![]() |
|














Təhsil İnstitutunun biabırçı olimpiadası - 30 sualdan 9-u səhvdir
Tarix 11.04.25, 12:59 |
|

İstedadlı gənclərin aşkarlanmasında fənn olimpiadalarının böyük rol oynadığını bilməyən yoxdur. Fənn olimpiadası qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu respublikamızda fənn olimpiadalarına necə böyük diqqət yetilirdiyinin bariz nümunəsidir. İnformatika və riyaziyyat fənləri üzrə Respublika Fənn Olimpiadası (RFO) qaliblərinin yüksək rəqabətli İT ixtisaslarına müsabiqədənkənar qəbulu isə bu fənlər üzrə keçirilən olimpiadaları daha da populyar edir.
Respublikamızda fənn olimpiadalarının təşkili Azərbaycan Respublikası Təhsil İnstitutuna (ARTİ) həvalə edilib. Bu tədris ilində də 8 fənn üzrə RFO-nın keçirilməsinə başlanılıb. 22, 28 və 29 dekabr 2024-cü il tarixlərində RFO rayon (şəhər) mərhələsi, 15, 16 və 23 fevral 2025-ci il tarixlərində isə RFO Respublika mərhələsinin yarımfinal turu keçirilib. 23 fevral 2025-ci il tarixdə ARTİ tərəfindən təşkil olunan riyaziyyat fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turu isə tarıxə düşəcək qədər bərbad təşkil olunub. Belə ki, olimpiada iştirakçılarına təqdim olunan 30 tapşırıqdan 7-si (!!!) səhv, 2-si isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyən mövzulardan tərtib olunub. Deməli, 30 tapşırıqdan 9-u (!!!) səhvdir.İndiyə qədər respublikamızda və dünyada keçirilmiş yüz minlərlə olimpiadanın yəqin ki, heç birində olimpiada iştirakçılarına bu qədər səhv tapşırıq verilməyib.Təbriklər, ARTİ daha bir dünya rekordu qırdı. Müraciət olunsa yəqin ki, Ginnesin rekordlar kitabına düşər.
Əvvəlcə qeyd edim ki, olimpiadanın sual kitabçası ilə https://arti.edu.az/wp-content/uploads/2025/03/Riyaziyyat_Az_YYQ_2025.pdf linki, 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramı ilə https://arti.edu.az/wp-content/uploads/2024/01/RFO-Riyaziyyat-proqram.pdf linki vasitəsilə tanış ola bilərsiniz.
Adı çəkilən olimpiadada təqdim olunmuş səhv tapşırıqlara keçək:
1-ci tapşırıqda doğru cavab 4320-dir. Lakin cavab variantları arasında bu cavab yoxdur. 4-cü tapşırıqda üçbucağın itibucaqlı və korbucaqlı olmasından asılı olaraq, iki fərqli cavab var.
11-ci tapşırıqda nöqtələrin parça daxilində və xaricində götürülməsindən asılı olaraq, cavab çoxqiymətlidir.
13-cü tapşırıqda üç müxtəlif cavab var: 7, 11 və 82. 14-cü tapşırıqda sual düz qoyulmayıb. Belə ki, parametri sərbəstdirsə, onda verilən tənliyin dəyişəninə nəzərən sonsuz sayda tam həlli var.
17-ci tapşırıqda doğru cavab 369-dur. Lakin cavab variantları arasında bu cavab yoxdur.
28-ci tapşırığın şərtlərində əskikliklər var. Verilən şərtlər daxilində dostların görüşmə ehtimalını tapmaq olmaz. Çünki, dostların kafeyə gəlmə ehtimallarının necə paylandığı və dostların kafeyə mütləq 18.00 ilə 20.00 arasında gələcəkləri bilinmir. Bundan əlavə məsələ həndəsi ehtimal vasıtəsilə həll olunur ki, bu mövzu da 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyib.
2-ci və 5-ci tapşırıqlar Loqarifm mövzusundan istifadə edilməklə həll edilir. Loqarifm mövzusu isə 2024-2025-ci tədris ili üçün Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarının proqramına daxil edilməyib.
Maraqlıdır ki, ARTİ tərəfindən təşkil olunan bu olimpiadalarda iştirakçıların apellyasiya hüququ da yoxdur. Görəsən, bu qədər səhv tapşırığın tərtib olunması və iştirakçıların apellyasiya hüququnun pozulmasında məqsəd nədir? Ümid edək ki, burada şəxsi mənafelər yoxdur.
Qeyd edim ki, çoxsaylı müraciətlərdən sonra Olimpiadanın Təşkilat Komitəsi 4 tapşırığın (1, 13, 14 və 17 nömrəli tapşırıqların) səhv olduğunu etiraf edərək, bu tapşırıqlar üzrə olimpiada iştirakçılarının hər birinin cavabını doğru qəbul edib. Hətta Təşkilat Komitəsinin qəbul etdiyi kimi 4 səhv tapşırığın olması belə (əslində isə onların sayı 9-dur) Olimpiadanın nə qədər bərbad təşkil olunduğunun göstəricisidir.İndi isə bir qədər də 15, 16 fevral 2025-ci il tarixlərində ARTİ tərəfindən təşkil olunan informatika fənni üzrə RFO Respublika mərhələsinin aşağı və yuxarı yaş qrupları üzrə yarımfinal turlarından bəhs edək. Yuxarıda qeyd etdiyim kimi, informatika fənni üzrə RFO qaliblərinin yüksək rəqabətli İT ixtisaslarına müsabiqədənkənar qəbulu, həmçinin DİM tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarına informatika fənninin əlavə edilməsi respublikamızda informatika fənninə marağı xeyli artırıb. Bunun nəticəsidir ki, bu il informatika fənni üzrə RFO Respublika mərhələsinin yarımfinal turuna əvvəlki illərdən xeyli artıq sayda şagird vəsiqə qazanıb. Yarımfinal turuna vəsiqə qazanan şagirdlərin çoxluğu Təşkilat Komitəsini məcbur edib ki, əvvəlki illərdən fərqli olaraq builki Olimpiadaları daha çox sayda universitetdə təşkil etsinlər. Bu universitetlərin isə heç də hamısında kompüterlərin proqram təminatı uyğun tələblərə cavab verməyib.Belə ki, ADA Universiteti, BANM və BMU kimi universitetlərdə yüksək proqram təminatlı müasir kompüterlərdən istifadə olunsa da, məsələn, AzMİU kimi olimpiadanı ilk dəfə qəbul edən universitetlərdəki kompüterlərdə tələb olunan proqram təminatları olmayıb. Bu isə yarış və müsabiqələrin keçirilməsinin əlifbası olan bütün iştirakçılara bərabər şərait yaradılması müddəasının pozulmasına gətirib çıxarıb. Çoxsaylı müraciətlərdən sonra Təşkilat Komitəsi güzəştə gedərək aşağı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanan iştirakçıların sayını 2 dəfəyədək artırsa da, yuxarı yaş qrupu üzrə heç bir güzəşt tətbiq etməyib.Bunlar isə onu göstərir ki, Riyaziyyat fənni və İnformatika fənni üzrə RFO Respublika mərhələsinin yuxarı yaş qrupu üzrə yarımfinal turunun nəticələri ləğv olunmalı, Olimpiada daha peşıkar və ədalətli şəkildə yenidən təşkil olunmalıdır.P.S. 2024-cü ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan yığma komandası 75-ci yeri tutub. Bu, Azərbaycan yığma komandasının bütün dövrlərdəki ən zəif göstəricisidir. Səbəblər, məncə, hamıya aydın olur.

Rəşid Əliyev,
Riyaziyyat elmləri doktoru, professor
Xəbərin oxunma sayı : 583
Sosial
Xəbərlər
-
Daxili İşlər Nazirliyi əhaliyə bir daha xəbərdarlıq edib - Kartlarla bağlı
-
Narkotik qəbul edib avtomobil sürdü - Həbs edildi
-
İntiqam Babayev vəzifəsindən azad edildi - Əmr imzalanıb
-
Azərbaycanda 1.2 milyonluq maşını kimlər alır? – “Ölkədə rəsmi milyonçu yoxdur, amma...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Holdinq rəhbərinin əmlakları qaytarıldı, direktor həbs edildi - Milyonluq zərərlər ödəniləcək
-
“Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi“ - Artur Abramyan
-
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı
-
“Ermənistanın yaydığı məlumat yalandır“ - Müdafiə Nazirliyi
-
Növbəti iki gün rayonlarda leysan aramsız olacaq - XƏBƏRDARLIQ
-
“Əmlak eksperti” olan saxta generala - 8 il 6 ay həbs verildi
-
Bələdiyyə qarşısında bıçaqlanaraq öldürüldü - FOTO
-
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatacaq - Xəbərdarlıq
-
ABŞ-İran danışıqları Avropaya daşınır - İkinci görüş Romada olacaq
-
Baş nazirdən hava şarları ilə bağlı - QƏRAR
-
“Yapı Kredi Bank Azərbaycan“ ilə pis başlayıb: Mənfəətdə azalma, aktivlərdə kəskin “ərimə“
-
Əməliyyat zamanı canlı yayım açan həkimlərə - Xəbərdarlıq
-
Sakinlər səs-küydən şikayət etdi - Obyektlər cərimələndi - Video
-
Həbs edilən sabiq məmurun şok əməlləri - 6,5 milyonluq fırıldaq
-
Əlcəzair Fransanın 12 diplomatını qovdu - Qalmaqal
-
Ukrayna böhranı Baydenin müharibəsidir - Donald Tramp
-
Növbəti iki gündə Bakıda leysan yağacaq - Xəbərdarlıq
-
Suriyada türkmən generala yüksək vəzifə verilib - FOTO
-
Prezident Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul etdi - FOTO
-
“Əvəz Zeynallı ilə bağlı suallar bu quruma ünvanlanmalıdır” – Penitensiar Xidmətdən açıqlama
-
Binalardakı qanunsuz artırmalar söküntü zamanı mübahisələrə səbəb olur - VİDEO
-
“Gördüm ki, küvəz ortadan yanır“ - MƏHKƏMƏ
-
Taksi sürücülərinin iş saatı və qrafiki olmalıdırmı? - VİDEO
-
İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO
-
ABŞ yaxın vaxtlarda İranla bağlı qərarını verəcək - Tramp
-
Bakıda iki qardaş bıçaqlandı - Birinin 16 yaşı var
-
“Uçan taksi“nin sürücüsü ilk dəfə danışdı - Narkoloji testin cavabı açıqlandı
-
Əsgərlikdən yeni gəlmişdi - Faciəvi şəkildə öldü
-
Beyləqanda daha bir küçə asfaltlanır - FOTOLAR
-
Vaxtından əvvəl yetişdirilən meyvələrin təhlükələri - VİDEO
-
Qazaxın işğaldan azad olunan kəndlərindən GÖRÜNTÜLƏR
-
Həkim məsləhəti olmadan dərman qəbulunun ağır fəsadları ola bilər - VİDEO
-
Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?
-
Leyla Əliyeva növbəti “Bizim həyət” sakinləri ilə - Fotolar
-
Nisyə mal alqı-satqısında yeni qaydalar - VİDEO
-
Rusiya və Ukrayna nümayəndələri Türkiyədə görüşəcəklər - Bu tarixdə
-
Zabratda bu məhlədən üfunət iyi gəlir - sakinlər nazirlə başçıdan kömək istəyir
-
“Belə davam etsə, sülh sazişinin imzalanması mümkün deyil” - Ceyhun Bayramov
-
Müavinət və təqaüd alanların NƏZƏRİNƏ - Bu tarixdə artır
-
Azərbaycana gətirdikləri narkotiki dənizə atıb qaçdılar - VİDEO
-
Rusiya Sumını raketlə vurdu: 32 ölü, 80-dən çox yaralı
-
Telefon aşkar edilən 3 nəfər imtahana buraxılmayıb - Dövlət İmtahan Mərkəzi
-
Qusarda məzar daşlarını dağıdan şəxslə bağlı ilginc məlumat - Alimentə görə edibmiş
-
Möcüzəvi Vişnevskiy mazının tarixi - Sağaldır, yoxsa...?
-
Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbləri - VİDEO
-
Şəbnəm efirdə özündən çıxdı: “Kişidirsə, gəlsin desin ki, mən almışam“
-
Həbsxanada olan Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkarlanıb - Həyat yoldaşı həyəcan təbili çaldı
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“Putinlə Trampın görüşü baş tutacaq, amma...” - Dmitri Peskov
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - 50-150 AZN
-
Bu ölkələrdə velosipedlərin sayı əhalidən çoxdur - Şok statistika
-
“ABŞ danışıqlarda İranı uranın zənginləşdirilməsini dayandırmağa çağırmayıb“ - KİV
-
“Türkiyə NATO-nu gücləndirir, Aİ-yə üzv olmalıdır“ - KİV
-
QMİ Həcc ziyarəti ilə bağlı xəbərdarlıq edib: 100-dən çox vətəndaş aldadılıb
-
Bakıda söküntü işləri əmlakın satışına və kirayə qiymətlərinə necə təsir edəcək? - Araşdırma
-
Azərbaycana qoyun idxalı artıb - 29 dəfə
-
“İsrail - Fələstin məsələsində yeganə optimal yol iki dövlətli həlldi“ - Ərdoğan
-
Evdən qaçan yeniyetmələr: Bu hallar niyə artıb?
-
Qarasu Əməliyyat Şirkətindən kütləvi narazılıq:Prezidentə müraciət edildi
-
ABŞ-İran danışıqları yaxşı gedir - Tramp
-
Bu əşyanı satanlar cərimələnəcək - 5000 manat
-
“Həyatımda olan kişi getməlidir ki, görüm növbətisi kimdir“ - Müğənni Sevinc
-
Avropa çempionatı: Eldəniz Əzizli “gümüş“lı kifayətləndi
-
Tramp Uitkoffa İranla fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyi tapşırıb - Ağ Ev
-
Özəl klinikalarda həkim qəbulunun qiymətləri - ARAŞDIRMA
-
“Bakıda bu ilin payızında TDT-nin Zirvə görüşü nəzərdə tutulur“ - Ceyhun Bayramov
-
Ağsunun ən böyük kəndlərindən biri niyə sürətlə boşalır? - VİDEO
-
“Rusiya və ABŞ heç vaxt Moskva və Pekin münasibətlərini müzakirə etməyib“ - Lavrov
-
Sumqayıtda Ulu öndərin ad gününə salınan yaşıllıq məhv edilir - FOTO
-
Azərbaycanda məscidlər kifayət qədərdirmi? - Açıqlama
-
Bu il hansı qruplarda güclü rəqabət olacaq? - Açıqlama
-
Qadın “TikTok“da mübahisə etdiyi kişini bıçaqlayıb - Bərdədə
-
İsrail Qəzzada döyüşləri genişləndirəcək - Əhalinin təxliyəsi elan edildi
-
Azərbaycanda ən çox viza bu ölkələrə verilib - SİYAHI
-
“Sabah“ yenə uduzdu: Berdiyev “qırmızı“ aldı
-
Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor
-
Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb - FOTOLAR
-
Azərbaycan təbii qazı Türkmənistandan 150 dollara alıb, Yunanıstana 547 dollara satıb - Ölkələr üzrə siyahı
-
İran-ABŞ danışıqları başa çatıb - Gələn həftə davam etdiriləcək
-
Mehriban Əliyeva qızı ilə Antalyada panel iclasında - Fotolar
-
Prokurorluq sabiq rektoru istintaqa çağırdı - Təfərrüat
-
“NATO-nun ən böyük düşməni özüdür“ - Lavrov
-
Masazır duz gölündə antisanitariya - Kanalizasiya birbaşa gölə axıdılır (VİDEO)
-
Prezident nəvələri ilə idman zalında - FOTOLAR
-
“Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır“ - Ceyhun Bayramov
-
Qəbələdə 17 yaşlı oğlan itkin düşüb - FOTO
-
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat - Səbəbi açıqlandı
-
Azərbaycan, Ermənistan, Gürcüstan XİN rəhbərlərinin iştirakı ilə iclas keçirilib - FOTOLAR
-
“Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı - VİDEO
-
“Sülh sazişi ilə Minsk Qrupunun ləğvi barədə sənədi eyni vaxtda imzalaya bilərik“ - Mirzoyan
-
Vüqar Əhmədov Neftçalada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
AŞPA prezidentinin adı qara siyahıya daxil edilib - XİN rəsmisi
-
Əhali niyə kreditlərə möhtac qalır? - “Gəlirim azdır, borcum çox“
-
Sərhəd naryadına atəş açan şəxs zərərsizləşdirilib - Biri saxlanılıb, digəri İrana qaçıb (FOTO)
-
Nazir yeni müvin təyin etdi - İlkin Məmmədov kimdir? + DOSYE
-
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü - Müzakirə
-
Çirkab suları hələ də Ceyranbatana axıdılır - VİDEO
-
Prezident Avropa Şurasının baş katibi ilə görüşdü - FOTO
-
Abşeronda əməliyyat: axtarışda olan 36 nəfər saxlanıldı
-
Sürücüsüz idarə olunan avtomobil sahibləri cərimələnə bilər - VİDEO
-
Türkiyənin hər guşəsi, hər bölgəsi canlı tarix, möcüzə və əsrarəngiz gözəllik mənbəyidir - FOTO
-
Qubada torpaq sürüşməsi: Kəndin əsas yolu bağlandı (FOTO)
-
Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək körpüdən görüntülər - VİDEO
-
“Bank Avrasiya”dan depozitlər niyə geri çəkilir? - Hesabat
-
Zakir Həsənov Yaşar Gülerlə görüşdü - FOTOLAR
-
“Arvadına bağlanmışam“ dedi, “30 min ver, boşayım“ cavabını aldı - Azərbaycanda ŞOK
-
Müavinət və təqaüdlər artacaq - Nazirlər Kabineti təkliflər hazırlayıb
-
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
-
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
-
“Koroğlu”da qəzaya uğrayan taksi aşdı - VİDEO
-
Xəbəriniz olmadan adınıza necə kredit götürürlər? - VİDEO
-
“Uitkoff Ukraynada müharibənin necə başa çata biləcəyini açıqlayıb“ - Reuters
-
Prezidentin nəvələri Ərdoğanla - FOTO
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Narahat olmayın, heç kimdən küsməmişəm“ - Qurban Qurbanov
TOP 10
ARXİV