Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Müğənni bacısını öldürən qardaşa - 19 il həbs verildi

Tarix 05.03.25, 16:31

Font ölçüsü : - / +
bitmap-img6


Gəncədə Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanı amansızlıqla qətlə yetirən ögey qardaşı Hüseyn Abbasova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi Hüseyn Abbasovu Cinayət Məcəlləsinin 120.2.2 və 12.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilib.

Qeyd edilib ki, Hüseyn hadisədən 15 il əvvəl doğma anasını qətlə yetirib. O, həbsdən çıxandan sonra cinayətkar niyyətindən əl çəkməyib və bir neçə qohumunu hədələyib, eləcə də müğənnilik fəaliyyəti göstərən ögey bacısı Səbinəni öldürəcəyini deyib.

Hadisədən əvvəl Səbinə Abbasova qohumlarına ögey qardaşı tərəfindən izlənildiyini deyib.

Hadisə baş verən gün isə saat 07 radələrində Hüseyn Səbinənin yaşadığı mənzilin qarşısına gələrək onun çölə çıxmasına nail olub və qəfil hücum edərək çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Məhkəmənin hökmü ilə 1984-cü il təvəllüdlü H.Abbasova 19 il həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 319




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap