Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

İsmayılovun Britaniyadakı 5,4 milyonluq hesabına həbs qoyuldu - 175 milyon talanıb

Tarix 06.03.25, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


“Zaminbank” ASC-nin (red.-fəaliyyəti dayandırılıb) məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2,5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul aşkar edilməsi və Azərbaycanın icra şöbəsinin həmin hesab üzərinə həbs qoyulması müraciəti barədə məlumat vermişdik.

AzFakt.com "Qafqazinfo”-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi icra şöbəsinin təqdimatını təmin edib.

Qərara əsasən, Nadir İsmayılova məxsus bank hesabındakı 5,4 milyon manat üzərinə həbs qoyularaq müsadirə edilib.

Digər məlumata görə, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndiriməsi idarəsi tərəfindən xarici ölkələrə çıxarılmış əmlakların izlənməsi və aşkar olunması istiqamətində Azərbaycan Maliyyə Monitorinqi Xidməti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində “Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılovun məhkum edildikdən sonra Birləşmiş Krallıqda bank hesabında 2.092.965,32 Britaniya Funtu dəyərində pulu və 2.450.000 Britaniya Funtu dəyərində daşınmaz əmlakı aşkar olunub.

Baş Prokurorluğun müraciətinə əsasən, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin təqdimatı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2025-ci il tarixli qərarı ilə Nadir İsmayılovun məhkum edildikdən sonra Birləşmiş Krallıqda bank hesabında 2.092.965,32 Britaniya Funtu dəyərində pulu və 2.450.000 Britaniya Funtu dəyərində daşınmaz əmlakı müsadirə edilib.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub.

Mənimsəmə, dələduzluq və digər cinayətlərdə təqsirli bilinən İsmayılov 10 il azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı ilə sübut edilib ki, “Zaminbank”ın ümumi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Sözügedən səbəbdən bank sahibinin Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.



Xəbərin oxunma sayı : 280




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap