Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

“General“ Mirdaməd Əzizov əslində kimdir? - 26 nəfərə qarşı dələduzluq

Tarix 14.01.25, 20:53

Font ölçüsü : - / +
bitmap-img6


26 nəfərə MİDA-nın mənzillərinin satmaq adı ilə dələduzluq edən "general"ın növbəti məhkəmə prosesi keçirilib. 

AzFakt.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər dindirilib. 

İlk olaraq zərərçəkən Hüseynova Arzu Fazil qızı ifadə verərək bildirib ki, Mirdaməd Əzizov onun qonşusu olub: "Bilirdim ki, MİDA-da mənzil işinə baxır. 4 otaqlı mənzil üçün 30 min manat ödəmişəm, 2023-cü ilin noyabr, dekabr aylarında pulu 2 dəfəyə vermişəm. Yeganə sənəd olaraq şəxsiyyət vəsiqəmi almışdı. Dəymiş ziyandan heç nə ödənilməyib". 

Təqsirləndirilən şəxs tezliklə Arzu xanımın pulunu qaytarmaq istədiyini bildirdi. 

Sonra digər zərərçəkən Bahəddin Kazımov ifadə verdi: "2023-cü ilin yay aylarında 2 otaqlı mənzil üçün ilkin ödəniş kimi 6 min pul vermişəm. Yasamalda ev alqı-satqısı ofisi var idi, oradan tanımışam. Mirdamət özünü hər hansı qurumun əməkdaşı kimi təqdim etməyib".

Şahid qismində Novruz Verdiyev danışıb. Onun sözlərinə görə, Mirdamədi ziyalı bir insan kimi tanıyıb: "Tanışlarıma demişəm ki, Mirdaməd ev işinə baxır. 3 nəfər şəxsdən 46 min manat pul alıb Mirdamədə vermişəm. Özüm əvvəl bankda çalışmışam. Mirdaməd "Qafqaz-media" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri idi, tədbirlərdə iştirak edən zaman oradan tanımışam". 

Digər şahid QHT sədri, millət vəkilliyinə namizəd Xalid Mirzəyev dedi ki, Mirdaməd Əzizovu özünü nəşriyyatda general kimi təqdim etdiyini eşidib: “Mənzil almaqla bağlı 3 şəxsdən pul alıb inanıb, güvənib vermişəm Mirdamədə. Hər üç şəxslə birlikdə Mirdamədlə görüşmüşük”.

Təqsirləndirilən şəxs özünü general kimi təqdim etmədiyini bildirdi. 

Qeyd edək ki, Mirdaməd Əzizov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Mirdaməd Əzizovun cinayət işi üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.

Midaməd Əzizovun həbsindən sonra barəsində yayılan məlumatlarda iddia olunur ki, o, özünü MİDA-nın vəzifəli şəxsi, general, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim edirmiş.



Xəbərin oxunma sayı : 235




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap