Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar Afaq gecə xalatında pozalar verdi - VİDEO
Axtar
 
  • / Sosial / — 13 Yanvar 2025

    Aqrar Sığorta Fondu sahibkarlara kələk gəlib - Qalmaqal

  • / Maqazin / — 15 Dekabr 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 20 Noyabr 2024

    Aysel Əlizadənin sinə dekolteli geyimi - Fotolar

  • / Maqazin / — 17 Noyabr 2024

    Afaq gecə xalatında pozalar verdi - VİDEO

  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

Azərbaycanda bu məhsul bahalaşıb - SƏBƏB

Tarix 13.01.25, 22:48

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda son aylarda kartofun bahalaşdığı müşahidə edilir. Bahalaşma həm bazarlarda, həm də ayrı-ayrı mağazalarda qeydə alınıb. Dövlət Statistika Komitəsinin istehlak bazarında qiymətlərlə bağlı son hesabatında da kartof bahalaşan məhsullar arasında olub.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda bu il kartof qıtlığı özünü daha tez göstərib:

"Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bilirsiniz ki, bu il kənd təsərrüfatı məhsullarının  məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı daha tez  özünü büruzə verib. Bu təbii ki, bütün yerli ehtiyyatların tükənməsi ilə bağlıdır. Yerli ehtiyyatlarla bərabər xaricdən kartof idxalı davam edir".

Ekspert vurğulayıb ki, kartofun kəskin bahalaşması gözlənilmir:

"Kartof elə məhsuldur ki, ətraf ölkələrdə çox geniş şəkildə becərilir və məhsuldarlıq yüksəkdir. Eyni zamanda bu kartofların maya dəyərində aşağıdır. Azərbaycanda kartofun qiymətinin artması indikator kimi ətraf bazarlara siqnal ötürəcək. Növbəti mərhələdə hesab edirəm ki, kartof idxalı artacaq. Bununla da qiymətlər yanvar, fevral və mart ayları üçün bir qədər sabitləşəcək. Kartofun həddindən artıq bahalaşmasını gzöləməyə dəyməz. Çünki ətraf ölkələrdə kartof əkini ilə məşğul olan fermerlər var. Kartof həmin ölkələrdə ucuz başa gəldiyinə görə Azərbaycana da o qədər baha gəlib çıxmır. Hazırda yaranmış vəziyyətin səbəbi aydındır. Məsələnin aradan qaldırılması gələn həftələrdə baş tutacaq".



Xəbərin oxunma sayı : 325




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap