![]() |
|














Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər – FOTOLAR
Tarix 27.02.25, 17:22 |
|

Azərbaycan Prezidenti İlham Əliyev və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.
Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz qardaşım.
Əziz qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik.
Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.
Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.
Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.
Ümid edirəm ki, əziz qardaşım, siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab Prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.
***
Sonra Qvineya-Bisau Prezidenti mətbuata bəyanatla çıxış edib.
Prezident Umaru Sisoku Embalonun bəyanatı
-Çox sağ olun, əziz qardaşım Prezident Əliyev.
Bu gün burada - Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq.
Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.
Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.
Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik.






Xəbərin oxunma sayı : 1369
Siyasət
Xəbərlər
-
Bu bazar imtahan var - Şagirdlərin NƏZƏRİNƏ!
-
İsmayılovun Britaniyadakı 5,4 milyonluq hesabına həbs qoyuldu - 175 milyon talanıb
-
Bakıda külli miqdarda narkotik tapıldı - VİDEO
-
Avtomobil sığortası ilə bağlı ən çox bu şirkətlərdən şikayət olunur - SİYAHI
-
“Sərin“də mənşəyi məlum olmayan ətdən yemək hazırlanırmış - FOTOLAR
-
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
-
İrina Şeyk məşhur karnavalda - Fotolar
-
“ABŞ mövqeyini dəyişib, yeni dövrə qədəm qoyuruq” - Makron xalqa müraciət etdi
-
Bu yola daxil olsanız cərimə ediləcəksiniz... - VİDEO
-
Kiberdələduzlardan ağlasığmaz əməl – Zəngdən imtina etsəniz belə... - VİDEO
-
Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - VİDEO
-
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd olundu - Fotolar
-
Sevda Sarıyeva dərs saatlarını rüşvətlə bölüşdürür - Müəllimlər (VİDEO)
-
Tramp HƏMAS-ı hədələdi - “Son xəbərdarlığımdır!”
-
Bakıda evdə partlayış - 5 nəfər xəsarət aldı - VİDEO
-
UEFA Çempionlar Liqası:“Liverpul” PSJ-yə, “Bavariya” “Bayer”ə qalib gəldi
-
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
A seriyasının oyunları ABŞ-də keçirilə bilər - Simonelli açıqladı
-
Sumqayıtda qadınlar bıçağa əl atdılar - TƏFƏRRÜAT
-
Azərbaycan iki qardaşa yüksək vəzifə verildi - Su Ehtiyatları Agentliyində
-
Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər - CNN
-
Liderlərdən mühüm müttəfiqlik mesajı - Prezidentlərin çıxışları + VİDEO
-
Moskva prospektindəki tuneldə maşınların üzərinə daş, çınqıl tökülür? - VİDEO
-
ABŞ-dan Ukraynaya daha bir zərbə - Kəşfiyyat məlumatları verməyi dayandırdı
-
Ramazanın altıncı gününün duası - İmsak və iftar vaxtı
-
Xırdalanda qəzalı binanın zirzəmisi satıldı - VİDEO
-
Azərbaycan və Türkiyə prezidentləri iftarda - FOTOLAR
-
Qaraciyər üçün ən faydalı qidalar - Kələm, balıq, avokado...
-
“Bu, Naxçıvanın təbii qaz ehtiyacını azı 30 il təmin edəcək” - Ərdoğan
-
Masazır bələdiyyəsi şəhid ailəsinin torpağını başqasına satıb - Şikayət
-
Sabah rayonlarda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Dünyaya açılan qapı: İstanbulun unikal imkanları (FOTOLAR)
-
Bakıda bu şirkətlər cərimələndi - Əmək hüquqlarını pozublar
-
Əli Əsədov Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirib - FOTO
-
Prezidentlərin təkbətək görüşü başladı - FOTO
-
Baş prokuror Suraxanı rayonunda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırıldı - AMB 60 min cərimələdi
-
Əliyevlə Ərdoğan İqdır-Naxçıvan qaz kəmərinin açılışında iştirak etdi - Fotolar
-
Müsavat partiyası başqanlığına namizədin qətli - 20 il həbsi istənildi
-
Baş İdarə əməliyyat keçirdi, 35 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
-
Azərbaycanda hansı nazirin neçə müavini var? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əfv Məsələləri Komissiyası toplandı: daha 100-dən çox müraciətə baxılıb
-
Müğənni bacısını öldürən qardaşa - 19 il həbs verildi
-
Abşeronda “nəzir paylayan“ “seyid“ həbs edildi - TƏFƏRRÜAT
-
“Transparency İnternational”ın Azərbaycandakı nümayəndəliyinə xitam verildi - Rəna Səfərəliyeva kimdir?
-
Sabirabad rayonunda avtomobil yollarının kənarında ağacəkmə aksiyaları keçirilmişdir - FOTOLAR
-
Bakıda ana uşağına niyə və necə işgəncə verib? - Detallar açıqlandı
-
“Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - Yanğın təhlükəsizliyinə görə
-
“Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndiririk“ - Kreml
-
Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb - Fonddakı fəaliyyətinə görə...
-
Xocavənddə hərbi sursat partladı – Xəsarət alan var
-
Ermənilər mövqelərimizi atəşə tutdu - RƏSMİ
-
Adəm Məmmədov 6 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Prezident İlham Əliyev Ankaraya səfərə yollandı - FOTOLAR
-
Fuad Nağıyev istintaqa çağırıldı - Xidməti sənədlərin sızdırılması, korrupsiya...
-
“Sirab” və “Badamlı” bahalaşdı – İstehlakçı şirkətlər səbəbi açıqlamır...
-
“AQTA-nın yoxlamalarında böyük nöqsanlar var“ - Eyyub Hüseynov
-
Kondisioneri yandırıb ki, meyitdən qoxu gəlməsin - 11-ci sinif şagirdi Ramalın dəhşətli cinayəti
-
Bu maşınlar gömrük rüsumundan azad edilib - Əli Əsədov qərar verdi
-
Turizm Agentliyində qalmaqal - Sədrin qaynanasının badına Aparat rəhbəri işdən çıxarıldı
-
Göygöldə meyiti tapılanlar Kəlbəcər sakinləridir - Yeni detallar
-
Belarus nüvə silahından nə vaxt istifadə edəcək? - Lukaşenko açıqladı
-
Neft Emalı Zavodunun ərazisindəki yanğın söndürülüb - FHN
-
Azyaşlı ona işgəncə verən anasından alındı - FOTO/VİDEO
-
Bu yolda dəyişiklik edilir -Sürücülərin diqqətinə!
-
Penisyalar, dəfn pulu və... - Deputat artımlarla bağlı açıqlamalar
-
İdarə rəisi və işçiləri saxlanıldı - Çağırışçılardan rüşvət alıblar
-
Etibar Məmmədov siyasətdən niyə gedib? - Özü danışdı
-
Nazirlikdən qar uçqunu təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq - VİDEO
-
Çörəkdən imtina etmək zərərlidir? - VİDEO
-
Mal əti adıyla at ətindən dönər hazırlanırmış - Fotolar
-
Xətaidə sürətlənən qanunsuz tikintilər - İcra başçısı rayonu dostlarına “peşkəş“ edib
-
Azərbaycanda teatr sənətinin FLAQMANI - Akademik Rus Dram Teatrı
-
Göygöldə 4 nəfər dəm qazından öldü - Üçü bacı-qardaşdır (SİYAHI)
-
“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi kibercinayətkar
-
Əziz Əzizov sakinlərlə görüşdü - Fotolar
-
Gəncədə oğru ev sahibini bıçaqladı - TƏFƏRRÜAT
-
Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək - Vens
-
Bu universitetdə rüşvət alan 6 müəllim işdən qovuldu - VİDEO
-
UEFA Çempionlar Liqası:“Real“ ilk derbini qazandı, “Arsenal“ PSV-ni biabır darmadağın etdi
-
Namiq Aygünlə münasibətindən danışdı: “Onunla elə də...“
-
“Real Madrid“in keçmiş prezidenti 25 milyon rüşvət alıb - Özü etiraf etdi
-
Arzu Əliyeva şəhid anaları ilə iftar süfrəsində - FOTOLAR
-
“Zeynallı” MMC tikinti şirkətinin rəhbəri işlətdiyi fəhlədən borc pul alıb? - VİDEO
-
Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
-
Övladına işgəncə verən ana tapıldı - Dəhşətli görüntü
-
Vardanyanın vatsap yazışmaları nümayiş etdirildi - FOTOLAR
-
Pərvin Abıyeva sevgilisindən danışdı - “Yaşca məndən böyükdür“
-
İlin əvvəlindən Azərbaycanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - Daxili İşlər Nazirliyi
-
“Sülh əldə etmək üçün Trampın rəhbərliyi altında işləməyə hazırıq“ - Zelenski
-
Prezident və xanımı çərşənbə tonqalı ətrafında - Fotolar
-
Nazirlik 19 obyekt icarəyə götürdü - Aralarında tanınmış şəxslər də var
-
Cinayətkarlar Putindən daha təhlükəlidir - Tramp
-
Beşinci günün duası - İmsak və iftar vaxtı
-
Prezident Fuad Nağıyevə şiddətli töhməti buna görə verib - Cinayət işi açılacaq
-
“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli
-
Daha bir Kollec direktoru vəzifədən azad edilib - Yeni təyinat
-
Bakının bu rayonları birləşdirilir - Ərazilər plana düşdü
-
Prezident İlham Əliyev sabah Türkiyəyə gedəcək - Qaz kəmərinin açılışı olacaq
-
Avropanın yenidən silahlandırılması planı: 800 milyard avro...
-
Prezident İƏT-in Baş katibini qəbul etdi - Müzakirə
-
Ombudsman Vardanyan və digər separatçılara başçəkmə həyata keçirib - FOTOLAR
-
Böyük Britaniya Ukrayna ilə bağlı təşəbbüsü ələ alıb - Paris etibarsız tərəfdaşdır
-
Novruz bayramı ərəfəsində bölgələrə axın: qiymətlər kəskin artıb
-
“Ermənistan kommunikasiyaların açılması üçün praktiki addımlar atmalıdır“ - Rəsmi Bakı
-
Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
-
Sosial evlərə görə “ASAN Xidmət“in keçmiş əməkdaşları həbs olundu - TƏFƏRRÜAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Naxçıvanda ictimai nəqliyyatda yalnız elektrik mühərrikli avtobuslar işləyəcək - SƏRƏNCAM
-
Qoyun, qoç, keçi, təkə, arı ailəsi... - Dövlət Məşğulluq Agentliyi şirkətdən 62 milyonluq heyvan alır
-
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi - Sərəncam imzalayıb + DOSYE
-
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
-
Baş prokuror Beyləqanda vətəndaşları qəbul etdi - FOTO
-
Özəl tibb müəssisələrindəki qeyri-qanuni yoxlamalarla bağlı - Xəbərdarlıq
-
Yerli qoyunların sayı sürətlə azalır - Xaricdən yüzminlərlə qoyun gətirilir
-
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Deputatlar bu tarixdə toplanır:14 qanuna dəyişiklik ediləcək
-
İcra başçımız atasına, Hesablama Palatasına güvənib kef edir - Naftalan sakinləri
TOP 10
ARXİV