Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzində mənimsəmə - VİDEO

Tarix 14.01.25, 22:34

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzində mənimsəmə faktının olduğu iddia edilir

Abşeron rayon Gigiyena və Epidemiologiya mərkəzinin işçisi "Xəzər Xəbər"ə müraciət edərək mərkəzdə qanunsuzluqların baş verdiyini iddia edib.

Dezinfeksiya bölməsinin müdiri Yaqut Abdullayeva iddia edir ki, mərkəzin direktoru onun adından 7 ayın saxta hesabatını baş idarəyə göndərib.

İddiaya görə, sənəddə onun xəbəri olmadan istifadə olunmayan dezinfeksiya məhsulları, gigiyenik vasitələr və mərkəzə aid olan digər ləvazimatlar guya istifadə olunmuş kimi göstərilib.

20 ildir həmin mərkəzdə çalışan Yaqut Abdullayeva deyir ki, bu məhsullar ya satılır, ya da təyinatındankənar istifadə olunur.

Yaqut Abdullayeva bildirib ki, məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə və Səhiyyə Nazirliyinə məlumat versə də, onun öz işində nöqsanlar aşkarlandığı deyilib və töhmət alıb.

"Xəzər Xəbər" olaraq deyilən iddialara cavab almaq üçün sözügedən Abşeron rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan açıqlama almaq istədik, lakin o mikrofonumuza icazəsiz danışa bilməyəcəyini bildirdi. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi isə məlumat verdi ki, Səhiyyə Nazirliyindən daxil olan şikayətlərlə əlaqədar Abşeron rayon GEM-də 2024-cü ilin dekabr ayında araşdırma aparılıb. Araşdırma zamanı aşkar olunan nöqsanlarla bağlı Mərkəzin direktor vəzifəsini icra edən Xalidə Hüseynovaya xəbərdarlıq edilib, şöbə və bölmələrdə olan nöqsanların aradan qaldırılması və tədbirlərin görülməsi üçün müddət verilib.





Xəbərin oxunma sayı : 280




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap