Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu - Fotolar

Tarix 06.03.25, 9:28

Font ölçüsü : - / +
bitmap-img6


Beyləqan rayonunda 5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd edilib.

AzFakt.com xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Olimpiya idman kompleksində keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının əməkdaşları, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, idmançılar və rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə çıxış edən icra başçısı Əziz Əzizov idmançıları və idmansevərləri 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, idmanın inkişafında və gələcək yarışlarda onlara uğurlar arzulayıb. 

Qeyd edib ki, ölkəmizin idman sahəsində qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Rayon rəhbəri qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanın hazırda beynəlxalq olimpiya hərəkatının fəal üzvlərindən biri olduğunu vurğulayıb.

Çıxış edən karate idman növü üzrə məşqçi-müəllim Sahib Nəsibov, alpaqut döyüş növü üzrə məşqçi-müəllim İlham Quliyev də bütün idman ictimaiyyətini təbrik edib, ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idman və bədən tərbiyəsinin inkişafı, kütləviliyin təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

Tədbirdə bir qrup idmançı və məşqçi-müəllimlər idman sahəsində qazandığı nailiyyətlərə görə Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub. 

Tədbirin rəsmi hissəsindən sonra yeniyetmə və gənc idmançıların nümunəvi çıxışları nümayiş olunub. 

Sonda idmançılarla xatirə şəkli çəkilib.







Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap