Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri 52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

  • / Maqazin / — 23 Yanvar 2025

    “İstəyirəm, özümə toy edim, pul yığım“ - Nura Suri

  • / Maqazin / — 17 Yanvar 2025

    52 yaşlı ulduz dərin dekoltesi ilə gündəmdə - VİDEO

  • / Maqazin / — 10 Yanvar 2025

    Model Günay Musayeva çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 01 Yanvar 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşırdı - VİDEO

TikTok və mərc oyunları: Gəncliyin GİZLİ FACİƏSİ

Tarix 13.01.25, 22:30

Font ölçüsü : - / +
bitmap-img6


"Bugünkü gənc nəsil üçün iki əsas təhlükə var: şagirdləri sosial mediada, xüsusilə TikTok-un mənfi təsirləri ilə, tələbələri isə mərc oyunlarının cəlbedici, amma məhvedici tələsi ilə üz-üzə qoymuşuq. Hər iki hal onların intellektual və mənəvi inkişafına böyük zərbə vurur".

Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert qeyd edib ki, bu problemin qarşısı alınmazsa, ciddi təhlükələrə gətirib çıxara bilər:

"TikTok şagirdləri asan əyləncə ilə aldadaraq, onların diqqətini uzun müddətli məqsədlərdən uzaqlaşdırır. Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər, günübirlik trendlərə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Eyni zamanda, TikTok vasitəsilə yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

Tələbələr arasında mərc oyunları isə başqa bir faciədir. Gələcəyini qurmağa çalışan gənclər bu oyunların asılılığına düşərək, həm maddi, həm də mənəvi baxımdan ciddi itkilər yaşayır. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər, qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün təkcə valideynlər deyil, cəmiyyət olaraq hamımız məsuliyyət daşıyırıq. Maarifləndirmə kampaniyaları ilə sosial medianın və mərc oyunlarının yaratdığı təhlükələri izah etməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü həyat haqqında düşünməyi öyrətməliyik. Əks halda, bu tələlər bizim gələcək nəslimizi bədbəxt edəcək".



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap