbaşa olaraq, ABŞ-ın daxili siyasətinə müdaxilədir. Demokratlar seçkidə qalib gələrsə, Netanyahuya cavab çox ağır olacaq. ABŞ heç bir dövlətə, gücə onun daxili siyasətinə qarışmağa imkan vermir, bunu heç kimə bağışlamır.
- Dediniz ki, bu, kiberterrordur. Belə bir terrora beynəlxalq reaksiya maraqlıdır...
- Dediyim kimi, bu, bütün beynəlxalq normalara, hüquqa birbaşa ziddir. Amma İsrail ekstremist dövlətdir və bu dövlətin siyasəti ancaq zorakılıq, militarizm üzərində qurulub. Bu səbəbdən də artıq Avropa da, müttəfiq ABŞ da buna etiraz edir. Hələ bu əməliyyat yenidir. Bu əməliyyatın geniş müzakirəsi olacaq, beynəlxalq müstəvidə mövzu ciddi qarşıdurma predmetinə çevriləcək. Çünki texnologiyalar bəşəriyyətin inkişafına, tərəqqisinə xidmət etməlidir. Amma bu, bir dövlət tərəfindən terror, təhdid vasitəsi kimi istifadə olunursa, burada artıq baxışlar dəyişir. Bu əməliyyat çox təhlükəlidir. Düşünürəm ki, kibertəhlükəsizlik məsələsi öz aktuallığını bir qədər də artıracaq. Dünya ölkələri qarşısında kiberterrordan qorunmaq üçün, anti-kiberterrorizm tədbirləri üçün yeni konsepsiyalar, fəaliyyət planının, resursların cəlb olunmasına başlanılacaq.
Xəbərin oxunma sayı : 1390
Analiz
Xəbərlər
-
Bu gün instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Xəzərdə suyun səviyyəsinin azalması ölkələrin ərazisini böyüdə bilərmi? - VİDEO
-
Son günlər 5-15 yaş uşaqlar arasında yayılan virus nədir? - VİDEO
-
Baltikdə telekommunikasiya kabellərini Çin gəmisi qırıb? – Araşdırma başlandı
-
Leyla və Arzu Əliyevalar sərgidə - Fotolar
-
“Savadı olmayanları müəllim adından məhrum edirik, düşünürəm düz edirik” – Nazir
-
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - Səhhəti qəfil pisləşib
-
İranın paytaxtı dəyişir - Pezeşkian tapşırıq verdi
-
Bu avtomobillər üçün sürücülük vəsiqəsi tələb olunmur - Məsuliyyəti şirkət daşıyır
-
Putin Trampla sülhü müzakirə etməyə hazırdır - Şərtləri açıqlandı
-
Azərbaycan təbii qazı hansı ölkələrdən neçəyə alıb, neçəyə satır? - Tam siyahı
-
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
-
Prezidentdən Ağdam Şəhəri Günü paylaşım etdi - VİDEO
-
“ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb“ - Xamneyinin müşaviri
-
“Rufo Gəncinski“yə 3 gün vaxt verildi - Rusiya mediası
-
Hansı halda adımızı dəyişə bilərik? - VİDEO
-
Mədəniyyət işçilərinin maaşı artacaq? - Nazirdən açıqlama
-
Bu il Azərbaycanda tibbi xidmətlərin qiyməti necə dəyişib? - Siyahı
-
Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar
-
“Mango Natural“ 20 min cərimə edildi - Müqaviləsiz işçi çalışdırdığı üçün
-
Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
-
“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
-
“Bir uşağın illik məktəbəqədər təhsil xərci 4200 manatdır” - Emin Əmrullayev
-
“Nazir məni kasıblara kömək üçün göndərib“ dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
-
Audiovizual Şura İTV-yə xəbərdarlıq etdi - “Vətəndaş A” serialına görə
-
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içdilər - Fotolar
-
Dövlətin aqrar sektora ayırdığı yüz milyonlar nəticə vermir? - Hesablama Palatası “effekti yoxdur” deyir
-
“Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq“ - Nazir
-
“Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik“ - Emin Əmrullayev
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Acun Ilıcalı ilə bağlı araşdırma başlanıldı - Qanunsuz mərc oyunlarına görə
-
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? - Tam siyahı
-
İcra başçısının oğlu bahalı avtomobilinə 20 minlik nömrə aldı - FOTO
-
Falçı Bakıya “sürət karqo“ vasitəsi ilə qurd yağı göndərdi - Qadının əri evdən qaçdı
-
Ondan 1 manat belə istəməmişəm - Aysun
-
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
-
“İnkişaf Yolu Dəhlizini Orta Dəhlizlə əlaqələndirmək istəyirik“ - Türkiyəli nazir
-
Millətlər Liqası: Azərbaycan yığması ən az xal toplayan üçüncü komandadır
-
Fransanın səfiri XİN-ə çağırıldı - RƏSMİ
-
Bu şəxslər yenidən vergi güzəşti əldə edəcəklər – Məcəllə dəyişir
-
“10 milyon ayrılsa da, cəmi 4,4 milyon manat xərclənib” - Nazir müavini
-
Ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - TAM SİYAHI
-
“Putin Krım körpüsünün təhlükəsizliyini təmin etməyi tapşırıb“ - Kreml
-
“Dövlət bütün sahələri maliyyələşdirə bilməz” - Samir Şərifov
-
“Uşaq yeməklərinin qiyməti günü-gündən qalxır, vergi güzəştləri şamil olunmalıdır“ - Əli Məsimli
-
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər - Səbəb/SİYAHI
-
COP29 əvvəlki COP tədbirlərindən daha yaxşı təşkil olunub - İsrail nümayəndəsi
-
Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
-
“NATO-nun Ukraynanın uzunmənzilli raketlərlə zərbələrində iştirakı cəzasız qalmayacaq“ - Narışkin
-
Milli Məclis Sədrinin müavininin köməkçisi hakim təyin olundu - FOTO
-
Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
-
Tikinti şirkəti rəhbərlərinin nəzərinə: Vergi ilə bağlı yenilik
-
Jurnalistlərə güzəşt: gəlirin 75 faizi vergidən azad ediləcək
-
Vətən müharibəsinin iştirakçısı hakim oldu - FOTO
-
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
-
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edildi - FOTO
-
Bakıda bu ərazilərdəki evlər söküləcək - VİDEO
-
Leyla Əliyeva Bakıda ilk inklüziv iaşə obyektini ziyarət etdi - FOTOLAR
-
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
-
10 ayda restoranlarda 2 milyard manata yaxın pul xərclənib - RƏSMİ
-
Əziz Əzizov Kəbirli sakinləri ilə görüşdü - Fotolar
-
Türk müğənniləri Yeni ildə bu qədər qazanacaq - Siyahı
-
“Məşədi Dadaş“ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
-
Braziliyada prezidentə sui-qəsd iddiası: 5 nəfər saxlanıldı
-
Ağdamın quruculuq, bərpa və inkişaf dövrü başlayıb
-
Zelenskayanın çıxışı ləğv edildi - Sloveniyada
-
“Günahkar mənəm...” - Fernandu Santuş
-
Neftlə bağlı büdcədə bir ilk - qiymət 70 dollar...
-
“Biz NATO ölkələri də özümüzü müdafiə etmək üçün addımlar atmalıyıq” - Ərdoğan
-
Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid edib - Ermənipərəst mövqelərinə görə
-
Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur
-
Azərbaycan millisi İsveçə 6 qolla uduzdu - D liqasına yuvarlandı
-
Qarakənd faciəsindən 33 il ötür
-
Ağdamın işğaldan azad olunmasından 4 il ötür
-
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək“ - Pərvin Abıyeva
-
PSJ Lamin Yamala 250 milyonluq təklif göndərdi - “Barselona“ təsdiqlədi
-
2025-ci ildə Azərbaycanın şəhər və rayonlarının xərcləri necə olacaq? - VİDEO
-
“Bayraktar TB3”dən dünya aviasiya tarixində bir ilk - VİDEO
-
Dələduzlar smartfonlara toy dəvətnamələri göndərərək vətəndaşları belə aldadırlar - VİDEO
-
101 minlik qızılı Azərbaycana keçirmək istədi: Cinayət işi açıldı
-
“Bu, indi 300 km-ə qədər vuracaqlarının anonsudur“ - Lavrov
-
Vətəndaşların bölgələrdə evlərinə çıxarış ala bilməmələrinə səbəb nədir? - VİDEO
-
Astarada 3 nəfər bıçaqlandı: 2-si qardaşdır
-
“Bakıda uğur qazanmalıyıq” - BMT-nin Baş katibi
-
“Ən böyük səhvimdir, qaldım həkimlərdə“ - Xatirə İslam
-
Qarpız satan şərikinin arvadı ilə eşq yaşadı: “Gördüm darvazanın ağzında...“
-
Zaur Mikayılov rusiyalı həmkarı ilə görüşdü - Fotolar
-
Türk dünyasının ortaq himnini kim yazacaq? - Azərbaycan bəstəkarları danışdı
-
20 Noyabr Ağdam Şəhəri Gününü xalqımız qürurverici anlarla qarşılayır
-
Azərbaycanda hansı rayonda nə qədər boşanma olub? - Tam siyahı
-
IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb - FOTOLAR
-
Elm və Təhsil Nazirliyi bu şirkətdən 7,9 milyonluq avadanlıq alır - TENDER
-
Samir Nuriyev görüş keçirdi - Fotolar
-
“Bəzi hallarda cərimə yazılır, amma büdcəyə gəlmir“ - Nazir
-
Əli Əsədov Hans Klüqe ilə görüşdü - Foto
-
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
-
Ağdamın işğaldan azad edilməsi Azərbaycan tarixində əlamətdar bir hadisə olaraq qalacaq
-
General-mayora yeni vəzifə həvalə edilib - Müdafiə Nazirliyində
-
Büdcənin neft-qaz gəlirləri 750 milyon manat azalacaq - Nazir səbəbini açıqladı
-
Leyla Əliyeva COP29 çərçivəsində müzakirələrdə iştirak etdi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sosial yardım nə qədər artırılacaq? - İqtisadçı konkret rəqəmləri açıqladı
-
“Naxçıvana ayrılan pulun istifadəsi arzuolunmaz səviyyədədir” - Nazir
-
Bu məhkəmələrə hakimlər təyin edildi - SƏRƏNCAM
-
Oqtay Şirəliyevin tibb müəssisəsi cərimələndi - SƏBƏB
-
“2021-2022-ci illərdə 207 mindən çox saxta əlil müəyyən edilib“ - Nazir
-
Azərbaycana ən çox bu ölkələrdən turist gəlib - Siyahı
-
COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər
-
Rusiya hansı hallarda və kimlərə qarşı nüvədən istifadə edəcək? - Putin sənədi imzaladı
-
Sabah gündüz arabir yağış yağacaq - Hava proqnozu
-
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
-
“Bayden ölərkən bəşəriyyətin bir hissəsini özü ilə aparmağa qərar verib“ - Medvedev
-
Ərinin xəstəxanda tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq? - VİDEO
-
Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəs təklifini qəbul edib - “Reuters”
-
Türkiyədə FETÖ əməliyyatı davam edir: 459 nəfər saxlanıldı
-
Muxtar Babayev bu qurumun direktorunu işdən çıxardı - Yeni təyinat
-
Azərbaycanda ikili vətəndaşlığı olan şəxslər hərbi xidmətə aparılacaq? - Açıqlama
-
Yaşıl şəhər nəqliyyatı: Bakıda həyata keçirilən işlər
-
“Bu halda Tramp özünü və Qərbi alçaltmış olar” - Conson
-
“Natura”nın içindən çıxan nədir? - VİDEO
TOP 10
ARXİV