Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“ABŞ mövqeyini dəyişib, yeni dövrə qədəm qoyuruq” - Makron xalqa müraciət etdi

Tarix 06.03.25, 10:29

Font ölçüsü : - / +
bitmap-img6


“Avropanın taleyini ABŞ və Rusiya həll edə bilməz”

Rusiya Fransa və Avropa üçün təhlükəyə çevrilib.

“AzPolitika” xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib. Makron qeyd edib ki, Ukraynadakı müharibə qlobal münaqişəyə çevrilib.

Fransa liderinin dediyinə görə, Parisin “təhlükələr dünyasında tamaşaçı kimi qalması ağılsızlıq olar: “Əgər bir ölkə Avropadakı qonşusunu cəzasız olaraq işğal edə bilərsə, o zaman heç kim heç nəyə arxayın ola bilməz”.

Eyni zamanda, Makron əmindir ki, dünya “yeni dövrə” daxil olur: “Müttəfiqimiz olan Birləşmiş Ştatlar bu müharibə ilə bağlı mövqeyini dəyişib, Ukraynanı daha az dəstəkləyir və bundan sonra nə olacağına dair şübhələr yaradır. Təhlükəsizliyimiz və rifahımız daha da qeyri-müəyyənləşib və bunu demək lazımdır: biz yeni dövrə qədəm qoyuruq”.

Makron sülh bağlandıqdan sonra bir daha Avropa qoşunlarını Ukraynaya göndərməyə çağırıb. O, həmçinin bütün Aİ-ni qorumaq üçün Fransanın nüvə silahından istifadəsinə dair müzakirələr açmağa qərar verdiyini bildirib: “Biz Ukraynada sülh planı hazırlamışıq. Gələn həftə Fransa Ukraynada gələcək sülhə zəmanət verməyə hazır olan ölkələrin baş qərargah rəislərini toplayacaq”.

Makron həmçinin deyib ki, 2030-cu ilə qədər Rusiya daha 3 milyon insanı səfərbər etmək, həmçinin 4 min tank istehsal etmək istəyir və Moskvanın Ukraynada dayanıb-dayanmayacağı məlum deyil.

Fransa lideri Ukraynada Rusiyanın şərtlərilə atəşkəsə qarşı çıxıb: “Sülh Rusiyanın diktəsi ilə nəyin bahasına olursa olsun və Ukraynanın kapitulyasiyası hesabına ola bilməz”.

Makron deyib ki, Avropa qitəsinə sülh yalnız “sakitləşdirilmiş Rusiya” ilə qayıdacaq: "Ukraynada sülhün nə qədər tez bağlanmasından asılı olmayaraq, biz Rusiya təhlükəsini etiraf etməli və cavab verə bilmək üçün daha güclü silahlanmalıyıq".

O əlavə edib ki, Avropa Ukraynaya öz şərtləri ilə sülh əldə etməyə kömək edəcək: “Moskvanın şərtləri ilə sülh bağlana bilməz. Biz Rusiyaya etibar edə bilmərik, o, Minsk razılaşmalarını pozub. Biz çoxlu silah istehsal edəcəyik ki, Ukrayna və biz başqalarından asılı olmayaq. Müdafiə sənayesinə çoxlu pul yatıracağıq, yaxın günlərdə mühüm qərarlar veriləcək”.

Prezident Fransa ordusunu “Avropanın ən effektiv ordusu” adlandırıb, lakin onun genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “Son 10 ildə Fransanın hərbi büdcəsi iki dəfə artıb, lakin ölkənin üzləşdiyi təhlükələri nəzərə alaraq, onu daha da genişləndirmək lazımdır”.

Eyni zamanda o, bunun üçün vergilərin artırılmayacağını da vurğulayıb.

Makron həmçinin deyib ki, Rusiya Ukraynadakı müharibəni qlobal münaqişəyə çevirib: “Avropanın gələcəyini Moskva və ya Vaşinqtonda müəyyən etmək olmaz”.



Xəbərin oxunma sayı : 283




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap