Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Azərbaycanda teatr sənətinin FLAQMANI - Akademik Rus Dram Teatrı

Tarix 05.03.25, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə fəxr etməkdə haqlıdır. Bu sənət növlərinin inkişaf və təşəkkülündə insanların bədii təfəkkür və yaradıcılığı önəmli faktodur. 

Təbii ki, insanlarda bu dəyərlərin özünü büruzə verməsi ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi ilə bağlı olan amildir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir. Qeyd edək ki, Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Bu sənət növləri sırasında Azərbaycan teatrının öz yeri, payı var.

150 illik Azərbaycan teatr yolunda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının özünməxsus yolu mövcuddur. 1920-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən Azərbaycan Dövlət Rus Dram Teatrı 1956-cı ildə görkəmli şairi Səməd Vurğunun adını daışıyır. 

Yarandığı gündən tamaşaçıların sevimli məkanına çevrilən Azərbaycan Dövlət Rus Dram Teatrı ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak edir. Azərbaycan Dövlət Rus Dram Teatrının  səhnəsində oynanılan tamaşalar mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə daim diqqəti cəlb edib.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı həm kollektivi, həm də yaradıcılığı ilə Azərbaycanda tarixi ənənələrə malik multikulturalizmin, tolerantlığın, beynəlmiləlçiliyin nümunəsi və daşıyıcısıdır. Kollektivdə ölkəmizdə yaşayan demək olar ki, bütün xalqların nümayəndələri təmsil olunur. Dünyanın, Rusiya və Azərbaycanın klassik və müasir dramaturqlarının ən gözəl əsərləri teatrın repertuarını bəzəyir. Teatr hər zaman Azərbaycan milli dramaturgiyasının rusdilli auditoriyaya çatdırılmasına və təbliğinə xüsusi önəm verir.

Bu gün Akademik Rus Dram Teatrının uğurları kollektivlə bərabər həmdə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin üzərinə düşür. Məhz Ədalət Hacıyev dayanmadan, usanmadan gecə-gündüz kollektiivlə birlikdə Akademik Rus Dram Teatrının inkşafı, uğuru üçün çalşır desək heçdə yanılmarıq. 



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap