Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi - Sərəncam imzalayıb + DOSYE

Tarix 04.03.25, 16:21

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, 50 yaşlı F.Nağıyev 2018-ci ildən Dövlət Turizm Agentliyinin sədridir.

Xatırladaq ki, Fuad Hümbət oğlu Nağıyev 22 iyul 1975-ci ildə Bakı şəhərində anadan olub. 1992–1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997–2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birminhem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

2004–2006-cı illərdə Aeroport Qeyt Biznes Aviasiya şirkətində xidmət və şöbə rəisi, 2006–2009-cu illərdə "Paşa İnşaat" MMC-nin direktoru, 2007–2009-cu illərdə "Bakı Dəmir-Beton-8" ASC-də baş direktor vəzifələrində çalışıb.

2010–2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin hüquq sektorunda böyük məsləhətçi kimi fəaliyyət göstərib və "2-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsinə sahib olub. 2014–2017-ci illər ərzində "1-ci dərəcə dövlət qulluqçusu" ixtisas dərəcəsi ilə nazir köməkçisi vəzifəsində çalışıb.

6 fevral 2017-ci ildən 21 aprel 2018-ci ilədək Milli Turizm Təbliğat Bürosu publik hüquqi şəxsin direktoru olub.

2018-ci il aprelin 20-də Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublika Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli Sərəncamına əsasən bu vəzifəyə Fuad Nağıyev təyin edilib.



Xəbərin oxunma sayı : 760




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap